Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

07.09.09 - 10:56482 baxılıb

- 2007-ci ilin dekabr ayından bələdiyyə üzvüyəm. Bundan əvvəlki iş yerlərində əmək stajım 20 ilə yaxındır. Bilmək istərdim ki, əmək məzuniyyətinə çıxanda mənə iş stajına görə neçə təqvim günü əlavə məzuniyyət verilməlidir?

Sevda RZAYEVA,
Bakı şəhəri.

- AR Əmək Məcəlləsinin 114-cü maddəsinin 2-ci hissəsinə görə işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Bu Məcəllənin 114-cü maddəsinin 3-cü hissəsinin B) bəndinə əsasən isə məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. Bir faktı da qeyd etmək istəyirəm ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. AR Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən, əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqı saxlanıldığı dövrlər daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran "bir müəssisədə" müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir" ("Azərbaycan" qəzeti, 1 dekabr 2000-ci il, № 276, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №2/2001). Əmək Məcəlləsinin bu maddəsinə əsasən, əmək stajından asılı olaraq işçilərə:
beş ildən on ilədək əmək stajı olduqda - 2 təqvim günü;
on ildən on beş ilədək əmək stajı olduqda - 4 təqvim günü;
on beş ildən çox əmək stajı olduqda - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
AR Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əməkhaqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü; əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, habelə azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
Yuxarıda göstərilənləri əsas tutaraq bildirirəm ki, AR Əmək Məcəlləsinin 114 və 116- cı maddələrinə əsasən, sizə 30 təqvim günü müddətində ödənişli əsas məzuniyyət və 6 təqvim günü müddətində əlavə məzuniyyət olmaqla, cəmi 36 təqvim günü ödənişli məzuniyyət verilməlidir.

- 2003-cü ilin may ayından bələdiyyədə vergi müfəttişi vəzifəsində çalışan və 3-cü qrup əlillik dərəcəsi olan işçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci bəndinə əsasən əmək məzuniyyətindən geri çağırıla bilərmi? Onu da qeyd etmək istəyirəm ki, həmin işçinin əmək məzuniyyətindən geri çağırılmasına heç bir ehtiyac yoxdur.

Sevda RZAYEVA,
Bakı şəhəri.

- AR Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci hissəsinə əsasən, müstəsna hallarda - istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir. Bu Məcəllənin 137-ci maddəsinin 4-cü maddəsinə əsasən isə işçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər. Əmək Məcəlləsinin bu maddəsində işçinin əmək məzuniyyətindən geri çağırılması qaydaları göstərilmişdir və bu maddədə göstərilən şərtlər bütün işçilərə şamil olunur. İşçinin əmək məzuniyyətindən geri çağırılması əmrlə rəsmiləşdirilməlidir və tərtib olunmuş bu əmrdə işçinin hansı müstəsna hallara görə əmək məzuniyyətindən geri çağırılması halları əsaslandırılmalıdır. İşçinin əmək məzuniyyətindən geri çağırılmasına heç bir ehtiyac yoxdur kimi fikrinizə cavab olaraq bildirirəm ki, bu səlahiyyət, yəni, müstəsna hallarda - istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçini onun razılığı ilə məzuniyyətdən geri çağırmaq səlahiyyəti ancaq işəgötürənə məxsusdur. Qeyd etdiyiniz işçiyə aidiyyatının olub-olmamasından asılı olmayaraq bildirirəm ki, bələdiyyədə vergi müfəttişi vəzifəsində çalışan işçinin bu qanunda nəzərdə tutulan qaydada təxirəsalınmaz işlərin görülməsi zərurəti ilə əlaqədar məzuniyyətdən geri çağırılması mümkündür.

