Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

09.04.10 - 17:39636 baxılıb

- İlin soyuq və isti vaxtlarında işin dayandırılması və fasilələrin verilməsi barədə məlumat verməyinizi xahiş edirəm.

Xəyalə İSLAMOVA,
Bakı şəhəri.

- Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.
Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır.
Tikinti işləri görüldükdə aşağıdakı hallarda işlər dayandırılır: küləyin gücü 2 baldan artıq olduqda - kranlar qurulması üzrə quraşdırma işləri; küləyin gücü 3 baldan artıq olduqda - qaldırıcıların quraşdırılması və sökülməsi işləri; küləyin gücü 6 baldan artıq olduqda - taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi; küləyin gücü 3 baldan artıq olduqda - daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri.
Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır: küləyin gücü 4 baldan artıq olduqda - ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri; küləyin gücü 4 baldan artıq olduqda - daimi dəniz özülləri və estakadayanı meydançaların yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri; küləyin gücü 8 baldan artıq olduqda - qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər; küləyin gücü 6 baldan artıq olduqda - daimi dəniz özüllərində istismar edilən quyularda işlər; küləyin gücü 6 baldan artıq olduqda - daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri; küləyin gücü 8 baldan artıq olduqda - özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki işlər; küləyin gücü 8 baldan artıq olduqda - özülün və ya estakadayanı meydançanın döşəməsi altındakı işlər; küləyin gücü 4 baldan artıq olduqda - qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri; küləyin gücü 3 baldan artıq olduqda - qaynaq tikişinin şaquli vəziyyətində qoyulduğu bütün növ qaynaq işləri; küləyin gücü 3 baldan artıq olduqda - qaynaq tikişin tavan vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri; küləyin gücü 5 baldan artıq olduqda - ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə işləri; küləyin gücü 4 baldan artıq olduqda - estakada tikən kranla quraşdırma işləri; küləyin gücü 5 baldan artıq olduqda - kopyor vasitəsilə dayaqlar vurulması işləri; küləyin gücü 4 baldan artıq olduqda - dəniz neft-mədən qurğularının sökülməsi işləri; küləyin gücü 5 baldan artıq olduqda - daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri; küləyin gücü 5 baldan artıq olduqda - traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi işləri; küləyin gücü 5 baldan artıq olduqda - estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri; küləyin gücü 10 baldan artıq olduqda - quyunun yuyulması işlərindən başqa buruqda bütün işlər.
Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
İlin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur Selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda işçilərə fasilələr verilir və ya iş dayandırılır. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.

- Aşağıda göstərilən suallarıma cavab verməyinizi xahiş edirəm.
1. Sürücülük vəsiqəsinin verilməsinə görə nə qədər dövlət rüsumu ödənilməlidir?
2. Yol vergisi üçün dövlət rüsumu nə qədər müəyyən edilib?
3. Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu nə qədərdir?
4. 65 yaşından yuxarı olanlara 2 illik sürücülük vəsiqəsinin verilməsi qanunidirmi?
5. Sürücülük vəsiqəsi almaq üçün həkimdən sağlamlıq haqqında arayışın alınması lazımdırmı?

İsfəndiyar YOLÇİYEV,
Balakən rayonu.

- "Dövlət rüsumu haqqında" qanunun 18.65.5-ci maddəsinə əsasən, sürücülük vəsiqəsinin verilməsi üçün dövlət rüsumu 15 manatdır. 15 dekabr 2006-cı il tarixdə qəbul olunmuş " Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" və 28 noyabr 2006-cı ıl tarixdə qəbul olunmuş "Dövlət rüsumu haqqında" qanuna əlavələr və dəyişikliklər edilməsi barədə" qanunların 2007-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədar qüvvədə olan qanunvericiliyə uyğun olaraq texniki baxış zamanı aşağıdakı vergi və rüsumlar ödənilməlidir:
1. Yol vergisi: mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm-ə görə 1 qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat + mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik; avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri üçün hər kub sm-ə görə 2 qəpik.
2. Dövlət rüsumu: nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə: avtonəqliyyat vasitələri üçün 10 manat; motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manat.
"Yol hərəkəti haqqında " qanunun 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 60 yaşına çatmamış şəxslər üçün 10 il; 60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət; 70 və daha çox yaşı olan şəxslər üçün 2 il; siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
"Yol hərəkəti haqqında " qanunun 35-ci maddəsinə əsasən, sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs: müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməli; yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli; Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödəməlidir. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə təhsil müəssisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata götürülməsi barədə sənəd; Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış; sürücülük vəsiqəsi verilməsi üçün haqqın ödənilməsi qəbzi.

- Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları necədir?

Rəvan MUSAYEV,
Bakı şəhəri.

- Dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilir. Notariat hərəkətlərinin aparılmasına, beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə, habelə sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun 15 faizi dövlət rüsumu tutan orqanların xüsusi hesabına, 85 faizi isə dövlət büdcəsinə keçirilir. Dövlət rüsumları milli valyutada nağd və ya köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir.
Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank qəbzinin əsli, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi verilir. Qanunla dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikası ərazisində ödənildikdə ödəniş tarixinə Milli Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir. Xarici ölkədə dövlət rüsumu həmin ölkənin valyutası ilə tutulur. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur. Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hesabat təqdim etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.