Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

HÜQUQ MƏSLƏHƏTXANASI

12.05.07 - 9:001558 baxılıb

- 2-ci qrup əliləm. Bakı Dövlət Universitetinin əyani şöbəsində təhsil alıram. Eşitdiyimə görə əyani yolla təhsil alan əlil tələbələrə təqaüdünün 50%-i qədər əlavə yardım verilir. Bu, doğrudurmu?

Fərqan ƏSƏDOV,
BDU-nun tələbə şəhərciyi, III kurs tələbəsi.

- Sorğunuza cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin 30 iyun 2004-cü il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydaları"nın 3.14 bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pensiya alan aspirant, tələbə və şagirdlərə təqaüd ümumi qaydalar əsasında müəyyənləşdirilir.


- Hörmətli redaksiya! Aşağıdakı 2 sualıma cavab verməyinizi xahiş edirəm.
1) Bildirirəm ki, 01 mart 2004-cü il tarixdən Rayon Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsində işləyirəm. Odur ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş ixtisas dərəcəsinin verilməsi haqqında (hansı vaxtda, hansı ixtisas dərəcəsi verilməli idi) məlumat verəsiniz.
2) Dövlət qulluqçusu işləyən şəxs işlədiyi təşkilatda hər hansı bir seçkili orqanın rəhbəri seçilərsə onun həmin seçkili orqandan əməkhaqqı almaq hüququ varmı? Varsa, hansı şərtlərlə?
T. ƏZİMOV, Sabirabad rayonu.

1) - Dövlət qulluğu məsələlərinə dair normativ-hüquqi aktlara əsasən, məsləhətçi vəzifəsi doqquzuncu təsnifat üzrə müəyyənləşdirilir. İşçi dövlət orqanına bir il sınaqçı kimi işə götürülməlidir. Bir il ərzində işçi özünü işdə müsbət fəaliyyətini doğrultduqdan sonra rəhbərlik tərəfindən müəyyən olunmuş qaydada tutduğu vəzifəsinə təyin edilir. Tutduğu vəzifədə azı 2 il işləməlidir və bundan sonra ona müvafiq ixtisas dərəcəsi verilir-kiçik dövlət qulluqçusu, sonra isə müəyyən olunmuş qaydada 3-cü dərəcəli dövlət qulluqçusu.
2) İstənilən bir şəxs əgər işlədiyi təşkilatda seçkili orqanın rəhbəri seçilərsə və bu vəzifə azad ştat vahidi olarsa, bu zaman o tutduğu əvvəlki vəzifədən azad olmalıdır.


- Hörmətli redaksiya! Sizi narahat etdiyim üçün üzr istəyirəm. Məsləhətinizə ehtiyacım olduğundan bir neçə suallara cavab verəsiniz. Qabaqcadan sizə öz minnətdarlığımı bildirirəm.
Əhmədağa Ağayev,
Astara rayon, Ərçivan kənd sakini.

Birinci sual:
- 01. 03. 2007 - ci ildən işlədiyim müəssisədə aylıq əməkhaqları artırılmışdır. 01 mart 2007 - ci il tarixindən növbəti əmək məzuniyyətinə buraxılmışam. Bu artımdan mənə əlavə ödəmə olmalıdırmı? Olarsa, hansı formada məzuniyyət haqqı ödənilməlidir?

Cavab: Xeyr, Əmək Məcəlləsinin 140 - cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Məzuniyyətə 01. 03. 2007 - ci il tarixdə çıxdığınız üçün sizə məzuniyyət pulu 01. 03. 2006 - 01. 03. 2007-ci iş ilinə görə 12 təqvim ayı üçün nəzərdə tutulmuş orta əməkhaqqından hesablanıb ödənilməlidir və bu səbəbdən də 01. 03. 2007 - ci ildən sonrakı əməkhaqqınızda olan artımlar istifadə etdiyiniz bu məzuniyyət haqqına təsir etməyəcək və əlavə ödəmə aparılmayacaq.

İkinci sual:
-01. 03. 2007 - 30. 03. 2007-ci il tarixində Bakı şəhərində ixtisasartırma kursunda olmuşam. Prezidentin fərmanına əsasən Novruz bayramı ilə əlaqədar mart ayının 20 -dən 27 -nə qədər işçilərə istirahət verilmişdir. Kursda verilən arayışda bu haqda qeydiyyat aparılmayıb.Mənim ezamiyyət xərclərim tam ödənilməlidirmi?

Cavab: Əgər siz 01 mart 2007 - ci il tarixindən 30 mart 2007 - ci il tarixə qədər ixtisasartırma kursu ilə əlaqədar ezamiyyətə göndərilmişsinizsə və bu müddət kursda olduğunuz təşkilatın arayışı ilə təsdiq olunubsa, siz istirahət günlərinin sayından və qeydiyyatından asılı olmayaraq 30 gün üçün ezamiyyət xərci almaq hüququnuz var.

Üçüncü sual:
-İxtisasım üzrə 20 ildən artıq iş stajına malikəm. Başqa bir təşkilatda ixtisasım üzrə işə qəbul edildikdə sınaq müddəti neçə günə təyin oluna bilər?

Cavab: Əmək Məcəlləsinin 51 - ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq, üç aydan artıq olmamaq şərti ilə sınaq müddəti təyin edilməklə əmək müqaviləsi bağlana bilər.

