Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Hörmətli redaksiya! Xahiş edirəm ekoloji sığorta haqqında məlumat verəsiniz. Saleh MƏMMƏDOV, Bakı şəhəri.
- Ekoloji sığorta haqqında qanunvericilik İcbari ekoloji sığorta haqqında AR qanunundan, AR Mülki Məcəlləsindən, "Sığorta haqqında", Ətraf Mühitin Mühafizəsi haqqında", "Texniki təhlükəsizlik haqqında" AR qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir. Ekoloji sığorta haqqında AR qanunu ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı əhalinin həyatına və sağlamlığına, əmlaka və ətraf mühitə vurulan zərərə görə mülki məsuliyyətin icbari sığortalanması şərtlərini və qaydalarını müəyyən edir, hüquqi və fiziki şəxslərin, habelə dövlətin və bələdiyyələrin əmlak mənafelərinin qorunmasına təminat verir. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: - Ekoloji sığorta - ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı vurulan zərərə görə mülki məsuliyyətin sığortası; - təhlükəli mənbə - əhali, əmlak və ətraf mühit üçün təhlükə yaradan partlayış - yanğın, zəhərləyici, çirkləndirici digər zərərli maddələr, habelə radioaktiv ionlaşdırıcı şüa mənbələri bundan sonra zərərli maddələr); - ətraf mühitə vurulmuş zərər - ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı müvafiq ərazi üçün yol verilən həddən artıq çirklənmiş torpaq sahələrinin və su obyektlərinin bərpasına tələb olunan vəsait, habelə atmosfer havasının çirklənməsi, heyvanlar və bitkilər aləminin məhv olunması ilə bağlı zərər; - sığorta riskinin qiymətləndiricisi - sığortalının razılığı ilə sığortaçı tərəfindən təyin olunan, sığorta riskini müstəqil surətdə qiymətləndirən və bu sahədə ixtisaslaşmış hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
- Sosial sığorta nə deməkdir? Namiq QULİYEV, Tovuz rayonu.
- Sosial sığorta "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanunu ilə tənzimlənir. "Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanunu". Azərbaycan Respublikasında sosial sığorta sahəsində münasibətləri tənzimləyir, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Sosial sığorta - bu qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Sosial sığortanın prinsipləri aşağıdakılardır: - sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; - sosial sığortanın ümumiliyi; - sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; - sosial sığorta subyektlərinin hüquq bərabərliyi; - dövlət sosial sığortasının məcburiliyi; - məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması.
- Hansı hallarda sığorta olunanın sığorta təşkilatından sosial sığorta almaq hüququ var? Fazil QASIMOV, Quba şəhəri.
- Sığorta olunanın sığorta təşkilatından sığorta almaq hüququnun yaranması üçün sosial sığorta hadisəsi baş verməlidir. Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığorta olunanı sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: - pensiya yaşına çatmaq; - əlil olmaq; - ailə başçısını itirmək; - əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericilikdə müəyyən olunmuş dövr üçün); - hamiləlik və doğum; - uşağın anadan olması; - uşağa qulluq; - ölüm; -sanatoriya-kurort müalicəsi zərurəti; - işsiz olmaq (qanunvericilikdə müəyyən olunmuş dövr üçün). Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta ilə tərəflərin seçdiyi sığorta hadisələri üzrə aparılır.
- Sosial sığorta ödəmələri baş verdikdə hansı ödəmələr verilir? Mahir ƏHMƏDOV, Qazax rayonu.
- Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: - AR müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; - könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr; - əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericilikdə müəyyən olunmuş dövr üçün: - hamiləliyə və doğuma görə müavinət; - uşağın anadan olmasına görə birdəfəlik müavinət; - qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; - dəfn üçün müavinət; - sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi. Müvafiq dövlət proqramlarına uyğun olaraq əlillərin, işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlər məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Azərbaycan Respublikası qanunvericiliyi ilə sosial sığorta üzrə təminatın başqa növləri ilə müəyyən edilə bilər.
- Məhkəmələrdə mülki işlərə baxılarkən hansı hallarda dövlət rüsumu ödənilir? Qafar DADAŞOV, Xırdalan şəhəri.
- Məhkəmələrdə mülki işlərə baxılarkən dövlət rüsumu aşağıdakı hallarda ödənilir: - iddia ərizələri verildikdə; - iddianın predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxslər işə qoşulmaq barədə ərizələr verildikdə; - hüququ əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr verildikdə; - Apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam edilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə; - Apellyasiya və kassasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi müəyyən edilmiş dövlət rüsumunun müvafiq olaraq 120 və 150 faizi məbləğində dövlət rüsumu ödənilir; - Qətnaməyə yenidən baxılması qaydasında verilən şikayətə görə dövlət rüsumu bir dəfə ödənilir.
- Aylıq müavinətlər hansı müddətlərə təyin edilir? Sadıq CƏFƏROV, Lənkəran şəhəri.
- Sosial müavinətlər haqqında AR Qanunun 9-cu maddəsinə əsasən aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. - Dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət-ömürlük - əlilliyə görə (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət - əlillik müddətinə. - Ailə başçısını itirməyə görə müavinət. -Vəfat etmiş şəxsin uşaqlarına-18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) -Vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlarına-əlillik müddətinə -Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərindən, qardaş, bacı, baba və nənələrindən birinə-uşağın 8 yaşınadək - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət-onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən olunmuş hallarda bu hüququ itirənədək. - 3 yaşınadək uşağa qulluğa görə müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə. - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət. -Uşağın 16 yaşı tamam olan ayın sonunadək -Ümumtəhsil məktəblərində əyani təhsil alanlara-18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox olmamaqla). - Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçilik) müəyyən edildiyi müddətə. - bir yaşınadək uşağı olana aztəminatlı ailələrə təminat-uşağın 1 yaşı tamam olan ayın sonunadək. Radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik müddətinə təyin edilir. Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
- Kassasiya şikayəti hansı müddətdə verilə bilər? Elxan ŞAHSUVAROV, Qusar rayonu.
- Kassasiya şikayəti Apellyasiya instansiyası tərəfindən Qətnamə və qərardad qəbul edildikdən sonra 3 ay müddətində verilə bilər. Bu müddət Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə və qərardad tərəfə verildiyi vaxtdan hesablanır.
Azər QULİYEV, «BOSŞELF» Şirkəti HİK-in hüquqşünası.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.