Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə hansı məbləğdə cərimə müəyyən edilmişdir?
Eltac HÜSEYNOV, Bakı şəhəri.
- "İnzibati xətalar haqqında" qanunun 152-ci maddəsinə əsasən: o 152-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - 80 manatdan 100 manatadək miqdarda cərimə edilir. o 152-1.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxs tərəfindən bu Məcəllənin 151.2 və ya 151.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə - 120 manatdan 150 manatadək miqdarda cərimə edilir. o 152-1.3. Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 10 bal toplanmasına görə - nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılır. o 152-1.4. Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 170 manatdan 200 manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində göstərilən xətalara yol verilməsi 5 balla qiymətləndirilir.
- Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta aylıq əməkhaqqı hansı qaydada saxlanılır?
Kamal HƏSƏNOV, Şirvan şəhəri.
- Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli, 11/30-108 saylı "İşçilərin ezamiyyə qaydaları"nın doqquzuncu bəndinə əsasən, ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta aylıq əməkhaqqı saxlanılır. Ezamiyyətdə olduğu vaxtda işçinin istifadə etmədiyi istirahət günlərinin əvəzinə ezamiyyətdən qayıtdıqdan sonra istirahət günləri verilmir. Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. Əvəzçilik üzrə işləyən işçi ezam olunan zaman onun orta aylıq əməkhaqqı onu ezam edən təşkilatda saxlanılır. Əgər işçi əsas və əvəzçiliklə işlədiyi iş yeri üzrə eyni vaxtda ezam olunarsa, bu halda onun orta aylıq əməkhaqqı hər iki iş yerində tutduğu vəzifə üzrə saxlanılır, ezamiyyə xərcləri isə müvafiq razılığa əsasən ezamiyyətə göndərən təşkilatlar arasında bölüşdürülür.
- Neftin qazılması və hasilatı, neft və qaz kondensatı sahəsində işləyən neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçılarının, vulkanizatorçuların, qüllə quraşdırıcılarının, qüllə quraşdırıcı-qaynaqçılarının, qüllə quraşdırıcı-elektrik montyorlarının, qazma qurğularının maşinistlərinin, neft və qaz üzrə qazma qurğularının maşinistlərinin, quyuların yoxlanılması üzrə qaldırıcıların maşinistlərinin, quyuların sementlənməsi üzrə maşinistlərinin, qazma qurğularının motorçularının, sementləşdirici aqreqatların motorçularının, sement-qumqarışdıran aqreqatların motorçularının, quyuların təhqiqatı üzrə operatorların, quyuların yoxlanılması (sınanması) üzrə operatorların güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardırmı?
Mədət ABBASOV Bakı şəhəri.
- "Əmək pensiyaları haqqında" qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu maddəsinə əsasən, neftin qazılması və hasilatı, neft, qaz kondensatı sahəsində işləyən aşağıdakı fəhlələrin: o Neft və qaz üçün istismar və kəşfiyyat- qazma quyularının qazmaçıları, o Vulkanizatorçuları, o Qüllə quraşdırıcıları, o Qüllə quraşdırıcı- qaynaqçıları, o Qüllə quraşdırıcı- elektrik montyorları, o Qazma qurğularının maşinistləri, o Neft və qaz üzrə qazma qurğularının maşinistləri, o Quyuların yoxlanılması üzrə qaldırıcıların maşinistləri, o Quyuların sementlənməsi üzrə maşinistləri, o Qazma qurğularının motorçuları, o Sementləşdirici aqreqatların motorçuları, o Sement-qumqarışdıran aqreqatların motorçuları, o Quyuların təhqiqatı üzrə operatorları, o Quyuların yoxlanılması (sınanması) üzrə operatorları peşələrində çalışan işçilərin, yuxarıda göstərilən normativ-hüquqi aktlara əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
- Avropa Sosial Xartiyasına qoşularkən Azərbaycan Respublikası işləyən qadınların analığının qorunması hüququ və əmək hüquqlarının müdafiəsi sahəsində öz üzərinə hansı öhdəliklər götürüb?
Aynurə VƏLİYEVA, Gəncə şəhəri.
- "Avropa Sosial Xartiyasının tətbiq edilməsi barədə" qanunun səkkizinci maddəsinə əsasən, Avropa Sosial Xartiyasına qoşularkən Azərbaycan Respublikası işləyən qadınların analığının qorunması hüququ və əmək hüquqlarının müdafiəsi sahəsində öz üzərinə aşağıdakı öhdəlikləri götürüb: o İşləyən qadınlara doğuşdan əvvəl və sonra 14 həftədən az olmayan ümumi maddədə ödənişli məzuniyyətin, yaxud müvafiq sosial müavinətlər vasitəsilə, yaxud ictimai fondlardan müavinətlər vasitəsilə məzuniyyətin verilməsini müəyyən etmək; o Qadını işdən azadetmə barədə bildirişin qadının işəgötürənə öz hamiləliyi barədə bildirdiyi vaxtdan hamiləlik məzuniyyətinin qurtarmasına qədər müddətdə işəgötürən tərəfindən verilməsini qeyri- qanuni hesab etmək; o Uşaqlarını əmizdirən anaların bu məqsədlə kifayət qədər fasilələr almaq hüququnu müəyyən etmək; o Hamilə qadınların, yaxın vaxtlarda doğmuş və uşaqlarını əmizdirən anaların gecə vaxtı işləməsini tənzimləmək; o Hamilə qadınların, yaxın vaxtlarda doğmuş və uşaqlarını əmizdirən anaların yeraltı mədənlərdə və təhlükə, sağlamlıq və ağırlıq baxımından yararlı olmayan digər işlərdə işləməsini qadağan etmək və belə qadınların əmək hüquqlarını müdafiə etmək üçün müvafiq tədbirləri həyata keçirmək.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.