Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

ADVOKAT

10.02.08 - 16:151462 baxılıb

- Orta əməkhaqqı hesablanarkən hansı ödənişlər nəzərə alınır?
Üzeyir CƏFƏROV,
Bakı şəhəri.

- Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin" Siyahısına əsasən, orta əməkhaqqı hesablanarkən aşağıdakı ödənclər nəzərə alınır:


- Hörmətli redaksiya! "Hamiləliyə və doğuma görə məzuniyyətin ödənilməsinin yeni qaydaları haqqında" ətraflı məlumat verməyinizi xahiş edirəm.

05.02.08 - 15:571495 baxılıb

P.T.MEHDİYEV,
Xanlar Rayon Telekommunikasiya Qovşağı Həmkarlar İttifaqı Komitəsinin sədri


ADVOKAT

05.02.08 - 15:361195 baxılıb

- Zaminlik müqaviləsi nə deməkdir?

Əşrəf HÜSEYNOV,
Gəncə şəhəri.

- Mülki Məcəllənin 470, 471 və 473 maddələrinə əsasən:
Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etmək üçün məsuliyyəti öz üzərinə götürür.
Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zaminin borcluya göstərdiyi xidmətlər üçün muzd almaq hüququ vardır.


Advokat

25.01.08 - 19:091495 baxılıb

Hüquq məsləhətxanasi


HÜQUQ MƏSLƏHƏTXANASI

19.01.08 - 10:531275 baxılıb

- İşçinin tam maddi məsuliyyət daşıdığı hallar barədə məlumat verməyinizi xahiş edirəm.
Əfqan MURADOV, Bakı şəhəri.

- İşçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır:
a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanılarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;


HÜQUQ MƏSLƏHƏTXANASI

12.01.08 - 9:001403 baxılıb

- Hansı hallarda mülki işlərə hakim tərəfindən təkbaşına, hansı hallarda kollegial tərkibdə baxılır?
Qalib MURADOV, Bakı şəhəri.

- Qüvvədə olan Mülki-Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən, mülki işlərə və iqtisadi mübahisələrə birinci instansiya məhkəmələrində hakim tərəfindən təkbaşına baxılır. Apelyasiya qaydasında işlərə sədrlik edənin və digər iki hakimin, kasasiya qaydasında isə sədrlik edənin, iki və ya daha çox hakimin iştirakı ilə baxılır.


HÜQUQ MƏSLƏHƏTXANASI

29.12.07 - 9:001789 baxılıb

- Əmək müqaviləsinin bağlanmaması hansı hüquqi nəticələrə səbəb ola bilər?
Mirzə HÜSEYNOV, Sumqayıt şəhəri.

- İşəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanmaması daha çox işçinin mənafeyinə ziyandır və aşağıdakı nəticələrə səbəb ola bilər:
1. İşçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənədin - əmək kitabçasının açılmaması və verilməməsi ilə nəticələnə bilər. İşəgötürən əmək müqaviləsi bağlamadıqda yerinə yetirilən işləri, əmək münasibətlərini - müvəqqəti, mövsümi iş hesab edə bilər. Bu halda isə işçinin həm iş stajının olmaması və ya az olması, həm də bu stajı təsdiq edən əmək kitabçasının olmaması ilə nəticələnə bilər.


HÜQUQ MƏSLƏHƏTXANASI

15.12.07 - 9:001875 baxılıb

- 70-80-ci illərdə rayon partiya komitəsində şöbə müdiri işləmişəm. 7 il 5 ay bu vəzifədə işlədikdən sonra həmkarlar ittifaqı rayon komitəsinin sədri seçilmişəm və 12 il də həmin vəzifədə çalışmışam. Eşitdiyimə görə, seçkili vəzifəyə gedən şəxs əvvəlki vəzifənin imtiyazlarını özündə saxlayır. Mənə yalnız raykomda işlədiyim 7 il üçün dövlət qulluqçusu təqaüdü verirlər. Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm.
Əhməd RÜSTƏMOV, Xaçmaz rayonu.

