Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Advokat

02.02.09 - 17:05973 baxılıb

- Minimum istehlak səbətinin formalaşdırılması, yenidən buraxılması və təsdiqi barədə məlumat verməyinizi xahiş edirəm.

Kamran HƏSƏNOV,
Bakı şəhəri.

- "Yaşayış minimumu haqqında" Qanunun 3-cü maddəsinə əsasən, minimum istehlak səbəti əhalinin əsas sosial- demoqrafiq qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri nəzərə alınaraq aşağıdakı tərkibdə formalaşdırılır:
- ərzaq məhsullarının minimum toplusu;
- fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.);
- xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqiliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.).
Minimum istehlak səbətinin tərkibi dövlət elmi idarə və müəssisələrinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir. Yaşayış minimumu əhalinin əsas sosial-demoqrafiq qrupları üzrə bu qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir və təsdiq olunur. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır.
Əhalinin əsas sosial-demoqrafiq qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir. Əhalinin əsas sosial-demoqrafiq qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir və rəsmi dövlət nəşrlərində dərc olunur.


- Ali təhsilli biologiya müəllimiyəm. Hazırda Gəncə şəhəri, P. Hüseynov adına 1 saylı əsas internat məktəbində müəllim işləyirəm. Bu günə kimi 1 aklad tərbiyəçiliklə və yarım aklad öz ixtisasım üzrə dərs yükü ilə təmin olunurdum. 2008-2009-cu dərs ilində məktəbin rəhbərliyi Nazirlər Kabinetinin 2003-cü il tarixli, 106 saylı qərarını əsas tutaraq mənə öz ixtisasım üzrə iş vermədi. Nazirlər Kabinetinin qərarı aşağıdakı kimidir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə müvafiq olaraq AR Nazirlər Kabineti qərara alır: "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin siyahısı təsdiq edilsin. Həmin qərarın 15-ci maddəsinə əsasən, internat məktəblərində işləyən baş tərbiyəçi və tərbiyəçinin qısaldılmış iş vaxtının həftəlik müddəti 30 saat, həmin qərarın 12-ci maddəsində isə iş yerindən asılı olmayaraq müəllimlər 36 saat göstərilmişdir".
Bu o deməkdir ki, mən bir həftə ərzində 30 saat tərbiyəçiliklə məşğul olmalı və bir aklada düşən əməkhaqqı almalıyam. Burada tərbiyəçi müəllimin dərs yükü ilə təmin olunmasına heç bir məhdudiyyət qoyulmur. Ancaq məktəbin rəhbərliyi bu qərarı əldə əsas tutaraq mənə öz ixtisasım üzrə dərs vermir. Bu isə yaşadığımız dövrdə mənim maddi vəziyyətimin pisləşməsinə səbəb olur. Sizdən xahiş edirəm ki, bu sualıma cavab verəsiniz: tərbiyəçi müəllim kimi həftədə 30 saat olmaqla mənim bir akladdan əlavə öz ixtisasım üzrə dərs demək hüququm varmı?
Baxşəli ABBASOV,
Gəncə şəhəri.



- Əmək Məcəlləsinin 93-cü maddəsinə əsasən, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sualınızda da qeyd olunduğu kimi, AR Nazirlər Kabineti 2003-cü il tarixli, 106 saylı qərarla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə müvafiq olaraq qərara almışdır: "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin siyahısı təsdiq edilsin. Həmin qərarın 15-ci maddəsinə əsasən, internat məktəblərində işləyən baş tərbiyəçi və tərbiyəçinin qısaldılmış iş vaxtının həftəlik müddəti 30 saat, həmin qərarın 12-ci maddəsində isə iş yerindən asılı olmayaraq müəllimlər 36 saat göstərilmişdir".
Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən.əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan ikinci iş yeri işçinin əlavə iş yeri, birinci əmək müqaviləsi bağlanan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Digər hallarda əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.
Yuxarıda göstərilənləri əsas tutaraq hesab edirəm ki, siz və digər işçilər ikinci iş yerində əvəzçilik qaydasında yalnız Əmək Məcəlləsinin 58-ci, 89-cu, 93-cü maddələrində və Nazirlər Kabinetinin 2003-cü il tarixli, 106 saylı qərarında göstərilən şərtlər və qaydalar nəzərə alınmaqla işləyə bilərsiniz.


