Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

HÜQUQ MƏSLƏHƏTXANASI

21.04.07 - 9:001229 baxılıb

- Atam əmək fəaliyyətinin son illərini sovet orqanlarında çalışıb və 1993-cü ildə vəfat edib. Anam 1951-ci təvəllüdlür. Rayon poliklinikasında tibb bacısı işləyir. Bilmək istəyirəm, anama atama görə dövlət pensiyası təyin oluna bilərmi?
O.SƏMƏDBƏYLİ, Salyan rayonu.

- Məktubunuzdan görünür ki, atanız səkkiz ilə yaxın rayon sovet orqanlarında çalışıb. Belə halda "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən ananız dövlət pensiyası almaq hüququ olan şəxslər sırasına aid olunur. Lakin ona, ailə başçısını itirməyə görə pensiya 57 yaşına çatdıqda təyin oluna bilər. Bir şərtlə ki, ananız öz, yaşa görə pensiyasından imtina etsin.

K.ƏLƏKBƏROV, AHİK-in şöbə müdiri.

----------------------------------------------------------

- Həmkarlar ittifaqı təşkilatının işçisinə smeta üzrə ildə bir dəfə nəzərdə tutulmuş sosial-məişət xərci verilərkən həmin məbləğdən gəlir vergisi tutulmalıdırmı?
E.MƏMMƏDOV, Tovuz rayonu, Aşıq Hüseyn küçəsi 9.

- Həmkarlar ittifaqı təşkilatının işçisinə smeta üzrə ildə bir dəfə ödənilən sosial-məişət xərci Əmək Məcəlləsinin 141-ci maddəsi əsasında ödənilir və birdəfəlik müavinət adlanır.
Vergi Məcəlləsinin 102.1.3 maddəsinə əsasən fiziki şəxslərin birdəfəlik müavinət üzrə gəlirləri gəlir vergisindən azaddır.
Odur ki, həmkarlar ittifaqı təşkilatlarının işçisinə smeta üzrə ildə bir dəfə nəzərdə tutulmuş sosial-məişət xərcindən gəlir vergisi tutulmur.

E.SÜLEYMANOV, AHİK-in maliyyə şöbəsinin baş müfəttişi.

----------------------------------------------------------

- Rayon maliyyə idarəsi tərəfindən bi zə verilən vahid tarif cədvəlində 1-ci dərəcə üzrə əməkhaqqı minimum əməkhaqqı miqdarında nəzərdə tutulmuşdur. Bu, düzgündürmü?
R.ÇƏLƏBİYEV, Səhiyyə İşçiləri Hİ Qax rayon komitəsinin sədri.

- Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 22 yanvar 2007-ci il tarixli sərəncamı ilə səhiyyə işçilərinin əməkhaqları 01.02.2007-ci il tarixdən 25% artırılmışdır.
Eyni tarixli sərəncamla Respublika üzrə minimum əməkhaqqı da 50 manat müəyyən edilmişdir.
Səhiyyə işçilərinin əməkhaqlarının 25 % artırılması deyildikdə, onların Respublika üzrə minimum əməkhaqqı 50 manat müəyyən edilənədək mövcud olan əməkhaqlarının 25 % artırılması kimi başa düşülməlidir.

V.KAMALOV, Səhiyyə İşçiləri HİRK-in baş texniki müfəttişi.

----------------------------------------------------------

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətləri verilir?
İ.NƏSİROV, Bakı şəhəri.

-Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin verilmə qaydaları Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə" ilə tənzimlənir.
Bu Əsasnamə "Sosial sığorta haqqında" AR Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrinin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ sığorta edənlər (idarə, təşkilat, müəssisə və s.) və sığorta olunanlar tərəfindən məcburi dövlət sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondu orqanlarına ödədikləri hallarda yaranır. Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslər (qanunvericiliklə müəyyən hallar istisna olmaqla) məcburi dövlət sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququna malikdirlər.
Hər bir vətəndaş onu işəgötürəndən AR qanunlarına müvafiq olaraq özünün məcburi dövlət sığortası üzrə sığortalanmasını tələb etməlidir. İdarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları işçiləri məcburi dövlət sosial sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar.
Qeyd etmək lazımdır ki, məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında əsasnamənin tətbiqi ilə bağlı izahatlar Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir.
Məcburi dövlət sosial sığorta ödəmələri, sosial sığorta hadisələri baş verdikdə aşağıda göstərilən ödənclər hesab edilir :

- "Əmək pensiyaları haqqında" AR Qanununa uyğun olaraq dövlət pensiyaları;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər;
- hamiləliyə və doğuşa görə müavinətlər;
- uşağın anadan olmasına görə birdəfəlik müavinət;
- qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;
- dəfn üçün müavinət;
- sığorta olunanın sanatoriya - kurort müalicəsi üzrə xərclərin tam və ya qismən ödənilməsi;
- AR qanunvericiliyi ilə sosial sığorta üzrə təminatın başqa növləri.
Əmək qabiliyyətinin itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir:
- xəstəlik və zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;
- sanatoriya - kurort müalicəsi zamanı;
- xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;
- epidemioloji hallarda karantin zamanı;
- vərəm, peşə xəstəlikləri ilə əlaqədar başqa işə keçirildiyi zaman;
- protez hazırlandığı müddətdə, protez-ortopedik müəssisəsinin stasionarına yerləşdirildikdə;
- Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar əmək qabiliyyəti müvəqqəti itirildikdə.


