Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Hansı ailələrin ünvanlı sosial yardım almaq hüququ vardır? Mənsurə VƏLİYEVA, Bakı şəhəri.
- Sosial yardım hüququna, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
- Rayon məhkəməsinin qətnaməsindən hansı müddətdə apelyasiya şikayəti verə bilərəm? Eldəniz QARAKİŞİYEV, Şəki rayonu.
- Rayon məhkəmələrinin qətnamələrindən Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinə məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətində apelyasiya şikayəti verilə bilər.
- Son zamanlar xarici şirkətlərdə işçilər ixtisarla əlaqədar işdən azad olunurlar. Bilmək istəyirəm, ixtisarla əlaqədar işçilərə ödənilən müavinətlərdən gəlir vergisi tutulurmu? İlkin QOCAYEV, Bakı şəhəri.
- İşçilərin sayının azaldılması və ştatların ixtisarı ilə əlaqədar Əmək Məcəlləsinin 77 - ci maddəsində nəzərdə tutulan qaydada orta aylıq əməkhaqqı məbləğində müavinətlər ödənilir. Vergi Məcəlləsinin 102.1.4 - cü maddəsinə əsasən: "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatlarının ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Əmək Məcəlləsinə müvafiq olaraq ödənilən təminatlar, habelə müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddırlar.
- Hansı şəxslər məhkəmədə şahid qismində dindirilə bilər? Nailə VƏLİZADƏ, Lənkəran rayonu.
- Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır.
- İşçilərin həmkarlar ittifaqlarında birləşmək hüququ barədə məlumat verməyinizi xahiş edirəm. Baloğlan ATAYEV, Bakı şəhəri.
- "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun 3 - cü maddəsinə əsasən: İşçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqı yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Bu məqsədlərə malik olmaq üçün ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. İşləməyən pensiyaçıların və işçilərin həmkarlar ittifaqında üzvlük qaydası həmkarlar ittifaqlarının nizamnamələri ilə tənzimlənir. Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxslərə həmkarlar ittifaqında birləşməyə icazə verilmir. Müdiriyyətə daxil olan şəxslər həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqının üzvü ola bilməz. Həmkarlar ittifaqları könüllü və müstəqil olaraq özlərinin ilk təşkilatlarını, peşə, sahə, Respublika və digər ərazi birliklərini yarada bilirlər.
- Hansı şəxslər əlavə dəyər vergisi ödəyicisi sayılırlar? Qulam MİRZƏYEV, Bakı şəhəri.
- Vergi Məcəlləsinin 154 - cü maddəsinə əsasən, Əlavə Dəyər Vergisinin (ƏDV) ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV - nin ödəyicisidir. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. Əlavə dəyər vergisi tutulan malları idxal edən şəxslər həmin idxal malları üzrə ƏDV - nin ödəyiciləri sayılırlar. ƏDV - nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169 - cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri - rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır. Vergi Məcəlləsinin 137 - ci maddəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV -nin məqsədləri üçün ayrıca şəxs sayılır. Aksız mallarının istehsalçıları ƏDV - nin ödəyiciləri sayılır.
- Sosial müavinətlərin növləri barədə məlumat almaq istəyirəm. Azadə İSAYEVA, Bakı şəhəri.
- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 4- cü maddəsinə əsasən, müavinətlərın aşağıdakı növləri nəzərdə tutulmuşdur: -aylıq müavinət -dövlət qulluqçularına ömürlük müavinət -yaşa görə müavinət -əlilliyə görə müavinət -16 yaşadək əlil uşaqlara müavinət -ailə başçısını itirməyə görə müavinət -AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət -3 yaşadək uşağa qulluğa görə müavinət -müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək ( ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət -valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət -bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət -birdəfəlik müavinətlər -radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət -uşağın anadan olmasına görə müavinət -dəfn üçün müavinət.
- Yaşa görə əmək pensiyasının təyin edilməsində hansı şərtlər nəzərdə tutulur? Sədiyar OSMANOV, Zaqatala rayonu.
- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7 - ci maddəsinə əsasən, 62 yaşa çatmış kişilərin və 57 yaşadək olan qadınların azı 5 il sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
- Əmək pensiyası hansı orqan tərəfindən təyin edilir? İsmət ORUCOV, Qax rayonu.
- Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer , qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təyin edilir. Əmək pensiyasını təyin edən orqanın qərarından məhkəməyə şikayət edilə bilər.
Hörmətli redaksiya! aşağıdakı 3 sualıma cavab verməyinizi xahiş edirəm. Pərviz ASLANOV, Şəki şəhəri.
- Mənfəət vergisi ödəyiciləri barədə məlumat verməyinizi xahiş edirəm.
- AR rezident və qeyri - rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir. Fiziki şəxs olmayan hər hansı xarici şəxs Vergi Məcəlləsinin 137 - ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, ona müəssisə kimi baxılır.
- Vergi anlayışı nə deməkdir?
- Vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
- Vergi məbləğləri hansı formalarda tutulur?
- Vergi məbləğləri aşağıdakı formada tutulur: - Bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması) - Bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) - Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).
- "Dövlətqaçqınkom"un tabeliyində fəaliyyət göstərən Baş idarənin əmrlərini icra edən Təchizat və İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri kimi sizə müraciət edərək sualıma cavab istəyirəm. Bildiyimə görə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci ilin fevral ayının 1-dən qüvvəyə minmiş sərəncamı ilə ölkə üzrə əməkhaqlarının 25% artırılması nəzərdə tutulmuşdur. Bilmək istəyirəm ki, həmin sərəncam bizim idarədə işləyən vətəndaşlara şamil edilə bilərmi?
Hörmətlə: 57 nəfər adından TSS-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Mina MİRZƏYEVA, Mingəçevir şəhəri.
- Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Dövlət büdcəsindən maliyyələşən sosial təminat müəssisələrində, elm və elmi- tədqiqat müəssisələrində (Azərbaycan Milli Akademiyası istisna olmaqla), mədəniyyət, gənclər və idman sahəsində, səhiyyə və təhsil müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2007-ci ilin fevral ayının 1-dən orta hesabla 25% artırılıb.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.