- 1969-cu ilin avqust ayında Cəlilabad rayonunda çıxan "Taxılçı" (sonradan "Yeni yol" adlandırıldı) qəzetinin mətbəəsində mürəttib vəzifəsində əmək fəaliyyətinə başlamışam. 1993-cü ilə kimi həmin vəzifədə işləmişəm. 1993-cü ildən Cəlilabad Telekommunikasiya Qovşağına elektrik montyoru kimi işə qəbul olunmuşam və indiyədək həmin müəssisədə işləyirəm. O vaxtkı sovet qanunlarına görə, mətbəədə işləyənlər güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malik idilər. Mən də əmək kitabçamı götürüb Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad Rayon Şöbəsində oldum. Mənə bildirdilər ki, həmin qanun yenə də qüvvədədir, lakin baş idarənin məktubu lazımdır. O vaxtlar Mətbuat Komitəsi var idi. İndi mən hara müraciət etməliyəm? Məgər əmək kitabçası kifayət etmirmi? Yaxud "Yeni yol" qəzetinin arayışı kifayət deyilmi?

Həmid MUSTAFAYEV,
Cəlilabad şəhəri.

- Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə; qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sizin bu qanunla göstərilən qaydada əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına 57 yaşında çıxmağınız üçün isə ilk növbədə yuxarıda göstərilən şərtlər nəzərə alınmaqla işlədiyiniz peşə və ya vəzifənizin adı Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda olmalıdır. Hazırda qüvvədə olan bu qərarın 20-ci bölməsində poliqrafiya istehsalatı ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifələr göstərilmişdir.
Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bu səbəbdən hesab edirəm ki, əmək pensiyasına çıxmaq üçün əmək kitabçanızı və əvvəllər işlədiyiniz "Taxılçı" və hazırda isə "Yeni yol" adlandırılan qəzetdən Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad Rayon Şöbəsinə arayış təqdim etməyiniz kifayətdir. Əgər hazırda işlədiyiniz qəzet fəaliyyət göstərmirsə və hüquqi şəxs kimi ləğv olunmuşsa bu barədə müvafiq arxiv arayışı almaqla Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad Rayon Şöbəsinə təqdim edə bilərsiniz. Siz bu arxiv arayışlarını almaq üçün Dövlət Mərkəzi Arxivinə və ya onun yerli şöbəsinə müraciət etməlisiniz. Belə ki, idarə və müəssisələr, onların baş idarələri ləğv olunduğu halda, həmin müəssisələrə aid qanunvericilikdə nəzərdə tutulan qaydada uzun müddət saxlanılması tələb olunan sənədlər Dövlət Mərkəzi Arxivinə və ya onun yerli şöbələrinə təhvil verilir. İşçilərə aid işə qəbul, əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər, sizin bu idarə və müəssisələrdə işləməyinizi təsdiq edən əməkhaqqı sənədləri 75 il saxlanılan sənədlərə aiddir və bu səbəbdən həmin sənədlər Dövlət Mərkəzi Arxivində və ya onun yerli şöbələrində qorunub saxlanılır.


- İşçi əmək məzuniyyətindən geri çağırıldıqda onun istifadə etmədiyi məzuniyyət günlərinin məbləğini kompensasiya ilə əvəz etmək olarmı?

Elşən MƏMMƏDOV,
Cəlilabad şəhəri.


- Əmək Məcəlləsinin 137-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əməkhaqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur. Məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən isə, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsində bu əmək münasibəti birbaşa tənzimlənmədiyindən hesab edirəm ki, əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndini əsas tutmaqla istifadə etmədiyi məzuniyyət günlərinin məbləği ondan tutulmadan kompensasiya kimi rəsmiləşdirilə bilər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.