Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

30.04.10 - 11:40488 baxılıb

Ailə-kəndli təsərrüfatının istifadəsində hansı əmlaklar ola bilər?

Fərahim QULİYEV,
Beyləqan rayonu.

- Təsərrüfat fəaliyyətini həyata keçirmək üçün ailə-kəndli təsərrüfatının əmlakı onun mülkiyyətində və ya icarəsində olan torpaq sahələri, tikililər, qurğular və digər istehsal və qeyri-istehsal vasitələri, mal-material qalıqları, pul vəsaiti və başqalarından ibarətdir.
Ailə-kəndli təsərrüfatının istifadə etdiyi əmlak qanunvericiliyinə uyğun olaraq təsərrüfat üzvlərindən birinin mülkiyyətində, üzvlərin ümumi paylı və ümumi birgə mülkiyyətində və ya içərisində ola bilər.
Müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlar və istefaya çıxmış hərbi qulluqçular dövlət və bələdiyyə torpaqlarından qanunvericiliyə uyğun qaydada istifadə etməklə ailə-kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istədikdə torpağı icarəyə götürməklə və ya satın almaqla üstünlük hüququna malikdirlər.
Ailə-kəndli təsərrüfatının əmlakının və sahəsinin dövriyyəsi mülki və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Ailə-kəndli təsərrüfatında əmlakın istifadəsindən əldə edilən fayda (gəlir, artım, bəhər və başqa formalarda) təsərrüfat üzvlərinin ümumi birgə mülkiyyətidir və qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan qaydada təsərrüfat başçısı tərəfindən bölünür.

Mənzil münasibətləri sahəsində bələdiyyələrin hansı səlahiyyətləri vardır?

İlham QULİYEV,
Bakı şəhəri.

- Mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir:
Bələdiyyə mənzil fondunun uçotunu aparmaq; vətəndaşların aztəminatlı hesab edilməsi və onlara bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə müqavilələri əsasında verilməsi məqsədi ilə ailə üzvlərinin adambaşına düşən gəlirlərinin miqdarını və ailə üzvlərinin mülkiyyətində olan və vergiyə cəlb olunan əmlakının dəyərini müəyyənləşdirmək; sosial kirayə müqavilələri əsasında təqdim edilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların uçotunu aparmaq; bələdiyyənin xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; müəyyən edilmiş qaydada aztəminatlı vətəndaşlara sosial kirayə müqavilələri əsasında bələdiyyə mənzil fondunun yaşayış sahələrini vermək; bələdiyyə mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək; bələdiyyə mənzil fondundan istifadəyə və onun saxlanmasına, həmin fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək; mənzil münasibətləri sahəsində Mənzil Məcəlləsi ilə, digər qanunlarla bələdiyyələrin səlahiyyətlərinə aid edilən digər məsələlər.

Avropa Sosial Xartiyasına qoşularkən Azərbaycan təşkilatlanma hüququ sahəsində öz üzərinə hansı öhdəlikləri götürüb?

Nicat AĞASIYEV,
Bakı şəhəri

- “Avropa Sosial Xartiyasının tətbiq edilməsi barədə” qanunun beşinci maddəsinə əsasən, Avropa Sosial Xartiyasına qoşularkən Azərbaycan Respublikası təşkilatlanma hüququ sahəsində öz üzərinə aşağıdakı öhdəlikləri götürüb:
İşçilərin və işəgötürənlərin öz iqtisadi və sosial maraqlarının müdafiəsi üçün yerli, milli və ya beynəlxalq təşkilatlar yaratmaq və bu təşkilatlara daxil olmaq azadlığının təmin edilməsi və ya dəstəklənməsi məqsədi ilə Tərəflər öhdələrinə götürürlər ki, milli qanunvericilik və onun tətbiq edilməsi bu azadlıqları məhdudlaşdırmayacaqdır. Bu maddədə nəzərdə tutulmuş təminatların polisə tətbiq edilməsi dərəcəsi milli qanunvericilik və ya qaydalarda müəyyən edilir. Bu təminatların silahlı qüvvələrin üzvlərinə tətbiqini tənzimləyən prinsip və bu kateqoriyalı şəxslərə tətbiq edilməsi dərəcəsi həmçinin milli qanunvericilikdə və ya qaydalarla müəyyən olunur.

Hansı əqdlər notariat qaydasında təsdiq edilən əqdlərə aiddir? Notariuslar hansı hərəkətləri aparır?

Arzuman Kamandar,
Şəki şəhəri.

- Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə nəzərdə tutulmuş hallarda notariusda təsdiqi məcburi olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: əqdləri və etibarnamələri təsdiq edir; miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir; sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; şəxsin sağ olması faktını təsdiq edir; şəxsin müəyyən yerdə olması faktını təsdiq edir; şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir; öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; icra qeydləri aparır; veksellərə protestlər tərtib edir; çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir; sənədləri saxlanmaq üçün qəbul edir; dəniz protestləri tərtib edir; sübutları təmin edir. Xaricdə istifadə edilməsi məqsədi ilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən notariuslara həvalə edilə bilər. Qanunvericiliklə dövlət notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.
Notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar: miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər; vəsiyyətnamələri təsdiq edirlər; əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müddəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələri təsdiq edirlər; sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər; sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər.
Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri aşağıdakı notariat hərəkətlərini aparırlar: Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla, əqdləri və etibarnamələri təsdiq edirlər; miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər; vərəsəlik hüququ haqqında şəhadətnamələr verirlər; ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verirlər; sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər; sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər; sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edirlər; şəxsin sağ olması faktını təsdiq edirlər; şəxsin müəyyən yerdə olması faktını təsdiq edirlər; şəxsin fotoşəkildəki şəxslə eyniliyini təsdiq edirlər; sənədlərin təqdim olunduğu vaxtı təsdiq edirlər; öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; icra qeydləri aparırlar; sənədləri saxlanmaq üçün qəbul edirlər; dəniz protestləri tərtib edirlər; sübutları təmin edirlər. Qanunvericiliklə Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxslərinə digər notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.

Hüquqların dövlət qeydiyyatından hansı qaydada imtina edilə bilər?

Nərgiz OSMANOVA,
Bakı şəhəri.

- Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
o dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyilsə;
o hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun deyildirsə;
o hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;
o daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən olunmuş qaydada etibarsız hesab olunduqda;
o daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
o qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə beş gün müddətində bildiriş göndərilir.

Sorğuları şərh etdi: Azər QULİYEV, hüquqşünas.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.