Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

19.10.09 - 12:271073 baxılıb

- Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə mənzil almaq hüququm bərpa olunmuşdur. Qanuni qüvvəyə minmiş Qətnamənin icra olunması üçün 15 yanvar 2008-ci il tarixli İcra Vərəqi verilmişdir. Lakin bu günə kimi Qətnamə cavabdeh olan Azərbaycan Dövlət Dəmir Yolu və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin icraçıları tərəfindən yerinə yetirilmir. Məhkəmə Qətnaməsinin icra olunması üçün hansı orqana müraciət etməliyəm?

Allahverən ŞİRİNOV,
Bakı şəhəri.

- "Məhkəmə qərarlarının icrası haqqında" qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçısının tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə nəzarətçisinin və məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olanlar qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.
"Məhkəmə qərarlarının icrası haqqında" qanunun 84.4-cü maddəsinə əsasən, məhkəmə icraçısının qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə məhkəmə icraçısı məhkəmə icraçıları qurumunun rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir.
Məktubunuza əsasən 15 yanvar 2008-ci il tarixli İcra Vərəqi üzrə 29. 12. 2008-ci il tarixli Qətnamənin icrası Bakı şəhəri, Nəsimi Rayon Məhkəmə Nəzarətçiləri və İcraçıları Şöbəsinin icraatına verilmişdir. Qeyd olunan İcra Vərəqi qanunvericiliklə nəzərdə tutulan qaydada icra olunmursa, siz icra işini həyata keçirməyən icraçıdan Bakı şəhəri, Nəsimi Rayon Məhkəmə Nəzarətçiləri və İcraçıları Şöbəsinin rəisinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisinə, Azərbaycan Respublikasının Ədliyyə nazirinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinə müraciət edə bilərsiniz.

- Hansı hallarda digər şəxslər tərəfindən təsdiq edilmiş vəsiyyətnamələr notariusa bərabər tutulur?

Pərvanə HÜSEYNOVA,
Bakı şəhəri.

- Vəsiyyətnamələr təsdiqlənərkən aşağıdakılar notariusa bərabər tutulur:
o Xəstəxananın, hospitalın, digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri və növbətçi baş həkimi və ya əlillər və qocalar evinin baş həkimi - əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa.
o Axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi, əgər vəsiyyət edən belə ekspedisiyadadırsa.
o Dəniz və ya hava gəmisinin kapitanı, əgər vəsiyyət edən dəniz və ya hava gəmisindədirsə.
o Hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəisi), əgər hərbi hissənin yerləşdiyi məntəqədə notarius yoxdursa və əgər vəsiyyət edən hərbi hissədə hərbi qulluqçudursa və ya həmin hissədə qulluq edən mülki şəxsi, yaxud onun ailə üzvüdürsə.
o Azadlıqdan məhrumetmə yerinin rəisi, əgər vəsiyyət edən azadlıqdan məhrumetmə yerindədirsə.

- Eşitdiyimə görə, hazırda ev alqı-satqısı zamanı pul əməliyyatı bank vasitəsilə aparılır. Bilmək istəyirəm ki, vasitəçinin iştirakı olmadan ev alan və satan arasında ev alqı-satqısı hansı qaydada aparılır?

Etibar KAZIMOV,
Bakı şəhəri.

- Sizin hər hansı bir vasitəçinin iştirakı olmadan və əlavə xərc çəkmədən, qanunla nəzərdə tutulan qaydada mənzilinizin alqı-satqısını həyata keçirmək hüququnuz vardır. Mənzilin alqı- satqısını həyata keçirmək üçün ilk növbədə sizin bu daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarınız olmalıdır və bu hüquqlar Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmalı, dövlət qeydiyyatına alınması barədə çıxarışınız olmalıdır. Mənzilin alqı-satqısı alqı-satqı müqaviləsi əsasında notariusda rəsmiləşdirilir. Bu rəsmiləşdirilmənin aparılması zamanı hər iki tərəfin şəxsiyyət vəsiqəsi üzərində olmalı, mülkiyyət hüququ ilə mənzildə yaşayan və qeydiyyatda olan 18 yaşına çatmış ailə üzvlərinin mənzilin satılmasna dair notariat qaydada razılığı və mənzilin texniki sənədləri də təqdim edilməlidir. Alqı-satqı müqaviləsi bağlanılarkən mənzilin pulu digər şəxsin hesabına bank vasitəsilə ödəməklə həyata keçirilir. Alqı-satqı müqaviləsi bağlandıqdan və notarial qaydada təsdiq olunduqdan sonra alan şəxs tərəfindən ona əlavə olunmuş sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində dövlət qeydiyyatına alınmaq üçün bu orqana təqdim edilir. Bu orqan tərəfindən mənzil qanunla nəzərdə tutulan qaydada həmin şəxsin adına şəxsi mülkiyyət hüququ ilə rəsmiləşdirilməklə bu barədə dövlət qeydiyyatına alınma barədə çıxarış verilir. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" qanunun 9-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: Bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında qəbzin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya bu hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmə halı istisna olmaqla, qeydiyyat orqanı ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllğı ilə aparılır. Həm notariusda, həm də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində bu əməliyyatların aparılması üçün nağd və ya köçürmə yolu ilə dövlət büdcəsinə dövlət rüsumu ödənilir. "Dövlət rüsumu haqqında" qanunun 10-cu maddəsinə əsasən, müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə -7 manat, müqavilə üzrə əmlak başqa vətəndaşlara və ya hüquqi şəxslərə keçirsə - 110 manat, digər şəhər və rayonlarda - 44 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 26-cı maddəsində nəzərdə tutulan qaydada daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün - 30 manat, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün -50 manat, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması - 20 manat məbləğində dövlət rüsumu tutulur.

- Qardaşım uzun müddət əmək fəaliyyəti ilə məşğul olub. Artıq o, vəfat edib. Bilmək istəyirəm ki, ailə başçısını itirməyə görə ailə üzvlərinin pensiya almaq hüququ varmı?

Adil XƏLİLOV,
Zərdab rayonu.

-"Əmək pensiyaları haqqında" qanunun 14-cü maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; 18 yaşına çatanadək I və ya II qrup əlil olmuş 18 yaşdan yuxarı; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; ata, ana, ər (arvad) pensiya yaşına - kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Sığorta olunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığorta olunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.