Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

HÜQUQ MƏSLƏHƏTXANASI

20.10.07 - 9:00605 baxılıb

- Hörmətli redaksiya! Xahiş edirəm ekoloji sığorta haqqında məlumat verəsiniz.
Saleh MƏMMƏDOV, Bakı şəhəri.

- Ekoloji sığorta haqqında qanunvericilik İcbari ekoloji sığorta haqqında AR qanunundan, AR Mülki Məcəlləsindən, "Sığorta haqqında", Ətraf Mühitin Mühafizəsi haqqında", "Texniki təhlükəsizlik haqqında" AR qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
Ekoloji sığorta haqqında AR qanunu ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı əhalinin həyatına və sağlamlığına, əmlaka və ətraf mühitə vurulan zərərə görə mülki məsuliyyətin icbari sığortalanması şərtlərini və qaydalarını müəyyən edir, hüquqi və fiziki şəxslərin, habelə dövlətin və bələdiyyələrin əmlak mənafelərinin qorunmasına təminat verir.


HÜQUQ MƏSLƏHƏTXANASI

06.10.07 - 9:00485 baxılıb

- Fərdi əmək mübahisələrinin həlli üçün iddia müddətləri barədə məlumat verməyinizi xahiş edirəm.
Samir NƏCƏFOV, Bakı şəhəri.

- Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrin həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmış fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Yuxarıda göstərilən haldan başqa digər qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən, 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.


HÜQUQ MƏSLƏHƏTXANASI

22.09.07 - 9:00571 baxılıb

- Hörmətli redaksiya! İşçinin işdən azad olma səlahiyyətinin hansı vəzifəli şəxslərə malik olması barədə məlumat verəsiniz.
Pərviz SULTANOV, Mingəçevir şəhəri.

- İşçilərə intizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. İşçilərə intizam tənbehinin verilməsi müəssisələrin nizamnaməsi (əsasnaməsi) ilə tənzimlənir. Əgər müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini müvafiq əmrlə (sərəncamla, qərarla) özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər.


HÜQUQ MƏSLƏHƏTXANASI

15.09.07 - 9:00570 baxılıb

- Əlilliyə görə əmək pensiyası və onun məbləği barədə məlumat verməyinizi xahiş edirəm.
Pərvanə QULİYEVA, Astara rayonu.

- Əlilliyə görə əmək pensiyasının təyin edilməsi “Əmək pensiyaları haqqında” AR Qanununun 11 - 13 cü maddələri ilə tənzimlənir. Qanunun bu maddələrinə əsasən:
Əlilliyə görə əmək pensiyası sığorta olunan xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur.
Müddətli həqiqi hərbi (alternativ) xidmətdən olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə əlili hesab edilirlər.


HÜQUQ MƏSLƏHƏTXANASI

14.07.07 - 9:00632 baxılıb

- Amnistiya barədə məlumat verməyinizi xahiş edirəm.
Arzu İSMAYILOVA, Gəncə şəhəri.

- Cinayət Məcəlləsinin 81 -ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilən aktdır.
Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.


HÜQUQ MƏSLƏHƏTXANASI

07.07.07 - 9:00604 baxılıb

- Hansı hallarda iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarıla bilər?
Zaur QƏDİMOV,Bakı şəhəri.

- Mülki-Prosessual Məcəllənin 152 - ci maddəsinə əsasən, hakim iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri aşağıdakı hallarda geri qaytarır:
- İddia ərizəsini Mülki-Prosessual Məcəllənin 149- cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə;
- İddia ərizəsi imzalanmadıqda və y a onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda;


HÜQUQ MƏSLƏHƏTXANASI

30.06.07 - 9:00658 baxılıb

- Aliment hesablanmış əməkhaqqından tutulur, yoxsa vergilər çıxılandan sonra alınacaq məbləğdən?
Mirdadaş QASIMOV, Astara rayonu, Artupa kəndi.

