Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

16.11.09 - 12:24584 baxılıb

- Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri barədə məlumat verməyinizi xahiş edirəm.

Pərviz OSMANOV,
Şəki şəhəri.

- "Dövlət rüsumu haqqında" qanunun 8-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən aşağıdakı qaydada dövlət rüsumu tutulur:
o İddia qiyməti 110 manatdan çox olduqda - 20 manat; iddia qiyməti 110 manatdan çox olmadıqda - 3 manat. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən: iddia qiyməti 110 manatdan çox olduqda - 20 manat, iddia qiyməti 110 manatdan çox olmadıqda- 3 manat. Hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən - 3 manat. Məhkəmə əmri haqqında ərizələrdən - 10 manat.
o Apelyasiya və kasasiya şikayətlərindən: birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun müvafiq olaraq 120 və 150 faizi.
o İş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən -10 manat.
o Cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən: qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən - 20 manat, nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ- hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən - 5 manat, müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən-6 manat, vergi ödəmələri barədə mübahisələri üzrə iddia ərizələrindən- 5 manat, məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə - 6 manat.
o Nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən - 5 manat, nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə - 20 manat, yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən - 3 manat, müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən - 6 manat, qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin iqtisad məhkəməsinin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən -10 manat, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən - 20 manat məbləğində dövlət rüsumu tutulur.

- Razılığım olmadan müəssisə rəhbəri tərəfindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə göndərilmişəm. Bilmək istəyirəm, işçinin razılığı olmadan o, 6 ay müddətinə ödənişsiz məzuniyyətə göndərilə bilərmi?

Səadət BÜNYATOVA,
Bakı şəhəri.

- Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Əmək Məcəlləsinin bu maddəsinə əsasən, 6 aya qədər ödənişsiz məzuniyyətin verilməsində əsas şərt işəgötürənlə işçinin qarşılıqlı razılığıdır. Tərəflərdən birinin, o cümlədən işçinin rəsmi yazılı razılığı və ya ərizəsi olmadan, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulmayan, eləcə də əmək müqaviləsi ilə müəyyən edilən şərtlər olmadan işəgötürənin əmri ilə işçinin 6 aya qədər ödənişsiz məzuniyyətə göndərilməsi Əmək Məcəlləsinin bu maddəsinə uyğun deyil və işçinin ərizəsi əsasında məhkəmə qaydasında etibarsız hesab oluna bilər.

- "Azərenerji" ASC-nin Şirvan Yüksək Gərginlikli Elektrik Şəbəkəsi MMC-nin Salyan şəbəkə rayonu rəisi vəzifəsində işləmişəm. Bu vəzifədə işləyərkən, 01 iyul 2009-cu ildə mənimlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən müqavilə müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Yuxarıda qeyd olunan müəssisədə 40 ildən çox fasiləsiz iş stajına malikəm. Hazırda təqaüddəyəm. İşlədiyim müddətdə Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsindən məzuniyyət dövründə müalicə üçün sanatoriya müəssisələrinə yollayış alırdım. İşdən azad olunduqdan sonra sanatoriya yollayışı almaq üçün hansı təşkilata müraciət etməliyəm?

Mətləb AXUNDOV,
Salyan şəhəri.

- İşlədiyi müddətdə məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllənin 141-ci maddəsinə əsasən, əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması, müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir. Müvafiq icra hakimiyyəti orqanı, həmçinin işəgötürən və ya işəgötürənlərin nümayəndəli orqanı işçilərə məzuniyyət vaxtı üçün bu maddədə nəzərdə tutulmuş ödənclərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edir. Kollektiv müqavilələrdə uzun müddət bu müəssisələrdə işləmiş və təqaüdə çıxmış işçilərə də bu maddədə nəzərdə tutulan əlavə sosial-məişət müavinətinin ödənilməsi və müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi nəzərdə tutula bilər. Bu səbəbdən siz "Azərenerji" ASC-nin Şirvan Yüksək Gərginlikli Elektrik Şəbəkəsi MMC-nin Salyan şəbəkəsinə və Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə müraciət etməlisiniz. Kollektiv müqavilədə nəzərdə tutulduğu halda sizə bu müəssisədə 40 il müddətində işləməyiniz nəzərə alınmaqla istirahət-sağlamlıq müəssisələrinə sanatoriya yollayışı verilə bilər.

- Azərbaycan Respublikası qanunvericiliyi ilə Almaniya, Avstriya və Lixteynşteyndə 1 günlük ezamiyyə normaları hansı məbləğdə təyin edilmişdir?

Arzu QULAMOV,
Bakı şəhəri.

- Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarına bir nömrəli əlavəyə əsasən, Almaniyada - 225 avro məbləğində, Avstriyada - 185 avro məbləğində, Lixteynşteyndə - 200 avro məbləğində 1 günlük ezamiyyə normaları təyin edilmişdir.

- Məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxs törətdiyi mülki-hüquq pozuntusuna görə məsuliyyət daşıyırmı?

İltimas MƏCİDOV,
Bakı şəhəri.

- Bəli. Mülki Məcəllənin 1106-cı maddəsinə əsasən, məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin törətdiyi mülki-hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzi onun özü tərəfindən ödənilir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.