Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Əlillərə neçə təqvim günü müddətində məzuniyyət verilir? Arif QOCAYEV, Sumqayıt şəhəri.
- Əmək Məcəlləsinin 119 - cu maddəsinə əsasən: -Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, -16 yaşından 18 yaşadək işçilərə 35 təqvim günündən, -Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
- AR ərazi bütövlüyü uğrunda iştirak edən və təltif edilən işçilərə neçə gün məzuniyyət verilməlidir? Nailə İSAYEVA, Bakı şəhəri.
- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan işçilərə, Azərbycanın Milli qəhrəmanlarına, Sovet İttifaqı qəhrəmanlarına, 1941 - 1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş , lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
- Teatr işçilərinə neçə təqvim günü məzuniyyət verilir? Ofelya DADAŞOVA, Şəki şəhəri.
- Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir.
- Əməyin mühafizəsi qaydalarını pozmağa görə vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunurmu? Qurban SÜLEYMANOV, Bakı şəhəri.
- Cinayət Məcəlləsinin 162 - ci maddəsinə əsasən, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və az ağır zərər vurularsa- minimum əməkhaqqının məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya iki il müddətədək islah işləri ilə və ya 6 ay müddətədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ildən beş ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
- Bilmək istəyirəm, nikaha daxil olarkən ər-arvadın soyad seçmək hüququ qanunla necə tənzmlənir? Könül QURBANOVA, Şamaxı şəhəri.
- Ailə Məcəlləsinin 30 - cu maddəsinə əsasən: -Ər - arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. -Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. -Ər-arvadın birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirilməsinə səbəb olmur. -Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadlarını bərpa etmək hüququna malikdir.
- Mənimlə eyni şöbədə işləyən işçinin xəstəliyi dövründə onun işlərininn görülməsi mənə tapşırılmışdır. Bu işləri yerinə yetirdiyimə görə mənə əlavə əməkhaqqı ödənilməlidirmi? Gündüz QOCAYEV, Bakı şəhəri.
- Praktikada müəyyən səbəblər üzündən müvəqqəti işə çıxmayan işçinin əmək funksiyalarının başqa işçiyə həvalə olunmasına tez- tez rast gəlinir. Müvəqqəti əvəzetmə əsasən əməkhaqqının vaxtamuzd sistemi tətbiq edilən sahələrdə həyata keçirilir. Belə hallarda işçilərə əlavə əməkhaqqı aşağıdakı kimi ödənilir: -Müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun öz maaşı arasındakı fərq ödənilir. -Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin tarif (vəzifə) maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu, əlavə işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən edilir (ƏM maddə 162). Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən, işçi öz əmək funksiyası ilə bərabər həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqını 50%-dən az olmamaq şərti ilə əlavə əməkhaqqı ödənilməlidir. Boş vəzifə işçiyə 3 ay həvalə edilə bilər. Üç aydan sonra əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir və hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanır, ya da boş vəzifəyə yeni işçi götürülür.
- Gecə vaxtı işlərə görə əməkhaqqına əlavələr edilməlidirmi? Rəfael ORUCOV, Bakı şəhəri.
-Gecə vaxtı yerinə yetirilmiş işlərin hər bir saatı əmək qanunvericiliyinə əsasən, normal şəraitdə görülən işlərə nisbətən daha yüksək məbləğdə ödənilməlidir. Gecə vaxtı iş müddəti saat 22:00-dan səhər saat 6:00-dək olan vaxt sayılır. Əmək Məcəlləsində gecə vaxtı və çoxnövbəli iş rejiminə görə işlər üçün əməkhaqqına əlavələr və bu əlavələrin miqdarı müəyyənləşdirilməmişdir (maddə 166). Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı həddinin müəyyən edilməsi barədə" Qərarına əsasən, büdcədən maliyyələşdirilən müəssisələrdə gecə vaxtı yerinə yetirilən işin hər bir saatına işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Digər müəssisə və təşkilatlarda gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqına edilən əlavələr qərarda göstərilən əlavələrin həddindən aşağı müəyyən edilə bilməz. Əməyin ödənilməsi haqqında müəssisə və təşkilatların daxili əsasnamələrində kollektiv müqavilə və sazişlərdə, işçilərlə işəgötürənlər arasında bağlanmış müqavilələrdə gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqına edilən əlavələrin daha yüksək miqdarı nəzərdə tutula bilər.
