Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

20.07.09 - 10:16676 baxılıb

- Neft və qaz sənayesi üzrə neft quyularının qazılması, neft və qazın hasilatı üzrə işləyən operatorların əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?

Əli CABBAROV,
Bakı şəhəri.

- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən ,zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 6-cı bölməsinin10-18-ci bəndlərinə əsasən:
o quyuların sementlənməsi üzrə maşinistin, quyuların sementlənməsi üzrə operatorun, sementləmənin nəzarəti stansiyasının motorçu- operatoru: sərbəst hidrogen- sulfid ayıran quyularda və digər quyularda -6 təqvim günü,
o quyuların yoxlanılması (sınağı) üzrə operatorun-6 təqvim günü,
o quyuların əsaslı və yeraltı təmirinə hazırliq üzrə operatorun -6 təqvim günü,
o quyuların tədqiqi üzrə operatorun -6 təqvim günü,
o neft və qaz hasilatı üzrə operatorun, qazın yığılması üzrə operatorun, əmtəə operatorunun -6 təqvim günü,
o qatların təzyiqinin saxlanılması üzrə operatorun-6 təqvim günü,
o qatların hidravlik partladılması üzrə operatorun-6 təqvim günü,
o quyuların kimyəvi işlənməsi üzrə operatorun-6 təqvim günü,
o susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatorunun-6 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.

- Neft və qaz sənayesində geofizika və axtarış işlərində əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?

Elçin HƏSƏNOV,
Bakı şəhəri.

- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 6-cı bölməsinin110-112-ci bəndlərinə əsasən, neft və qaz sənayesində geofizika və axtarış işlərində əmək fəaliyyəti ilə məşğul olan:
- quyularda vurub deşmə, partlatma işləri üçün barıtlı, hekzogenli və digər RM partladıcı maddələrin doldurulması, daima çəkilib- bükülməsi və hazırlığı ilə məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislərin 6 təqvim günü;
- vurub deşmə və partladıcı quyu aparatlarının hazırlanmasında, tamamlanmasında, doldurulmasında və partlatma işlərində, boşaldılmasında, tənzimlənməsində və yuyulmasında daima məşğul olan fəhlələr, ustalar və texniklərin 6 təqvim günü;
- partladıcı maddələr doldurulan otaqların yığışdırılmasında məşğul olan istehsalat otaqlarını yığışdıranların 6 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.

- Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi necə müəyyənləşdirilir?

İbad HÜSEYNOV,
Bakı şəhəri.

- Spirtli içkilərdən və narkotik vasitələrdən sui- istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırıla bilər.
Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumları (valideynlərin, uşaqların, qardaş və bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya müəssisələrinin ərizəsi üzrə qaldırıla bilər.
Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya müəssisəsində yerləşdirilmişdirsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

- Kənd təsərrüfatı müəssisələrində iş vaxtının və əməyin ödənilməsinin tənzimlənməsinin xüsusiyyətləri barədə məlumat verməyinizi xahiş edirəm.

Oruc VƏLİYEV,
Balakən rayonu.

- Kənd təsərrüfatı müəssisələrində iş vaxtının və əməyin ödənilməsinin tənzimlənməsinin aşağıdakı xüsusiyyətləri vardır:
- Kənd təsərrüfatı və aqrar sənaye müəssisələrində istehsal və digər iqtisadi münasibətlərin xüsusiyyətləri nəzərə alınaraq iş vaxtı Əmək Məcəlləsində nəzərdə tutulan normalar və qaydalar çərçivəsində nizamnamələri (əsasnamələri) ilə müəyyən edilir. Bu müəssisələrdə iş vaxtının cəmlənmiş və ya mövsümi işlərin yerinə yetirilməsi üçün ayrı-ayrı dövrlərə bölünmüş uçotu aparıla bilər.
- Kənd təsərrüfatı təyinatlı məhsul istehsal edən və ya xidmətlər göstərən qurumların üzvlərinin əməkhaqqı məsələləri ilə bağlı münasibətlər bir qayda olaraq həmin müəssisənin mülkiyyətindəki pay iştirakı ilə müəyyən edilir. Bu müəssisələrdə əmək müqaviləsi ilə işləyən işçilərə əməkhaqqı Əmək Məcəlləsində nəzərdə tutulan normalardan az olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
- Əgər kənd təsərrüfatı müəssisələrində işçilərin əməkhaqqının ödənilməsi formaları, qaydaları, əmək və əməyin qiymətləndirilməsi normaları onların nizamnamələrində, əsasnamələrində nəzərdə tutulmamışdırsa, onda müəssisənin əməkhaqqı normalarının müəyyən edilməsi və ödənilməsi qaydaları tətbiq edilir. Bu qaydalar müəssisənin ümumi yığıncağı tərəfindən səs çoxluğu ilə qəbul edilir. Belə qaydalar da qəbul edilməyibsə, əməkhaqqı normaları müvafiq icra hakimiyyəti və ya bələdiyyə orqanı tərəfindən müəyyən edilmiş normativlər barədə müvafiq tövsiyələr əsasında müəyyən edilir.

- Ezamiyyələr zamanı ezamiyyət yerində olma haqqında qeydlər barədə məlumat almaq istəyirəm.

Seymur QULİYEV,
Bakı şəhər i.

- Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"nın yeddinci bəndinə əsasən, respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə ayrıca qeyd edilir.
Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb ölkəyə qayıtma barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür.
Dövlətlərarası razılaşmaya əsasən, ölkədən çıxdıqda və ölkəyə qayıtdıqda pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqan tərəfindən müvafiq qeyd aparılmayan hallarda bu qaydaların əlavəsinə uyğun olaraq "Ezamiyyə vəsiqəsi" verilə bilər (ingilis dilində tərtib edilmiş variant).
Təşkilatlarda ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin qeydiyyatı müvafiq kitabda aparılmalıdır. Həmin kitabda ezam edilən və ezamiyyətdən qayıdan işçinin vəzifəsi, adı, soyadı, ezamiyyə vəsiqəsinin və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, ezam edilən təşkilatın adı qeyd olunmalıdır.

- Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının əsasları hansılardır?

Rafiq MƏMMƏDOV,
Mingəçevir şəhəri.

- "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
o Qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
o Daşınmaz əmlak barədə notariat qaydada təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər;
o Qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
o Bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
o Qanunvericiliklə nəzərdə tutulan digər əsaslar.

- Vətəndaşlar yaşadığı mənzilin su pulunu son 3 il üçün ödəyərsə, əvvəlki borclardan azad edilə bilərmi? Bu barədə qəzetiniz vasitəsilə məlumat verməyinizi xahiş edirəm.

N.ƏHMƏDOV,
Şəki şəhəri.

- Hər bir Azərbaycan Respublikasının vətəndaşı yaşadığı mənzildə istifadə etdiyi su pulunu ödəməyə borcludur. Vətəndaşların su sərfinə görə olan borclarının silinməsi yalnız mərkəzi icra və qanunvericilik orqanlarının normativ-hüquqi xarakter daşıyan aktları əsasında həyata keçirilə bilər. Belə bir normativ akt olmadıqda isə, istifadə edilən və haqqı ödənilməyən su pulunun tutulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilir. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən,ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.