- "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Qanuna əsasən, dövlət qulluğunda 5 il çalışmış dövlət qulluqçusu pensiya yaşına çatdıqda və ya əlil olduqda pensiya almaq hüququ vardır. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir:
1. "Dövlət qulluğu haqqında" Qanun qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı;


HÜQUQ MƏSLƏHƏTXANASI

08.12.07 - 9:002259 baxılıb

- Sosial Müdafiə Fondu üçün bizdən hər ay, yoxsa ildə bir dəfə pul tutulmalıdır? Hansı sosial sığorta hadisəsinə görə fondun vəsaitindən istifadə olunur?
X.NƏSİROV, Lerik rayonu.

- Əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, o cümlədən fərdi qaydada sahibkarlıqla məşğul olanlar Dövlət Sosial Müdafiə Fondu orqanlarına məcburi dövlət sosial sığorta haqlarını ödəməlidirlər. DSMF-in büdcəsi iki qaynaqdan - müəssisə və qurumların, eləcə də vətəndaşların ödədikləri sosial sığorta haqlarından və dövlət büdcəsindən ayrılan transfertlərdən yaranır.


HÜQUQ MƏSLƏHƏTXANASI

01.12.07 - 9:001455 baxılıb

- Məşğulluğun təmin edilməsində işəgötürənlər hansı qaydada iştirak edirlər?
Elmin MƏMMƏDZADƏ, Bakı şəhəri.

- "Məşğulluq haqqında" AR Qanununun 17-ci maddəsinə əsasən:
İşəgötürənlər dövlət məşğulluq siyasətinin həyata keçirilməsinə aşağıdakı əsaslarla köməklik göstərirlər:
-Qanunvericiliyə uyğun olaraq əmək münasibətlərini tənzimləyən əmək müqavilələrinin şərtlərinə əməl edilməsi;
-istehsalatın dayandırılması və ya işçilərin sərbəstləşdirilməsi təqdirində onların müdafiəsi üçün kollektv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;
-işçilərin peşə hazırlığı, yenidən hazırlanması və ixtisasın artırılması üçün şərait yaradılması;


HÜQUQ MƏSLƏHƏTXANASI

24.11.07 - 9:001417 baxılıb

- Hansı hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır?
Nicat QAFAROV, Gəncə şəhəri.

- İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərə vurulmuş xəsarət-əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.
İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərə vurulmuş xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər.


HÜQUQ MƏSLƏHƏTXANASI

17.11.07 - 9:001425 baxılıb

- Hansı məsələlər ümumxalq səsverməsi-referendium yolu ilə həll edilən məsələlərdir?
Nazlı İMANOVA, Bakı şəhəri.

- 1995-ci il 12 noyabr tarixli Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinə əsasən:
1. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendium vasitəsilə həll edə bilər.
2. Aşağıdakı məsələlər yalnız referendum vasitəsilə həll oluna bilər:
- Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi.


HÜQUQ MƏSLƏHƏTXANASI

10.11.07 - 9:002143 baxılıb

- Mənzilləri özəlləşdirmək üçün vətəndaşlardan hansı sənədləri təqdim etmək tələb olunur?
Xanım TALIBOVA, Bakı şəhəri, Mehdiabad qəsəbəsi.

- Mənzili özəlləşdirmək üçün vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Yaşadığı mənzilin özəlləşdirilməsi barədə müvafiq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti orqanına ərizə.
2. Mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış.


HÜQUQ MƏSLƏHƏTXANASI

03.11.07 - 9:001014 baxılıb

- Kimlər sosial sığortanın iştirakçıları hesab olunurlar?
Samirə ƏHMƏDOVA, Bakı şəhəri.

