Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

HÜQUQ MƏSLƏHƏTXANASI

14.07.07 - 9:001377 baxılıb

- Amnistiya barədə məlumat verməyinizi xahiş edirəm.
Arzu İSMAYILOVA, Gəncə şəhəri.

- Cinayət Məcəlləsinin 81 -ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilən aktdır.
Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
Amnistiya (ümumi əfv) - Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi müəyyən kateqoriya şəxslərə şamil edilən normativ-hüquqi aktdır.
Azərbaycan Respublikası Konstitusiyasına görə, amnistiya aktı vermək ancaq Milli Məclisin səlahiyyətinə aiddir.
Amnistiya dövlət hüquqi aktı kimi aşağıdakı əlamətlərlə səciyyələnir:
-Amnistiya aktı normativ xarakter daşıyır. Bu akt fərddən qeyri - müəyyən şəxslərə və hansı prosessual mərhələdə olmasından asılı olmayaraq qeyri - müəyyən sayda cinayət işlərinə şamil edilir;
-Amnistiya aktını vermək təşəbbüsü həmişə ali dövlət orqanına məxsus olur;
-Amnistiya aktı, bu aktı tətbiq edəcək hüquq - mühafizə orqanları üçün məcburi xarakter daşıyır;
-Amnistiya aktında müəyyən kateqoriya şəxslərin azad edilməsinin hüquqi əsası qaydaları və şərtləri təcbit olunur.
Amnistiya aktı cəza və məsuliyyət məsələsinə aşağıdakı formalarda təsir göstərə bilər:
-Cinayət məsuliyyətini aradan qaldırır;
-Cəzadan (əsas və əlavə cəzadan) tamamilə azad edilir;
-Cəzanın müddəti azaldılır;
-Cəzadan şərti azad edir;
-Təyin edilən cəzanın (cəzanın çəkilməmiş hissəsini) başqa yüngül cəza ilə əvəz edir;
-Əlavə cəzadan azad edir;
-Məhkumluğu götürür.
Verilən bir amnistiya aktında yuxarıda sadalanan məsələlərin hamısı həll edilməyə də bilər.
Amnistiya aktı belə akt verilənə qədər törədilən cinayətlərə şamil edilir. Əgər uzanan və davam edən cinayətə amnistiya aktı verilənə qədər son qoyulmamışdırsa, belə cinayəti törədən şəxsə amnistiya aktı tətbiq edilmir. Lakin bu cinayətlərə münasibətdə amnistiya aktının tətbiqinə dair aktda əlavə şərtlər nəzərdə tutula bilər.
Amnistiya aktına əsasən, məhkum cəzadan şərti azad edilmişdirsə və cəzanın çəkilməmiş dövründə o yenidən cinayət törədərsə, məsuliyyət hökmlərin məcmusu qaydasında həll edilir.
Verilən amnistiya haqqında qərarda bu aktdan irəli gələn azadetmə tədbirlərini həyata keçirəcək orqanların fəaliyyətinə dair göstərişlər də olur. Belə ki, amnistiya aktı əsasında müstəntiq cinayət işini icraatının dayandırılması və işin xitam olunması haqqında qərar qəbul edilir, hakim məhkəmədə baxılan cinayət işinin dayandırılmasına və xitam edilməsinə dair qərardad çıxarır, xüsusi təşkil olunmuş komissiyanın qərarı ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən məhkumlar cəzadan azad edilir.
Törədilən cinayətə görə barəsində cinayət işi qaldırılan şəxs amnistiya aktına əsasən məsuliyyətdən azad edilə bilərsə, lakin şəxs törədilən cinayətdə özünü təqsirli bilmirsə və məhkəmədə işə baxılmasını təkid edirsə, belə şəxs barəsində amnistiya aktı tətbiq edilmir.
Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci inistansiya məhkəməsi tərəfindən baxılır.
Amnistiya aktı ölkənin həyatında baş verən əlamətdar tarixi hadisələrlə bağlı verilir.


- Əfvetmə nə vaxt tətbiq olunur?
Qulamrza PƏNAHOV, Şəki şəhəri.

-Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilir. Bu aktla cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətdə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər.
Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Əfvetmə aktı məhkəmədən kənar Azərbaycan Respublikası Prezidenti tərəfindən verilən və məhkumları cəzadan azad edən aktdır. Əfvetmə aktında cəzadan azad edilən məhkumlar fərdən sadalanır. Bağışlama aktı ilə məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilir, təyin edilən cəzanın müddəti azaldılır, yaxud da cəzanın çəkilməmiş hissəsi başqa yüngül cəza ilə əvəz edilir. Əfvetmə aktı ilə şəxsin məhkumluğu da üzərindən götürülə bilər.
Törədilən cinayətə görə barəsində ibtidai istintaq gedən, yaxud da məhkəmə baxışında olan şəxslər əfvetmə aktı ilə məsuliyyətdən azad edilə bilməz.
Əfvetmə aktı ilə ömürlük azadlıqdan məhrumetmə cəzası müddətli azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilə bilər. Belə hallarda əvəz edən müddətli azadlıqdan məhrumetmənin yüksək həddi 25 ildən artıq ola bilməz. Əfvetmə aktı aşağıda qeyd edilən cəhətlərinə görə amnistiya aktından fərqlənir:
-Əfvetmə aktı amnistiyadan fərqli olaraq normativ xarakterli deyildir. Əfvetmə konkret hallar üzrə tətbiq edilən aktdır;
-Əfvetmə aktı fərdən məlum şəxslər barəsində tətbiq edildiyi halda, amnistiya fərdən qeyri - müəyyən məhkumlar barəsində tətbiq edilir;
-Əfvetmə aktı birbaşa konkret məhkumun, yaxud da fərdən bəlli məhkumların cəzadan azad edilməsinin hüquqi əsası olduğu halda, amnistiya aktının icraası həvalə edilən orqanın verdiyi akt əsasında cinayət törədən şəxs məsuliyyətdən və cəzadan azad edilir;
-Əfvetmə aktının verilməsinə dair vəsatət məhkum, məhkumun qohumları və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən verilir. Belə vəsatəti töpətdiyi cinayətə görə respublikamızda cəzaçəkən əcnəbilər barəsində xarici dövlətlərin səlahiyyətli orqanları da qaldıra bilər. Amnistiya aktı isə qaldırılan vəsatətə görə deyil, səlahiyyətli hakimiyyət orqanının təşəbbüsü ilə verilir.


- Hansı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilə bilər?
Araz ABDULLAYEV, Bakı şəhəri.

- Mülki-Prosessual Məcəllənin 153-cü maddəsinə əsasən, məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçirilməlidir. Qanunun bu maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:
- Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə;
- Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;
- Məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi qanuni qüvvəyə minmiş qətnaməsi olarsa;
- Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa;
- Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir;
- Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur;
- İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.


- Etibarnaməyə xitam verilməsi hansı hüquqi nəticələrə səbəb olur?
Mövlud BƏKİROV, Qusar rayonu.

- Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə vermiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur.
Etibarnamə vermiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tədbiq edilmir.
Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar.
Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.


- Etibarnaməyə hansı hallarda xitam verilməsi barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.
Orxan KƏRİMİ, Astara rayonu.

- Qüvvədə olan qanunvericiliyə görə, etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:
- Etibarnamənin müddətinin bitməsi;
- Etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi;
- Etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi;
- Etibarnamə vermiş şəxsin imtinası;
- Adından etibarnamə vermiş hüquqi şəxsə xitam verilməsi;
- Adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;
- Etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması;
- Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.


- Hörmətli redaksiya! Mən 20 il fasiləsiz Ədliyyə Nazirliyinin tərbiyə müəssisəsində işləmişəm. 2002-ci ildən isə 271 saylı orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışıram.
Bilmək istəyirəm, 55 yaşdan təqaüdə çıxa bilərəmmi?
Səməndər MƏMMƏDOV, Bakı şəhəri.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 34-cü-penitensiar müəssisələrdə mülki işlər bölməsinə görə, aşağıdakı peşələrdə çalışanlar güzəştli pensiya hüququna malikdirlər:
- ümumtəhsil və texniki-peşə məktəblərinin işçiləri
- komendant
- tibb işçiləri
- əməyin təşkili və əməkhaqqı şöbəsinin (hissəsinin) işçiləri
- maddi-texniki təchizat şöbəsinin (hissəsinin) işçiləri
- texniki nəzarət şöbəsinin (hissəsinin) işçiləri
- təhlükəsizlik texnikası üzrə mütəxəssis
- mətbəx müdiri
- istehsalat sexlərinin (sahələrinin) işçiləri.
Bu Siyahı üzrə güzəştli şərtlərlə hüququ olan kişilər 57 yaşına çatdıqda və 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda yaşa görə əmək pensiyasına çıxa bilərlər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.