Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

28.09.09 - 11:30574 baxılıb

- Neft və qaz sənayesində geofizika və axtarış işlərində əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?

Səbuhi MƏMMƏDOV,
Salyan rayonu.

- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 6-cı bölməsinin 110-112-ci bəndlərinə əsasən, neft və qaz sənayesində geofizika və axtarış işlərində əmək fəaliyyəti ilə məşğul olan:
o Quyularda vurub-deşmə, partlatma işləri üçün barıtlı, hekzogenli və digər RM partladıcı maddələrin doldurulması, daima çəkilib-bükülməsi və hazırlığı ilə məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislərin-6 təqvim günü,
o Vurub-deşmə və partladıcı quyu aparatlarının hazırlanmasında, tamamlanmasında, doldurulmasında və partlatma işlərində, boşaldılmasında, tənzimlənməsində və yuyulmasında daima məşğul olan fəhlələr, ustalar və texniklərin-6 təqvim günü ,
o Partladıcı maddələr doldurulan otaqların yığışdırılmasında məşğul olan istehsalat otaqlarını yığışdıranların-6 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün nə qədər dövlət rüsumu ödənilməlidir?

Təranə SEYİDOVA,
Bakı şəhəri.

- "Dövlət rüsumu haqqında" qanunun 12-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri: nikahın qeydə alınması üçün - 5 manat, nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği - 5 manat, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında - 6 manat, məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən); - 11 manat , digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, yaxud ən azı üç il müddətinə azadlıqdan məhrum edilmiş şəxsdirsə - 2 manat, soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün - 3 manat, doğum, nikah və nikahın pozulması, ölüm haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün - 2 manat, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsi üçün - 2 manat, xaricdə istifadə edilməsi məqsədi ilə verilən eyni cür şəhadətnamələr üçün - 11 manat məbləğində dövlət rüsumu tutulur.

- Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında hansı təhsil hüquqlarına malikdirlər?

Əfqan HÜSEYNOV,
Bakı şəhəri.

- Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüquqlarına malikdirlər. Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələr ilə, başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil pulludur.

- Qanunvericiliklə dövlət qulluğunun hansı şərtləri vardır?

Mətin İSAYEV,
Sumqayıt şəhəri.

- Qanunvericiliklə dövlət qulluğunun aşağıdakı şərtləri vardır:
Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır.Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
1. Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər.İş vaxtı 5 saatdan çox artırıldıqda işlədiyi hər saata görə əlavə ödənilməlidir.
2. Dövlət qulluqçularına ildə bir dəfə 30 təqvim günü qədər haqqı ödənilən məzuniyyət verilir.Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət aşağıdakı qaydada verilir:
o 5 ildən 10 ilədək əmək stajına görə - 2 təqvim günü;
o 10 ildən 15 ilədək əmək stajına görə - 4 təqvim günü;
o 15 ildən çox əmək stajına görə - 6 təqvim günü.
3. Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılarla təmin olunur:
o Mehmanxanada və ya xidməti yaşayış sahəsində yer, altı aydan çox müddətə ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil sahəsi;
o Iş yeri,rabitə vasitələrindən istifadə etmək imkanı;
o Digər zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri,o cümlədən onu göndərən orqanın vəsaiti hesabına xidmətlər.
4. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə aparmağa ixtiyarı vardır.Ona müəyyən edilmiş yaşayış normalarına uyğun gələn məişət ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir,habelə əvvəl işlədiyi yerdəki yaşayış sahəsi saxlanılır.Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə kömək göstərilir,məktəbəqədər uşaq müəssisələrində yer verilir və lazım gəldikdə,onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan başqa məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir.
5. Yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri, bu Qanunun müddəaları nəzərə alınmaqla, Əmək Məcəlləsi ilə tənzimlənir.

- Avropa Sosial Xartiyasına görə ədalətli əmək şəraiti hüququ nə deməkdir?

Sənubər VƏLİYEVA,
Şirvan şəhəri.

- "Avropa Sosial Xartiyasının tədbiq edilməsi barədə" qanunun ikinci maddəsinə əsasən, ədalətli əmək şəraiti hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədi ilə tərəflər öz üzərlərinə aşağıdakı öhdəlikləri götürürlər:
o Ağlabatan iş günü və iş həftəsini nəzərdə tutmaq, habelə məhsuldarlıq artımının və digər müvafiq amillərin imkan verdiyi dərəcədə iş həftəsini tədricən azaltmaq.
o Ödənişli bayram günləri təyin etmək.
o Ən azı dörd həftəlik ödənişli illik məzuniyyətin verilməsini təmin etmək.
o Təhlükəli və sağlamlıq üçün zərərli işlərlə əlaqədar təhlükələri aradan qaldırmaq, habelə belə təhlükələrin aradan qaldırılması və ya kifayətedici dərəcədə azaldılması hələ mümkün olmadıqda, belə işlərə cəlb olunan işçilər üçün iş vaxtının azaldılmasını və ya əlavə ödənişli məzuniyyəti nəzərdə tutmaq.
o Müvafiq ölkə və ya bölgənin adət və ənənəsinə görə istirahət günü kimi tanınmış həftə günü ilə imkan dərəcəsində üst-üstə düşən hər həftə üçün istirahət dövrü ayırmaq.
o Əmək müqaviləsinin və ya əmək münasibətlərinin mühüm cəhətləri haqqında işçilərə mümkün qədər tez və ya hər halda onların muzdlu işə başlamasından iki ay müddətindən gec olmayaraq məlumat verməyi təmin etmək.
o Gecə əməyinin xüsusiyyətini nəzərə alan imtiyazları işçilərin almasını təmin etmək.

- Valideynlər hansı hallarda val ideynlik hüquqlarından məhrum edilə bilərlər?

Gülnarə MEHDİYEVA,
Bakı şəhəri.

- Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:
o Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə.
o Alimenti qəsdən ödəmədikdə.
o Heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə.
o Valideynlik hüquqlarından sui-istifadə etdikdə.
o Uşaqlarla amansız davrandıqda, onları fiziki və ya psixi təzyiq altında saxladıqda.
o Xroniki alkoqol və narkomaniya xəstəsidirsə.
o Uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.