- Ailə Məcəlləsinin 102-ci maddəsinə əsasən, şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əməkhaqqından və ya başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əməkhaqqı və ya gəlirlər verilən gündən ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.


HÜQUQ MƏSLƏHƏTXANASI

23.06.07 - 9:00532 baxılıb

- Kənd təsərrüfatı müəssisəsində işləyirəm. Bu sahədə işləyən işçilərin əmək münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri barədə məlumat verməyinizi xahiş edirəm.
Ş.MUSAYEV, Yevlax rayonu.

- Bildiririk ki, kənd təsərrüfatı və digər aqrar-sənaye sahələrində işəgötürənlə işçilər arasında əmək münasibətləri yalnız həmin müəssisələrin Nizamnaməsi, Əsasnaməsi, Əmək Məcəlləsinin müvafiq normaları, həmçinin "Ailə-kəndli təsərrüfatı haqqında", "Kooperasiya haqqında", "Aqrar islahatın əsasları haqqında" AR-in qanunları və müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada yaranır və tənzimlənir.


HÜQUQ MƏSLƏHƏTXANASI

09.06.07 - 9:001088 baxılıb

– Hörmətli redaksiya! Mən sizin qəzetin daimi oxucularından biriyəm. İş təcrübəmin az olduğu səbəbindən bəzən işdə çıxılmaz vəziyyətdə qalıram, ya da ki, cavablar məni tam qane etmir. Aşağıda qeyd etdiyim suallara cavab tapmaqda mənə köməklik göstərməyinizi xahiş edirəm.

X. CUMAYEVA, Oğuz şəhəri.

1. – Əksər müəssisələrdə əlillik qrupuna görə işləyən işçilər var, hətta "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən onlar üçün kvota ayrılmışdır. 2-ci qrup əlillik dərəcəsi olan işçi işdə işləyə bilərsə hansı əsasa görə işləyə bilər, əgər işçi iş qabiliyyətli deyilsə onu başqa işə keçirmək və ya işdən azad etmək olarmı?


HÜQUQ MƏSLƏHƏTXANASI

02.06.07 - 9:00581 baxılıb

- Hansı ailələrin ünvanlı sosial yardım almaq hüququ vardır?
Mənsurə VƏLİYEVA, Bakı şəhəri.

- Sosial yardım hüququna, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.


HÜQUQ MƏSLƏHƏTXANASI

26.05.07 - 9:00479 baxılıb

- Səhmdar Cəmiyyətində mühəndis işləyirəm. Əmək fəaliyyətim haqqında sənədləri kim verməlidir?
Qafar HÜSEYNOV, Bakı şəhəri.

- Bildiririk ki, işçilərə onların əmək fəaliyyəti, əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması, onun vəzifəsi (peşəsi), əməkhaqqı barədə arayış və sairə sənədlər əmək müqaviləsi bağlamaq, ona xitam vermək hüququna malik işəgötürən tərəfindən verilir.


HÜQUQ MƏSLƏHƏTXANASI

19.05.07 - 9:00563 baxılıb

- Əlillərə neçə təqvim günü müddətində məzuniyyət verilir?
Arif QOCAYEV, Sumqayıt şəhəri.

- Əmək Məcəlləsinin 119 - cu maddəsinə əsasən:
-Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən,
-16 yaşından 18 yaşadək işçilərə 35 təqvim günündən,
-Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.


HÜQUQ MƏSLƏHƏTXANASI

12.05.07 - 9:00700 baxılıb

- 2-ci qrup əliləm. Bakı Dövlət Universitetinin əyani şöbəsində təhsil alıram. Eşitdiyimə görə əyani yolla təhsil alan əlil tələbələrə təqaüdünün 50%-i qədər əlavə yardım verilir. Bu, doğrudurmu?

Fərqan ƏSƏDOV,
BDU-nun tələbə şəhərciyi, III kurs tələbəsi.

