Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

31.08.09 - 11:55520 baxılıb

- Sənədlərin surətlərinin, sənədlərin surətlərindən çıxarılmış surətlərin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi hansı qaydada aparılır?

Təranə QULİYEVA,
Bakı şəhəri.

- Sənədlər və onların surətlərinin təsdiqi notariat orqanları tərəfindən həyata keçirilir. Notariuslar idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.
Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun.
Sənədin surətinin düzgünlüyü notariat qaydasında təsdiq olunmuşsa və ya sənədin surətini sənədin əslini vermiş idarə, müəssisə, təşkilat vermişdirsə, notarius sənədin surətindən çıxarılmış surətin düzgünlüyünü təsdiq edə bilər. Sonuncu halda sənədin surəti idarənin, , müəssisənin, təşkilatın blankında tərtib edilməli, üzərində möhür vurulmalı və qeyd olunmalıdır ki, sənədin əsli həmin idarə, müəssisə, təşkilatda saxlanılır.
Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilə bilər ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətni ozündə əks etdirilməlidir.
Sənədin təsdiq edilən surəti və ya sənəddən çıxarış sənədin əsli ilə tutuşdurulur. Sənədin surəti kseroks və yaxud çap və ya əlyazma üsulu ilə tərtib edilə bilər.

- Avropa Sosial Xartiyasına qoşularkən Azərbaycan Respublikası əmək hüquqları sahəsində öz üzərinə hansı öhdəliklər götürüb?

Cəmşid ƏLİYEV,
Mingəçevir şəhəri.

- "Avropa Sosial Xartiyasının tətbiq edilməsi barədə" qanunun birinci maddəsinə əsasən, Avropa Sosial Xartiyasına qoşularkən Azərbaycan Respublikası əmək hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədi ilə öz üzərinə aşağıdakı öhdəlikləri götürüb:
o Tam məşğulluğun əldə olunması məqsədi ilə mümkün qədər yüksək və sabit məşğulluq səviyyəsinə nail olunmasını və onun saxlanılmasını öz əsas məqsəd və öhdəliklərindən biri kimi qəbul etmək.
o İşçilərin sərbəst seçdiyi iş vasitəsilə öz yaşayışı üçün qazanc əldə etmək hüququnu səmərəli qorumaq.
o Bütün işçilər üçün pulsuz məşğulluq xidmətlərini yaratmaq və ya saxlamaq .
o Müvafiq peşə yönümünü, hazırlığı və bərpasını təmin etmək və ya inkişaf etdirmək.

- Mülki işlərdə məhkəmə hansı hallarda ekspertiza təyin edə bilər?

Elbrus BAYRAMOV,
Lənkəran şəhəri.

- Mülki işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə iştirak edən şəxsin vəsatəti və ya təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
İşdə iştirak edən şəxslər qarşılıqlı razılığı əsasında konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər.
İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.
Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur.
Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və sair.) və işin hallarına görə bu tərəflərin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

- Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması barədə məlumat verməyinizi xahiş edirəm.

Fəqan MƏNSUROV,
Şəmkir rayonu.

- "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 9-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır:
o Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında qəbzin qəbul edilməsi;
o Daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması;
o Bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya bu hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub olmamasının müəyyən edilməsi;
o Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
Qeydiyyat orqanının, sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmə halı istisna olmaqla, qeydiyyat orqanı ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllğı ilə aparılır.

- Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hansı sənədlər təqdim edilməlidir.

Sevinc MƏMMƏDOVA,
Quba rayonu.

- “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən edilmiş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyat haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılr əlavə olunur:
o Hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş əsaslardan biri;
o Torpaq sahəsinin planı və ölçüsü;
o Torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın və onun tərkib hissələrinin texniki pasportu, plan cizgisi;
o Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.

- Nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrinin verilməsi üçün nə qədər dövlət rüsumu ödənilməlidir?

Aysel ƏMİRQULİYEVA,
Bakı şəhəri.

- "Dövlət rüsumu haqqında" qanunun 8-ci maddəsinə əsasən, nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrinin verilməsi üçün 5 manat, nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə 20 manat məbləğində dövlət rüsumu ödənilir.

- Qanunvericiliklə donorun hansı hüquqları vardır?

Seyfəddin ALIYEV,
Xırdalan şəhəri.

- Qanın, qan komponentlərinin donorluğu və "Qan xidməti haqqında" qanunun 7-ci maddəsinə əsasən donorun aşağıdakı hüquqları vardır;
o Tibbi müayinədən keçdiyi, qan və qan komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad edilmək və əlavə istirahət günü almaq;
o Pullu donorluq zamanı verdiyi qan və qan komponentləri üçün haqq almaq;
o Donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini qanunvericiliklə müəyyən edilmiş qaydada almaq.
Şəxs donorluqla əlaqədar əlil olduqda, onun əlilliyi əmək xəsarəti nəticəsində əmələ gələn əlilliklə bərabər tutulur.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.