Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

23.07.10 - 11:51509 baxılıb

1966-cı ildən bu günə kimi fasiləsiz olaraq dağ-mədən sahəsində müxtəlif vəzifələrdə işləyirəm. 1982-ci ildən Azad Həmkarlar İttifaqı Təşkilatının sədri seçilərək 1999-cu ilin sonunadək həmin vəzifədə işləmişəm. Azad Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsinə tikinti təmiri sahəsinin böyük ustası (sahə rəisi hüquqlu) vəzifəsindən seçilmişdim. Bilmək istəyirəm ki, sədr vəzifəsində işlədiyim dövr mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verirmi?

Ağaabbas AĞAYEV,
Daşkəsən rayonu.

- 1966-cı ildən bu günə kimi fasiləsiz olaraq işləməyiniz və 44 illik iş stajınız və yaşınız nəzərə alınmaqla sizin hazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnuzdan əlavə "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulan qaydada əmək pensiyasına çıxmaq hüququnuz da vardır. Belə ki, qeyd olunan Qanunun bu maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2010-cu ilin yanvar ayının 01-dən qüvvəyə minən "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklər və əlavələr edilməsi barədə 27 oktyabr 2009-cu il tarixli qanuna əsasən, 7-ci maddə üzrə: 1.1. "5 il" sözləri "12 il" sözləri ilə əvəz edilmiş; 1.2. Aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilmişdir: "Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır".
"Əmək pensiyaları haqqında" qanunun 9-cu maddəsinə əsasən isə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu münasibətləri tənzimləyən Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın dağ-mədən bölməsində müxtəlif sahələr üzrə usta və sahə rəisləri üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ nəzərdə tutulmuşdur, lakin Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsi üçün belə bir güzəştlər nəzərdə tutulmamışdır.

10 ildir ki, qaz istismar idarəsində işləyirəm. 5 nəfərlik məcburi köçkün ailəsində tək işləyən mənəm. İki azyaşlı uşağım var. Üçüncü uşağa hamiləyəm. Hazırda müəssisə rəhbəri tərəfindən işdən azad olunmağım barədə qərar qəbul edilib. Bilmək istəyirəm ki, mənim vəziyyətimdə olan işçinin işdən azad edilməsi qanunidirmi?

Səbinə SÜLEYMANOVA,
Bakı şəhəri.

- Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "a" bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddəsi (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilməsi) xitam verilən hallara şamil edilmir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən, işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əməkhaqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Məcburi köçkün kimi Yasamal rayonunda yataqxanada məskunlaşmışam. 2010-cu ildə Cəbrayıl Rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşımdan boşanmışam və 2 azyaşlı uşağım bu qərara əsasən mənim himayəmə verilmişdir. Həyat yoldaşım heç bir yerdə işləmədiyindən adına əməkhaqqı yoxdur. Bu səbəbdən də məhkəmə qətnaməsi verilərkən aliment təyin olunmamışdır. Mən aztəminatlı ailə kimi Yasamal Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdikdə mənə bildirdilər ki, uşaqlar üçün aliment təyin olunmadığından sosial yardım verə bilmərik. Belə ki, bu yardım verilərkən uşaqlar üçün təyin olunan aliment də nəzərə alınır. Həyat yoldaşım heç bir yerdə işləmirsə və adına əməkhaqqı yoxdursa uşaqlar üçün aliment təyin edilə bilərmi və bu hansı məbləğdə olmalı, hansı qaydada həyata keçirilməlidir?

S.BEHBUDOVA,
Cəbrayıl rayonu.

- Həyar yoldaşınızın işləməməsi və ya daimi iş yerinin olub-olmamasından asılı olmayaraq onun öz uşaqlarını saxlamaq vəzifəsi vardır və bu vəzifə Əmək Məcəlləsi ilə təmin edilir. Mülki Prosessual Məcəlləyə əsasən, mülki işlərdə verilmiş iddia tələbləri əsasında Qətnamə qəbul edilir. Bu əsasdan siz Cəbrayıl Rayon Məhkəməsinə təqdim etdiyiniz "nikaha xitam verilməsi və uşaqlarınızın sizin himayənizə verilməsi barədə" iddia ərizənizdə qeyd olunan tələblərlə yanaşı uşaqların saxlanılması üçün həyat yoldaşınızdan alimentin tutulması barədə də tələb irəli sürməyə hüququnuz olmuşdur. Məhz həyat yoldaşınızın işləməməsi səbəbindən deyil, iddia ərizənizdə uşaqların saxlanılması üçün həyat yoldaşınızdan alimentin tutulması barədə tələb olmadığından məhkəmə tərəfindən belə bir qərar qəbul olunmamışdır. Belə ki, Ailə Məcəlləsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2010-cu il yanvarın 1-dən qüvvəyə minən "Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında" qanuna əsasən, 2010-cu il üçün yaşayış minimumu uşaqlar üçün 72 manat məbləğində müəyyən edilmişdir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən təyin edilərkən hər bir uşaq üçün 72 manatdan az olmamaqla təyin edilməlidir.
Bir faktı da nəzərinizə çatdırıram ki, alimentin ödənilməsi barədə tələb həm "nikaha xitam verilməsi və uşaqlarınızın sizin himayənizə verilməsi barədə" iddia ərizəsi ilə birlikdə, həm də ayrı olmaqla da verilə bilər. Qanunla başqa hal nəzərdə tutulmayıbsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
Yuxarıda göstərilənləri əsas tutmaqla sizin məhkəməyə müraciət etməklə (keçmiş həyat yoldaşınızın qazancının və ya sair gəlirinin olub-olmamasından asılı olmayaraq) hər bir uşağınız üçün 72 manatdan az olmamaqla keşmiş həyat yoldaşınızdan aliment almaq hüququnuz vardır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.