Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

HÜQUQ MƏSLƏHƏTXANASI

07.07.07 - 9:001235 baxılıb

- Hansı hallarda iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarıla bilər?
Zaur QƏDİMOV,Bakı şəhəri.

- Mülki-Prosessual Məcəllənin 152 - ci maddəsinə əsasən, hakim iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri aşağıdakı hallarda geri qaytarır:
- İddia ərizəsini Mülki-Prosessual Məcəllənin 149- cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə;
- İddia ərizəsi imzalanmadıqda və y a onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda;
-Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;
-İqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə;
-Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;
-Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə;
-Bir və ya bir neçə cavabdehə bir - biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə;
-Cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ-hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə;
-İddia ərizəsinin icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda;
-İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır;
-İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə iddia ərizəsi məhkəməyə müraciət edildyi gündən verilmiş hesab edilir.
-İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.


- Hörmətli redaksiya! Sizə iki sualla müraciət etmək istəyirəm. Bilmək istəyirəm, hüquqi şəxsin fəaliyyətinə xitam verildikdə vurulan zərərin ödənilməsi hansı qaydada həyata keçirilir və zərərçəkənin ölümü nəticəsində çəkilən dəfn xərcləri zərərin əvəzinin ödənilməsi hesabına daxil edilirmi?
Murad İSAYEV, Sumqayıt şəhəri.

- Mülki Məcəllənin 1126 - cı maddəsinə əsasən, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.
Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər.
Azərbaycan Respublikası Prezidentinin 2003 - cü il 26 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi qaydalarının 1.2.1 və 3.2 - ci maddələrinə əsasən, əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin ailələrinə, əmək zədəsi almış və peşə xəstəliyinə tutulmuş işçilərə zərərin əvəzinə görə ödənişlər Dövlət Sosial Müdafiə Fondunun hesabına maliyyələşdirilir.
Mülki Məcəllənin 1127 - ci maddəsinə əsasən, zərərçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.


-Hansı qətimkan tədbirləri vardır?
Ziyafət HÜSEYNOV, Sumqayıt şəhəri.

- Qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanunazidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Qətimkan tədbirləri aşağıdakılardır:
-həbs
-ev dustağı
-girov
-başqa yerə getməmək barədə iltizam
-şəxsi zaminlik
-təşkilatın zaminliyi
-polisin nəzarəti altına vermə
-komandanlığın müşahidəsi altına vermə
-vəzifədən kənarlaşdırma.
Həbs, ev dustaqlığı və girov yalnız təqsirləndirilən şəxsin barəsində seçilə bilər. Nəzarət altında saxlama yalnız yetkinlik yaşına çatmayan şəxsin barəsində seçilə bilər. Komandanlığın müşahidəsi altına vermə yalnız hərbi qulluqçu və ya hərbi toplanışda təlim keçdiyi müddətdə, hərbi mükəlləfiyyətli şəxs barəsində seçilə bilər.


- Hazırda istehsalatda baş vermiş xəsarətlə əlaqədər sağlamlığını itirmiş şəxslərə və vəfat etmiş şəxslərin övladlarına dəymiş zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Bilmək istəyirəm, aylıq ödənişlərin birdəfəlik alınması mümkündürmü?
Eldəniz QULİYEV, Gəncə şəhəri.

-İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarını, şərtlərini və məbləğini Nazirlər Kabinetinin 9 yanvar 2003- cü il tarixli 3 saylı Qərarı ilə təsdiq edilmiş "istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilmə qaydaları, şərtləri və məbləği" ilə müəyyən edilir.
Göstərilən Qərara və Mülki Məcəllənin 1125 - ci maddəsinə əsasən, zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla birdəfəlik, lakin ən çoxu üç illiyə təyin edə bilər.
Əlavə xərclərin ödənilməsi məbləğləri, yollayışların alınması, gedişhaqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibbi ekspertizanın rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər.


- Hansı tikintilər özbaşına tikinti sayılır və bu hal hansı nəticələrə səbəb ola bilər?
Rasim MƏDƏTOV, Xırdalan şəhəri.

- Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
Özbaşına tikinti aparmış şəxs ona mül kiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa göstərilən şəxsin tikintiyə mülkiyyət hüququ tanına bilməz.


- Aliment öhdəliklərinə xitam verilməsi halları barədə məlumat verməyinizi xahiş edirəm.
Təranə HÜSEYNOVA, Zaqatala rayonu.

- Ailə Məcəlləsinin 113 - cü maddəsinə əsasən:
Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.
Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:
-uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə
-aliment ödənilən uşaq övladlığa götürüldükdə
-aliment alan fiziki şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda
- aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə
- əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan alimenti alan ər və ya arvad yeni nikaha daxil olduqda.


- Cinayət işlərində mülki iddia verilməsi mümkündürmü?
Pərviz MƏMMƏDLİ, Bakı şəhəri.

- Bəli, Cinayət Məcəlləsinin 183 - cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət tərkibi başlayandan məhkəmə istintaqı başa çatanadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia eyni zamanda verilə bilər.
Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxs və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyulan bilən şəxsə verilir.
Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət tərkibi üzrə, kimin kimə, hansı əsasla və hansı məbləğdə mülki iddia verilməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır.
Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və ya iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda, müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır.


-Vərəsəlik şəhadətnaməsini hansı orqandan almaq olar?
Güldəstə HACIYEVA, Mingəçevir şəhəri.

- Vəfat etmiş şəxsin vərəsələri mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay ərzində istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinin arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.