Dördüncü sual:
-Texniki işçiyəm, 5 günlük iş həftəsi ilə işə qəbul edilmişəm və saat hesabı ilə əməkhaqqı alıram. Bayram günlərinə (xüsusən mart ayında) aylıq iş saatları normadan artıq olduğu üçün mənə az əməkhaqqı hesablanıb. Belə hallarda müəssisə əməkhaqqımı orta aylıq əməkhaqqına çatdırmağa borcludurmu?

Cavab: Saat hesabı ilə əməkhaqqı aldığınızdan sizə aylıq əməkhaqqınız faktiki işlədiyiniz saatlara uyğun hesablanıb ödənilməlidir. Bu səbəbdən müəssisə, əmək müqavilənizdə başqa hal nəzərdə tutulmayıbsa, sizə digər əməkhaqqı ödəməyə borclu deyil.

Beşinci sual:
-Yüksək dərəcəli texniki işçiyəm, ixtisasım üzrə başqa müəssisələrdə aşağı dərəcə ilə işə qəbul olunduqda əməkhaqqım saxlanılmalıdırmı?

Cavab: Hər bir işçinin ixtisasına, dərəcəsinə və peşəsinə (vəzifəsinə) görə hansı şərtlə işə qəbul edilməsi və əməkhaqqının ödənilməsi işəgötürənlə bağladığı əmək müqaviləsi əsasında təyin edilir.

Altıncı sual:
-Kollektiv müqavilədə hansı şərtlər öz əksini tapmalıdır?

Cavab: Kollektiv müqavilədə bir qayda olaraq aşağıdakı şərtlər öz əksini tapmalıdır:
- müəssisənin istehsal və iqtisadi fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi;
- əməyin ödənilməsi qaydaları və miqdarı, pul mükafatları, müavinətlər, əlavələr və digər ödəmələrin müəyyən edilməsi;
- qiymətlərin artımı, inflyasiya nəzərə alınmaqla əməkhaqqının tənzimlənməsi;
- məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri;
- iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
- işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatların və güzəştlərin müəyyən edilməsi;
- qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
- əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;
- əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi ;
- əmək mübahisələrini məhkəməyə qədər baxan orqanın yaradılması və onun fəaliyyət qaydası;
- işçilərin tibbi və sosial sığortasının üstün əlavə şərtlərinin müəyyən edilməsi.


- Hörmətli redaksiya! Şəhər məktəbində müəllimə işləyirəm. Bilmək istəyirəm, eyni məktəbdə haqqı qismən ödənilən sosial məzuniyyətdə olan kitabxana müdirinin işini əvəzçilik qaydasında icra etməyim qanunauyğundurmu?
M. Əliyeva, Daşkəsən rayonu.

- Əmək Məcəlləsinin 61 - ci maddəsinə əsasən, müəyyən səbəbdən on beş gündən çox müddətdə yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə əvəz edilən işçinin tarif (vəzifə) maaşı arasındakı fərq ödənilir.
Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Başqa vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqına (vəzifə maaşına) yarısından az olmamaq şərti ilə əlavə əməkhaqqı ödənilməlidir.
Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətdə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər.
Bu müddət bitdikdən sonra və ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir və ya hər iki vəzifə birləşdirilərək işçinin əmək funksiyası genişləndirilir. İşlədiyiniz məktəbdə kitabxana müdiri vəzifəsi boş vəzifə olmasa da, həmin vəzifədə işləyən qadının qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etdiyi müddətdə (3 ilə qədər) həmin müddət üçün boş qalmış vəzifə sayılır və yuxarıda göstərilən şərtlər əsasında sizə kitabxana müdiri vəzifəsinin icra edilməsinin həvalə edilməsi Əmək Məcəlləsinin şərtlərinə uyğundur.


- Əmək fəaliyyətimlə əlaqədar müəssisədən arayış almaq istəyirəm. Qəzetiniz vasitəsilə bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm.
N. BİNNƏTOV, Bakı şəhəri, General Şıxlinski küç. ev 47, mən. 156.

- Əmək Məcəlləsinin 88 - ci maddəsinə əsasən:
- İşəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur.
- İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq orqanlara, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçini haqqında tərtib edilmiş xasiyyətnamə ilə, zəmanətlə, şəxsi sənədləri ilə, onların surətlərinin və digər sənədlər məzmunu ilə tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir.
Müsbət məzmunlu xasiyyətnamə ilə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir.


- 1992 - ci ilə qədər Əmanət Bankında 2000 manat pulum olub. 1992 - ci ildə əmanəti tam almışam. Lakin əmanətə hesablanan 600 manat pulum bankda qalıb. Əmanətlər qaytarılarkən mən həmin məbləği ala bilərəmmi?
Əhməd RÜSTƏMOV, Xaçmaz rayonu.

- Verdiyiniz sualla əlaqədar bildiririk ki, sovet dövründən qalmış əmanətlərin qaytarılması müxtəlif dövlət orqanlarında dəfələrlə müzakirə olunsa da, müvafiq qanun qəbul edilməmişdir. Hesab edirəm ki, yaxın müddətdə bu münasibətləri tənzimləyən qanun qəbul edilərkən həm əmanətlərin, həm də əmanətlərə hesablanmış faizlərdə inflyasiya nəzərə alınmaqla hesablanıb əmanətlərə ödənilməsi qaydaları bu qanunda öz əksini tapacaq.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.