- Vətəndaşlardan notariat hərəkətlərin aparılmasına görə haqq tutulurmu?
L.HƏSRƏTOVA, Balakən rayonu.

- Qüvvədə olan "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən, notariat hərəkətlərin aparılmasına, sənədlərin surətlərinin (dublikatlarının) verilməsinə, texniki işlərin yerinə yetirilməsinə görə notariuslar və notarial hərəkətləri aparan digər vəzifəli şəxslər haqq tuturlar.
Xüsusi notariuslar tərəfindən notarial hərəkətlərin aparılmasına görə tutulan haqq dövlət notariusları tərəfindən notarial hərəkətlərin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında olmalıdır. Notarial hərəkətlər yalnız onun üçün haqq ödənildikdən sonra aparılır.
Notarius iş yerindən kənarda notarial hərəkətləri aparmaq üçün getdikdə faktiki nəqliyyat xərclərini maraqlı şəxslər ödəməlidir.


- Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə və təşkilatlarda uçotunun vəziyyətinə nəzarət edilirmi?
A.ORUCOV, Gəncə şəhəri.

- Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 37 - ci maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə müvafiq rayon icra hakimiyyəti orqanları, onların tabe olduqları yuxarı təşkilatlar və həmkarlar ittifaqı orqanları nəzarət edirlər.
İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını müvafiq rayon icra hakimiyyəti orqanı təsdiq edir. Siyahıda sonradan edilən dəyişikliklər barədə müəssisə, idarə və təşkilat rəhbərləri siyahını təsdiq etmiş icra hakimiyyəti orqanına məlumat verməlidir.


- Vətəndaşların hansı hallarda mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda qalmaq hüququ saxlanılır?
O.BALAKİŞİYEV, Xırdalan qəsəbəsi.

- Aşağıdakı hallarda vətəndaşların yaşayış sahəsi almaq üçün uçotda qalmaq hüququ saxlanılır:
- Müvəqqəti olaraq başqa yerə getdikdə, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna edilməklə, yaşayış sahəsindən istifadə hüququnun saxlandığı dövrdə.
- Seçkili vəzifəyə keçdikdə.
- Qocalığı və ya əlilliyə görə təqaüd aldıqda.
- Uçota götürüldükdən sonra xidməti yaşayış sahəsi və ya yataqxana verdikdə.
- Qanunvericiliklə nəzərdə tutulan digər hallarda.
Uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür: həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o, həmin müəssisədə , idarədə, təşkilatda işləyir, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür.
Uçotda olan ailə dolandıranını itirmiş, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan ailələri onların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab etmək üçün əsaslar aradan qalxmamışsa uçotdan çıxarıla bilməzlər.


- İcarədarın yaşayış sahəsində qəyyum və ya himayədar sifəti ilə yaşayan şəxs hansı qaydada yaşayış sahəsindən çıxarıla bilər?
A.İBADOVA, Sumqayıt şəhəri.

- İcarədarın yaşayış sahəsinə qəyyumlar və ya himayəçilər sifəti ilə köçmüş şəxslər həmin sahə barəsində müstəqil hüquq əldə etmirlər. Həmin sahə qanunla müəyyən olunmuş qaydada qəyyuma və ya himayəçiyə təhkim edilməmişsə, qəyyumluğa və himayəçiliyə xitam verildikdə onlar öz iradələri əsasında və məhkəmə qaydasında başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılır.


- Əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasına hansı qanunla icazə verilir?
F.CƏFƏROV, Bakı şəhəri.

- Azərbaycan Respublikasında əcnəbilərin əmək miqrasiyası proseslərinin hüquqi, iqtisadi və sosial əsasları 28 oktyabr 1999-cu il tarixli "Əmək miqrasiyası haqqında" Qanunla tənzimlənir.
Əcnəbilər haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə aldıqdan sonra AR-də işləyə bilərlər. Əcnəbilər fərdi icazənin alınması ilə bağlı müvafiq icra hakimiyyətinə onları işə qəbul etmək istəyən hüquqi və ya fiziki şəxslər vasitəsilə müraciət etməlidirlər.
Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin rəhbərləri və onların müavinləri vəzifəsinə cəlb olunan əcnəbilər, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilər üçün fərdi icazə alınması tələb olunmur.


- İşçi və ya işəgötürən Əmək Məcəlləsinin tələblərinin pozulmasına görə məsuliyyət daşıyırlarmı?
B.NƏSİROVA, Lənkəran rayonu.

- Əmək Məcəlləsinin 310 - cu maddəsinə əsasən, istər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər nomativ-hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlərlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.


- Hansı işçilər əmək miqrantı hesab olunurlar?
O.QASIMOV, Bakı şəhəri.

- "Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, qanuni əsaslarla Azərbaycan Respublikasına gələn və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında haqqı ödənilən əməklə məşğul olmaq üçün fərdi icazəsi olan əcnəbilər əməkçi miqrant hesab edilirlər.

Azər QULİYEV, «Bos-Şelf» Şirkəti HİK-in hüquqşünası.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.