- 50 illik əmək stajımın 40 ilini rabitə sahəsinə həsr etmişəm. Şəmkir Rayon Mərkəzi Poçtunda nəzarətçi - əməliyyatçı işləmişəm. Şəxsi ərizəm və Şəmkir Rayon Poçt filialının əmri əsasında 11.02.2008-ci il tarixində "İpək Yolu" poçt şöbəsinə əməliyyatçı təyin olunmuşam. Lakin bu zaman mənimlə yeni əmək müqaviləsi bağlanmamışdır. Şəmkir Rayon Poçt filialının 20.07.2009-cu il tarixli məktubu əsasında mənimlə bağlanmış əmək müqaviləsinə tutduğum ştat vahidinin ixtisar olunması ilə əlaqədar xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Bilmək istəyirəm ki, mənimlə bağlanmış əvvəlki əmək müqaviləsi əsas tutulmaqla tutduğum ştat vahidinin ixtisar olunması qanunidirmi? Digər bir sualım ondan ibarətdir ki, tutduğum ştat vahidi ixtisar olunarsa, mənə başqa iş təklif olunmalıdırmı?

Aydın MƏMMƏDOV,
Şəmkir rayonu.

- Ərizənizə və ərizənizə əlavə etdiyiniz sənədlərə əsasən müəyyən etmək olur ki, Şəmkir Rayon Poçt filialının 20.07.2009-cu il tarixli məktubu ilə sizinlə bağlanmış əmək müqaviləsinə tutduğunuz ştat vahidinin ixtisar olunması ilə əlaqədar xitam verilməsi barədə sizə AR Əmək Məcəlləsinin 77-ci maddəsində göstərilən qaydada xəbərdarlıq edilmişdir. "Azərpoçt" DM-də struktur dəyişikliyinin aparılması ilə əlaqədar bu müəssisənin 19.06.2009-cu il tarixli əmri olmuşdur və bu əmrə uyğun olaraq Şəmkir Rayon Poçt filialında yeni yaradılmış strukturla əlaqədar tutduğunuz ştat vahidi ixtisara düşmüşdür. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən bu əsasla ləğv edilə bilər. Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. İlk dəfə işə qəbul olunan işçi ilə əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 42-53-cü maddələrinin şərtləri nəzərə alınmaqla bağlanılması məcburidir. Əmək müqaviləsi bağlanmış işçi ilə əmək münasibətlərində olduğu dövrdə yeni əmək müqaviləsinin bağlanması AR Əmək Məcəlləsinin 59-cu maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Əgər "İpək Yolu" Poçt Şöbəsi Şəmkir Rayon Poçt filialının tərkibindədirsə, sizinlə əmək müqaviləsi bağlayan işəgötürən həm Filialda, həm də Şöbədə eynidirsə və yeni iş yerində əmək funksiyalarınız dəyişməyibsə, 11.02.2008-ci il tarixinə kimi bağladığınız əmək müqaviləsi öz hüquqi qüvvəsini itirmir və onun dəyişdirilməsi, yeni əmək müqaviləsinin bağlanması qanunla məcburi deyil və bu hala yol verilməsi yalnız hər iki tərəfin razılığı əsasında həyata keçirilə bilər. Təqdim etdiyiniz sənədlər də AR Əmək Məcəlləsi ilə nəzərdə tutulan bu halların mövcud olduğunu təsdiq edir. Göstərilən şərtlər əsasında sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. İkinci sualınızla əlaqədar bildirirəm ki, əvvəlki redaksiyada olan AR Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən "İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işəgötürən tərəfindən işçinin peşəkarlığı,ixtisası, peşəsi və sənəti nəzərə alınmaqla başqa peşəyə keçirilməsi imkanlarının araşdırılması nəzərdə tutulur". 16 may 2008-ci il tarixli 608-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 600) ilə maddənin 1-ci hissəsi yeni redaksiyada verilmişdir: Maddə 77.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu dəyişikliyə əsasən hal-hazırda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən onların işəgötürən tərəfindən başqa işə keçirilməsi imkanlarının araşdırılması nəzərdə tutulmamışdır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.