Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

17.08.09 - 10:38689 baxılıb

- Hansı hallarda öz hərəkətlərinin mənasını başa düşməyən və ya özünü idarə edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsız hesab olunur?

Nizami ƏMRAHOV,
Qazax rayonu.

- Fəaliyyət qabiliyyəti olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər.
Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün davranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır.

- Torpaq sahəsi üzərində birgə hüquqlar hansı hallarda yaranır?

İmran HÜSEYNOV,
Şamaxı rayonu.

- Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır.
İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və birgə icarə hüququna məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam verilməsi Mülki Məcəllənin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir.

- Vətəndaşların torpaq sahəsində tikinti həyata keçirməsi üçün hansı hüquqları vardır?

Arzu ƏHƏDOV,
Xırdalan şəhəri.

- Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən:
1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.
2. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.

- Ezamiyyə xərcləri hansı vasitələr hesabına ödənilir?

İlqar ABBASOV,
Astara rayonu.

- Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"nın on birinci bəndinə əsasən, bu qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyə xərcləri büdcədən maliyyələşdirilən təşkilatlarda xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vasitələr hesabına ödənilir.
Digər təşkilatlarda təsdiq olunmuş normalar daxilində ezamiyyə xərcləri məhsulun (işin və xidmətlərin) maya dəyərinə daxil edilir və həmin təşkilatlar ezamiyyə xərclərinin normalarını öz sərəncamlarında qalan mənfəət hesabına artıra bilərlər.

- Hansı əsaslarla dövlət qulluğuna xitam verilə bilər?

Mübariz RƏSULOV,
Gədəbəy rayonu.

Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:
o İnzibati vəzifə tutan və ixtisas dərəcəsi olan dövlət qulluqçusunun könüllü olaraq işdən çıxması.
o İnzibati vəzifə tutan dövlət qulluqçusunun işdən azad edilməsi.
o Yardımçı vəzifə tutan dövlət qulluqçusunun əmək qanunvericiliyinə müvafiq surətdə işdən azad edilməsi.
o Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə əlaqədar olaraq işdən azad edilməsi.
o Bir ildən çox müddətə azadlıqdan məhrum edilməyə səbəb olan cinayət məsuliyyətinə cəlb edilməsi.
o Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə könüllü işdən çıxdıqda.
Dövlət qulluqçusu könüllü işdən çıxdıqda, əgər dövlət orqanının rəhbərliyinin qərarı olarsa, könüllü işdən çıxmaq haqqında ərizəni verdikdən sonra üç ay ərzində dövlət qulluğunu davam etdirməlidir.
Dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" qanunun 33.1.3-cü maddəsində nəzərdə tutulduğu kimi, işdən azad edilməsinə müvafiq hallarda icazə verilir.
o Əmək Məcəlləsində nəzərdə tutulan əsaslarla.
o Əgər dövlət vəzifəsinin tutulması Milli Məclis deputatının statusu ilə bir araya sığmırsa, Milli Məclis deputatının səlahiyyətindən əl çəkməkdən imtina etməsi.
o Dövlət qulluğundan kənarda bu qanunla qadağan olunmuş başqa işə keçmə.
o Əmək müqaviləsində (kontraktda) başqa şərt nəzərdə tutulmayıbsa, ixtisas dərəcəsi olmayan dövlət qulluqçusu öz istəyi ilə işdən çıxmaq barədə ərizə verdiyi gündən ən çoxu 3 ay müddətində işdən azad edilir.
o Dövlət qulluqçusu öz istəyi ilə və onu həmin vəzifəyə təyin etmiş rəhbərin razılığı ilə haqqı ödənilmədən uzunmüddətli məzuniyyətə göndərilə bilər.

- Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə hansı qaydada verilir?

Elza MirƏliyeva,
Şirvan şəhəri.

- "Notariat haqqında" qanunun 59-cu maddəsinə əsasən:
Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.
Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və digər münasibərlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

- Notarius tərəfindən şəxsin sağ olması faktının təsdiq edilməsi hansı qaydada aparılır?

Səlim MƏDƏTOV,
Şəki şəhəri.

- Notarius şəxsin xahişinə əsasən, onun sağ olması faktını təsdiq edir. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların sağ olması faktı onların qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərin, qəyyumlarının) xahişi ilə təsdiq edilir.14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların sağ olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərin, himayəçilərinin) razılığı ilə təsdiq edilir.
Şəxsin sağ olması faktı həm o, notariusa gəldikdə, həm də notarius bu faktı notariusun yerləşdiyi binadan kənarda təsdiq etdikdə müəyyən olunur.
Notarius maraqlı şəxslərə şəxsin sağ olması faktını təsdiq edən şəhadətnamə verməlidir.

- Fiziki şəxsin mülki-hüquq qabiliyyəti nə deməkdir?

Azad QARAYEV,
Bakı şəhəri.

- Mülki Məcəllənin 25-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki vəzifələr daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki- hüquq qabiliyyəti eyni dərəcədə tanınır.
Fiziki şəxsin mülki-hüquq qabiliyyəti onun doğulduğu anda əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür.
Fiziki şəxs mülki-hüquq qabiliyyətindən məhrum edilə bilməz.

- Azərbaycan Respublikası qanunvericiliyi ilə Ruminiya və Sloveniyada 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?
Arif HƏsƏnov,
Bakı şəhəri.

- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarına bir nömrəli əlavəyə əsasən, Rumıniyada 175 avro məbləğində, Sloveniyada 145 avro məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.

- Dövlət qulluqçuları üçün mədəni davranış nə deməkdir?

Firuz HÜSEYNLİ,
Bakı şəhəri.

- "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun 9-cu maddəsinə əsasən, dövlət qulluqçuları üçün mədəni davranış dedikdə, dövlət qulluqçusunun bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbər ilə və ya tabeliyində olan şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olması başa düşülür.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.