- Sosial sığortanın iştirakçıları sığortaçı, sığorta edənlər və sığorta olunanlardır.
Sığortaçı-Azərbaycan Respublikası qanunveripciliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir.
Sığortaedənlər-Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün işəgötürənlər, habelə özünü və ya başqasını sosial sığorta edən şəxslərdir.


HÜQUQ MƏSLƏHƏTXANASI

27.10.07 - 9:001182 baxılıb

- Anlaqsızlıq barədə məlumat verməyinizi xahiş edirəm.
İlham MUSTAFAYEV, Bakı şəhəri.

- Anlaqsız şəxslər ictimai təhlükəli əməli (hərəkət və hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş yəni xroniki psixi xəstəlik, psixi fəaliyyəti pozulmuş, kəmağıllılıq və s. psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxslərdir və onlar cinayət məsuliyyətinə cəlb edilmirlər.


HÜQUQ MƏSLƏHƏTXANASI

20.10.07 - 9:001443 baxılıb

- Hörmətli redaksiya! Xahiş edirəm ekoloji sığorta haqqında məlumat verəsiniz.
Saleh MƏMMƏDOV, Bakı şəhəri.

- Ekoloji sığorta haqqında qanunvericilik İcbari ekoloji sığorta haqqında AR qanunundan, AR Mülki Məcəlləsindən, "Sığorta haqqında", Ətraf Mühitin Mühafizəsi haqqında", "Texniki təhlükəsizlik haqqında" AR qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
Ekoloji sığorta haqqında AR qanunu ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı əhalinin həyatına və sağlamlığına, əmlaka və ətraf mühitə vurulan zərərə görə mülki məsuliyyətin icbari sığortalanması şərtlərini və qaydalarını müəyyən edir, hüquqi və fiziki şəxslərin, habelə dövlətin və bələdiyyələrin əmlak mənafelərinin qorunmasına təminat verir.


HÜQUQ MƏSLƏHƏTXANASI

06.10.07 - 9:00996 baxılıb

- Fərdi əmək mübahisələrinin həlli üçün iddia müddətləri barədə məlumat verməyinizi xahiş edirəm.
Samir NƏCƏFOV, Bakı şəhəri.

- Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrin həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmış fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Yuxarıda göstərilən haldan başqa digər qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən, 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.


HÜQUQ MƏSLƏHƏTXANASI

22.09.07 - 9:001527 baxılıb

- Hörmətli redaksiya! İşçinin işdən azad olma səlahiyyətinin hansı vəzifəli şəxslərə malik olması barədə məlumat verəsiniz.
Pərviz SULTANOV, Mingəçevir şəhəri.

- İşçilərə intizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. İşçilərə intizam tənbehinin verilməsi müəssisələrin nizamnaməsi (əsasnaməsi) ilə tənzimlənir. Əgər müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini müvafiq əmrlə (sərəncamla, qərarla) özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər.


HÜQUQ MƏSLƏHƏTXANASI

15.09.07 - 9:001486 baxılıb

- Əlilliyə görə əmək pensiyası və onun məbləği barədə məlumat verməyinizi xahiş edirəm.
Pərvanə QULİYEVA, Astara rayonu.

- Əlilliyə görə əmək pensiyasının təyin edilməsi “Əmək pensiyaları haqqında” AR Qanununun 11 - 13 cü maddələri ilə tənzimlənir. Qanunun bu maddələrinə əsasən:
Əlilliyə görə əmək pensiyası sığorta olunan xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur.
Müddətli həqiqi hərbi (alternativ) xidmətdən olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə əlili hesab edilirlər.


HÜQUQ MƏSLƏHƏTXANASI

14.07.07 - 9:001487 baxılıb

- Amnistiya barədə məlumat verməyinizi xahiş edirəm.
Arzu İSMAYILOVA, Gəncə şəhəri.

- Cinayət Məcəlləsinin 81 -ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilən aktdır.
Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.


< 1 2 3 4 5 ... 7 8 9 10 11 >

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.