Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

29.06.10 - 10:34375 baxılıb

İpotekanın dövlət qeydiyyatı qaydaları haqqında məlumat verməyinizi xahiş edirəm.

Hafiz Məmmədov,
Şəki rayonu.

- Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna uyğun olaraq həyata keçirilir.
Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır.
Daşınar əşyanın ipotekasının qeydiyyata alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur: ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti; qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanına ipoteka kağızı və onun notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilir. Daşınar əşyanın rəsmi reyestrini aparan orqan ən geci 5 iş günü müddətində daşınar əşyanın ipotekasının dövlət qeydiyyatını aparır və reyestrdən çıxarışı ipoteka saxlayana təqdim edir. Dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər dövlət qeydiyyatı orqanında saxlanılır. Çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, anı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayanı və ipoteka qoyanı tanıtdıran digər məlumatlar və ipoteka predmetinin təsviri göstərilir.
İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın anı (tarixi və saatı) və nömrəsi göstərilməklə qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və xüsusi möhürü ilə təsdiq edilir və ipoteka saxlayana qaytarılır. Qeydiyyat orqanı ipoteka haqqında məlumat bazasını yaradaraq məlumatın saxlanılmasını təmin etməlidir. Qeydiyyata alınmış ipoteka müqaviləsinin surəti, ipoteka kağızı verildikdə isə ipoteka kağızının surəti dövlət qeydiyyatı orqanının arxivində saxlanılır. Daşınar əşya üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair rəsmi reyestrdən arayış 3 təqvim günü müddətində hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına verilir. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəldilməsi barədə maraqlı şəxslərin ərizəsi təqdim edildiyi gündən ən geci 3 iş günü müddətində reyestrdən çıxarışda düzəlişlər aparılır. Qeydiyyat orqanı, onun vəzifəli şəxsləri və əməkdaşları qeydiyyat qaydalarının pozulması nəticəsində maraqlı şəxsə vurduqları zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Dövlət sirri və hansı məlumatların dövlət sirri olması haqqında məlumat almaq istəyirəm.

Qulam HÜSEYNOV,
Bakı şəhəri.

Dövlət sirri haqqında qanunvericilik Konstitusiyadan, Dövlət sirri haqqında qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Dövlət sirri haqqında qanun AR təhlükəsizliyini təmin etmək məqsədi ilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfililiyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Bu qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
o Dövlət sirri - dövlətin hərbi, xarici, siyasi, iqtisadi kəşfiyyat, əks - kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması AR təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.
o Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları - dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir.
o Dövlət sirrinin mühafizə sistemi-dövlət sirrinin mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur.
o Dövlət sirri ilə işləməyə buraxılma - vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirmə qaydasıdır.
o Dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma - səlahiyyətli vəzifəli şəxsin icrası ilə konkret şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması qaydasıdır.
o Məxfilik qrafiki - məlumat daşıyıcısının özündə və ya ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik dərəcəsini göstərən rekvizitlərdir.
o İnformasiyanın mühafizə vasitələri - dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan texniki, kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələridir.
o Dövlət sirri təşkil edən məlumatların siyahısı-müvafiqliyinə görə məlumatların qanunvericiliklə müəyyən olunmuş əsaslarla və qaydada dövlət sirrinə aid edildiyi və məxfiləşdirdiyi məlumat qruplarının məcmusudur.

2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinə qəbul olmaqla, 2008-ci ildə təhsilimi başa vurmuşam. 2006-cı ildən kənd məktəbində uşaq birliyinin rəhbəri vəzifəsində işləyirəm. İşlədiyim məktəbə ali məktəbi bitirməyim barədə arayış təqdim etmişəm. 2 il müddət keçməsinə baxmayaraq, Azərbaycan Beynəlxalq Universiteti diplomumu bu günə qədər mənə vermir. İşlədiyim məktəb rəhbərliyi tərəfindən isə diplomu təqdim etmədiyim təqdirdə işdən azad ediləcəyim barədə xəbərdarlıq edilmişəm. Mənə kömək etməyinizi xahiş edirəm.

Ramilə Mitiləyeva,
Zaqatala rayonu

- Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir. Siz də işçi kimi yerinə yetirdiyiniz əmək funksiyasının xüsusiyyətlərinə uyğun olaraq ali məktəbi bitirməyiniz barədə əsas sənəd olan diplomun surətini işəgötürənə təqdim etməlisiniz. İşlədiyiniz məktəbə ali məktəbdə oxumağınız və ya bu ali məktəbi bitirməyiniz barədə təqdim etdiyiniz arayış müvəqqəti xarakter daşıyır və qısa bir müddət üçün məktəb rəhbərliyi tərəfindən nəzərə alına bilər. Bu müddətə isə diplomun hazırlanması və sizə təqdim edilməsi ilə əlaqədar olan müddət aiddir. Bu səbəbdən 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirməyinizə baxmayaraq, diplomun surətini məktəbə təqdim etməməyiniz üzrlü hal hesab edilə bilməz. Bu əsasdan siz diplomun təqdim edilməsi ilə əlaqədar ilk növbədə bu diplomu verməli olan Azərbaycan Beynəlxalq Universitetinin rəhbərliyinə yazılı ərizə ilə müraciət etməlisiniz. Müvafiq cavab verilmədikdə və ya ümumiyyətlə, cavab verilmədikdə Təhsil Nazirliyinə bu barədə müraciət etməlisinz. Əgər sizin bu barədə olan qanuni tələbiniz Azərbaycan Beynəlxalq Universiteti tərəfindən təmin edilmirsə, məhkəmə orqanına müraciət etməlisiniz. Bu müraciətlərin edilməsi ilə və alınan cavabların surətlərini məktəb rəhbərliyinə təqdim etməklə, bu mübahisənin qurtarmasına qədər sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin dayandırılmasını xahiş etməlisiniz.

Hansı tikintilər özbaşına tikinti sayılır və bu hal hansı nəticələrə səbəb ola bilər?

Ayaz İSMAYILOV,
Zəngilan rayonu.

- Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.Özbaşına tikintiyə mülkiyyət hüququ, məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeylərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa göstərilən şəxsin tikintiyə mülkiyyət hüququ tanına bilməz.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri nə qədərdir?

Taryel İSMAYILOV,
Zəngilan rayonu.

-Nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə duracaqlara gətirilməsinə görə 20 manat, nəqliyyat vasitələrinin duracaqlarda saxlanılmasına görə 0.30 manat xidmət tarifləri haqqı tutulur.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.