Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- 29. 02.1972-ci ildən əmək fəaliyyətinə başlamışam. Bilmək istəyirəm ki, zərərli işdə işləməklə neçə yaşında əmək pensiyasına çıxmaq olar?
Bərxudar AXUNDOV, Ucar rayonu, Alpout kəndi.
- İşçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşə və vəzifələr Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" ilə tənzimlənir. Bu Siyahıda göstərilən peşə və vəzifələrdə işləyən işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə - Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı əsasında) çalışan sığorta olunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
2010-cu il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi üçün ehtiyac meyarı hansı məbləğdə müəyyənləşdirilmişdir?
Vüqar ABBASOV, Astara şəhəri.
- 2010-cu il yanvarın 1-dən qüvvəyə minən "Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanuna əsasən, 2010-cu il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi üçün ehtiyac meyarının həddi 65 manat məbləğində təyin edilmişdir.
- Qanun və məhkəmə qarşısında hüquq bərabərliyi dedikdə nə başa düşülür?
Rüstəm NƏZİROV, Bakı şəhəri.
- Konstitusiyanın 25-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında ədalət mühakiməsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər şəxsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilməsi nəzərdə tutulur.
- 2005-ci ildən 1-ci qrup əliləm. Əlillərin hansı güzəşt və imtiyazlara malik olması barədə məlumat verəsiniz.
Faiq ALLAHVERDİYEV, Bakı şəhəri.
- Əlillər "Əlillərin hüquqları haqqında" Beynəlxalq Konvensiyada, AR-in Konstitusiyasında, "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda, Əmək Məcəlləsində, Vergi Məcəlləsində, "Məşğulluq haqqında" qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Azərbaycan Respublikasında əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Azərbaycan Respublikası qanunvericiliyində əlillər üçün kifayət qədər güzəşt və imtiyazlar nəzərdə tutulmuşdur və onlardan daha əhəmiyyətlilərini qısa da olsa dərc edirik: Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada əlillərin dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək və sanatoriya-kurort müalicəsi ilə növbədə təmin olunmaq hüququ vardır. Əlillərin təhsil hüququ vardır. Əlillərin təhsili orta, orta ixtisas və ali təhsili ümumi tipli tədris müəssisələrində, zərurət olduqda isə xüsusi tədris müəssisələrində həyata keçirilir. Əlillərin təhsili üçün xüsusi şəraitin təmin edilməsi məqsədi ilə texniki-peşə məktəblərinin, texnikumların və ali məktəblərin əlillər üçün ixtisaslaşdırılmış fakültələri və ya şöbələri təşkil edilir. Stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində (mərkəzlərində) müalicə kursu keçən əlil uşaqlar üçün də dərs məşğələləri təşkil edilir. İstedadlı əlil uşaqların ümumi tədris müəssisələrində və ya xüsusi məktəbdənkənar tədris müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququ vardır. Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğdə ödənilir. 1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı I və II qrup əlil olmuş və ödənişli formada ali və orta peşə-ixtisas təhsili alan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Həkim-əmək ekspert komissiyasının rəyinə görə, əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, əlillik mülahizələrinə görə əlillə əmək müqaviləsini bağlamaqdan, yaxud əlili işdə irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müvafiq müəssisələrdə tibbi, peşə və sosial bərpa keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsinin (kontraktının) ləğv edilməsinə yol verilmir. Müvafiq icra hakimiyyəti orqanları, müəssisələr (birliklər), idarələr və təşkilatlar əlillərin ictimai təşkilatları ilə birlikdə əlillərin əməyi üçün müəssisələr və təşkilatlar yaratmaq yolu ilə xüsusi proqramlar üzrə təlim təşkil etməklə və başqa tədbirlər görməklə əlillərə məşğulluq sahəsində təminat verirlər. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunanlardan başqa, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada kvota (4 faizdən az və 5 faizdən çox olmamaqla) müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanları və əlillərin problemləri ilə məşğul olan ictimai təşkilatlar müəssisə və təşkilatlarda əlillərin işlə təmin olunmasına nəzarət edirlər. Əlillərin işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar mülkiyyət formasından asılı olmayaraq, Dövlət Sosial Müdafiə Fonduna əlilləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əməkhaqqının 3 misli məbləğində vəsait köçürürlər. Yaradılmış və kvota müəyyən edilmiş iş yerlərinə əlillərin işə göndərilməsi dövlət əhalinin məşğulluğu sisteminin yerli orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq bütün müəssisələr və təşkilatlar tərəfindən qəbul edilməlidir. Müəssisələr, idarələr, təşkilatlar və xüsusi sahibkarlar həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlil sayılmış işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. İşləyənlərin ümumi sayının azı 30 faizinin əlillərdən ibarət olduğu müəssisələr, idarələr və təşkilatlar güzəştli maliyyələşdirmə və maddi-texniki təminat hüququna malikdirlər. Müəssisələrdə, idarələrdə və təşkilatlarda işləyən əlillər üçün fərdi reabilitasiya proqramına müvafiq surətdə lazımi iş şəraiti yaradılır. Kollektiv və ya fərdi əmək müqaviləsində müəyyən edilən əmək şəraiti, o cümlədən əməkhaqqı, iş və istirahət vaxtı rejimi, illik və əlavə məzuniyyətlərin müddəti başqa işçilərə nisbətən əlillərin vəziyyətini pisləşdirə və ya hüquqlarını məhdudlaşdıra bilməz. Müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlillərin səhhətindən asılı olaraq onların əmək normalarını azaltsın və əməyini artırılmış qiymətlərlə ödəsin. Əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və bu şərtlə yol verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan edilməsin. Əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq) illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir. Əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq) azı bir təqvim ayı müddətində ödənişsiz məzuniyyət verilir. I və II qrup əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. İşçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir. Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda yaralanmış və əlil olmuş işçilərin attestasiyası keçirilmir. I və II qrup müharibə əlillərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Əlillərin və ya tərkibində əlil olan ailələrin yaşadıqları binalar, əlillərin yaşadıqları evlərin giriş qapıları, pilləkən meydançaları fərdi reabilitasiya proqramına uyğun olaraq xüsusi vasitələr və qurğular, lift, habelə telefon rabitəsi ilə təmin edilməlidir. Əlillərin yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini əlilliyin başlanmasında təqsiri olan müəssisələr, idarələr və təşkilatlar, başqa hallarda isə müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Öz hüquqlarını və mənafelərini qorumaq, qarşılıqlı yardım və xidmət göstərmək məqsədi ilə əlillər və onları təmsil edən şəxslər qanunvericilikdə müəyyən edilən qaydada ictimai təşkilatlar, o cümlədən müxtəlif fondlar yaratmaq hüququna malikdirlər. Əlillərin ictimai təşkilatlarının yaradılması, fəaliyyəti və ləğv edilməsi müvafiq qanunvericiliklə bu təşkilatların müəyyən edilmiş qaydada qeydə alınan nizamnamələri ilə tənzimlənir. "Ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək xəsarəti və peşə xəstəliyi, "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl qəzasının ləğvi ilə əlaqədar" 1-ci qrup əlillərin 50 manat, 2-ci qrup əlillərin 35 manat, 3-cü qrup əlillərin 30 manat müavinət almaq hüququ vardır. I qrup müharibə əlillərinin 90 manat, II qrup müharibə əlillərinin 70 manat, III qrup müharibə əlillərinin 50 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüquqları vardır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.