- Sorğunuza cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin 30 iyun 2004-cü il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydaları"nın 3.14 bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pensiya alan aspirant, tələbə və şagirdlərə təqaüd ümumi qaydalar əsasında müəyyənləşdirilir.


HÜQUQ MƏSLƏHƏTXANASI

05.05.07 - 9:00440 baxılıb

- Hörmətli redaksiya! İşəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanmaması hansı hüquqi nəticələrə səbəb ola bilər? Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.
İlqar ABBASOV,
Astara şəhəri, Səməd Vurğun küçəsi, ev 42, mənzil 20.

- Hər bir işçi əmək fəaliyyətinə başlayarkən və əmək funksiyalarını yerinə yetirərkən işəgötürənlə əmək qanunvericiliyində nəzərdə tutulan qaydada əmək müqaviləsi bağlamağa borcludur. İşçilərin bu hüququ Konstitusiyanın 35-ci maddəsi, Əmək Məcəlləsinin 42-63-cü maddələri və digər normativ-hüquqi aktlarla tənzim olunur.


HÜQUQ MƏSLƏHƏTXANASI

28.04.07 - 9:00525 baxılıb

- 10 ildən artıq Quba Rayon Dövlət Sığorta Müfəttişliyində baş mühasib vəzifəsində işləmişəm. Pensiya yaşım çatanda dövlət qulluqçusu kimi mənə pensiya təyin oluna bilərmi?
Ə. M. RÜSTƏMBƏYLİ, Quba şəhəri, Fətəlixan küçəsi 12.

- Bildiririk ki, "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda Rayon Dövlət Sığorta Müfəttişliyi orqanları nəzərdə tutulmayıb.


HÜQUQ MƏSLƏHƏTXANASI

21.04.07 - 9:00619 baxılıb

- Atam əmək fəaliyyətinin son illərini sovet orqanlarında çalışıb və 1993-cü ildə vəfat edib. Anam 1951-ci təvəllüdlür. Rayon poliklinikasında tibb bacısı işləyir. Bilmək istəyirəm, anama atama görə dövlət pensiyası təyin oluna bilərmi?
O.SƏMƏDBƏYLİ, Salyan rayonu.

- Məktubunuzdan görünür ki, atanız səkkiz ilə yaxın rayon sovet orqanlarında çalışıb. Belə halda "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən ananız dövlət pensiyası almaq hüququ olan şəxslər sırasına aid olunur.


HÜQUQ MƏSLƏHƏTXANASI

14.04.07 - 9:00505 baxılıb

- Elmi-tədqiqat müəssisəsində baş iqtisadçı vəzifəsində işləyirəm. Bu ilin yanvar ayında məzuniyyətə çıxdım və 15 gün sonra rəhbərlik məni məzuniyyətdən geri çağırdı. Bu barədə qanunvericiliyi izah etməyinizi xahiş edirəm.
Elman ŞÜKÜROV, Bakı şəhəri.

- İşçilərin işəgötürənin təşəbbüsü ilə məzuniyyətdən geri çağırılması çox yayılmış hallardan biridir. İşçilərin məzuniyyətdən geri çağırılması həm işəgötürənin, həm də işçinin təşəbbüsü ilə həyata keçirilə bilər. İşəgötürənin təşəbbüsü ilə işçilər əmək məzuniyyətindən yalnız müstəsna hallarda - istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda məzuniyyətdən geri çağırıla bilərlər. Yarana biləcək əmək mübahisələrinin qarşısını almaq məqsədi ilə işəgötürən işçini əmək məzuniyyətindən geri çağırdıqda işçi buna yazılı razılığını bildirməlidir.
İşçinin məzuniyyətdən geri çağırılması üçün işəgötürən əmr (sərəncam, qərar) verməlidir. İşçi əmək məzuniyyəti dövründə məzuniyyətdən geri qayıtmaq istəmirsə, o, işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilə bilməz.


< 1 2 3 4 5 6 7

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.