- Müxtəlif bəhanələrlə xarici şirkətlərdə işləyən hamilə qadınlarla əmək müqaviləsi ləğv edilir. Belə hallarda müəssisə və təşkilat rəhbərləri hansı qaydada məsuliyyət daşıyırlar? Gülçöhrə MƏMMƏDOVA, Bakı şəhəri.
- Əmək Məcəlləsinin 79.1 - ci maddəsinə əsasən, işəgötürən tərəfindən hamilə, 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Cinayət Məcəlləsinin 164-cü maddəsinə əsasən isə hamilə, 3 yaşadək uşağı olan qadınlarla əmək müqaviləsini əsassız ləğv edən işəgötürən - minimum əməkhaqqı məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə ilə cəzalandırılır. Qeyd etmək lazımdır ki, işə bərpa ilə əlaqədar əmək mübahisələri yaranarsa iddia ərizələriylə məhkəməyə müraciət etmə müddəti əmək qanunvericiliyində 1 ay müddətində nəzərdə tutulub. Hamilə və 3 yaşadək uşağı olan qadınlar müəyyən üzrlü səbəblərdən onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməsindən xəbər tuta bilmədikdə (əmrin surətini, əmək kitabçasını və ya son haqq-hesabı qanunda nəzərdə tutulan vaxtda ala bilmədikdə) və ya özlərinin və uşağın səhhəti ilə əlaqədar bu müddəti buraxdıqları halda, buraxılmış iddia müddəti məhkəmələr tərəfindən üzrlü hesab edilməklə əmək mübahisəsinə mahiyyəti üzrə baxıla bilər.
- Hansı hallarda digər şəxslər tərəfindən təsdiq edilmiş vəsiyyətnamələr notariusa bərabər tutulur? Alı SÜLEYMANOV, Gəncə şəhəri.
- Vəsiyyətnamələr təsdiqlənərkən aşağıdakılar notariusa bərabər tutulur: -Xəstəxananın, hospitalın, digər müalicə muəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri, növbətçi baş həkimi və ya əlillər və qocalar evinin baş həkimi - əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa, -axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi, əgər vəsiyyət edən belə ekspedisiyadadırsa -Dəniz və ya hava gəmisinin kapitanı, əgər vəsiyyət edən dəniz və ya hava gəmisindədirsə, -Hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəisi), əgər hərbi hissənin yerləşdiyi məntəqədə notarius yoxdursa və əgər vəsiyyət edən hərbi hissədə hərbi qulluqçudursa və ya həmin hissədə qulluq edən mülki şəxs, yaxud onun ailə üzvüdürsə, - azadlıqdan məhrumetmə yerinin rəisi- əgər vəsiyyət edən azadlıqdan məhrumetmə yerindədirsə.
- Hörmətli redaksiya! Bilmək istəyirəm, qanuna əsasən fiziki şəxsin bir neçə yaşayış yeri ola bilərmi? Ülvi SEYİDOV, Bakı şəhəri.
- Mülki Məcəllənin 27 - ci maddəsinə əsasən: Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluqda olan şəxslərin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
- Neft sənayesində texniki nəzarət şöbəsinin ustası vəzifəsində işləyirəm. Bilmək istəyirəm, əmək şəraitinə görə mənim neçə gün əlavə məzuniyyət almaq hüququm vardır? Baba QULİYEV, Əli Bayramlı.
- Nazirlər Kabinetinin 2004 - cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısının VI bölməsinin 134 - cü bəndinə əsasən, neft sənayesində işləyən texniki nəzarət şöbəsinin ustası və dispetçerləri üçün 6 təqvim günü əlavə məzuniyyət nəzərdə tutulub.
- Rayon məhkəməsinin qətnaməsindən hansı müddətdə apelyasiya şikayəti verə bilərəm? Eldəniz QARAKİŞİYEV, Şəki rayonu.
- Rayon məhkəmələrinin qətnamələrindən Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinə məhkəmə qətnaməsi təqdim olunan ( alınan) gündən bir ay müddətində apelyasiya şikayəti verilə bilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.