Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
...və xanımı Mehriban Əliyeva yanvarın 12-də Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olmuşlar. Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi layihəsinin icrası ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Burada müasir standartlara cavab verən 8 zolaqdan ibarət yüksək səviyyəli yolun inşa olunduğu bildirildi. Piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol boyu piyada keçidləri də inşa olunacaqdır. Dövlətimizin başçısına yeni salınan bulvarda aparılan işlər barədə də məlumat verildi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış oldular. Görülən işlər barədə Prezidentə məlumat verildi. Dövlətimizin başçısı və xanımı ərazidə inşa olunan yeni İdman-Konsert Kompleksinin tikintisinə də baxdılar. İnşaat işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı icraçılara müvafiq tapşırıqlarını verdi.
* * * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Ölkə başçısı iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nəticələr verdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artdığını dedi. Son illər Koreya şirkətlərinin Azərbaycan üçün vacib olan layihələrdə iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bu əməkdaşlığın daha da genişləndirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırdı.
Xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeşlik və Vətənə sədaqətinin rəmzi olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi səmimi-qəlbdən salamlayıram. Ümummilli liderimiz Heydər Əliyevin 20 il əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən bu əziz bayram dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır. Həmvətənlərimizin milli birliyinə xüsusi əhəmiyyət verən Azərbaycan hökuməti diaspor quruculuğu işini daim diqqət mərkəzində saxlayır. Bu ilin yayında Bakıda Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi yolunda yeni mərhələnin başlanğıcını qoydu. Qurultayda diaspor qurumlarının fəaliyyəti qiymətləndirildi, soydaşlarımızın mütəşəkkilliyinin və təşkilati çevikliyinin artırılmasına təkan verən mühüm qərarlar qəbul olundu. Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının gündən-günə güclənməsi olduqca fərəhləndirici haldır. İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında getdikcə öz mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə sanballı töhfələr verirlər. Bu ilin yazında keçirilmiş nüfuzlu beynəlxalq mədəniyyət yarışmasında - "Eurovision - 2011" mahnı müsabiqəsində təmsilçilərimizin qazandığı qələbədə Avropa ölkələrində yaşayan soydaşlarımızın da payı olmuşdur. Ümidvaram ki, diaspor təşkilatlarımız bundan sonra da əldə edilən nailiyyətlərlə kifayətlənməyəcək, Diasporla İş üzrə Dövlət Komitəsi və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizlə əməkdaşlığı gücləndirəcək, yeni çağırışlara daha mütəşəkkil və təsirli cavab verəcəklər.
Əziz həmvətənlər!
Biz bu il dövlət müstəqilliyimizin 20 illiyini geniş qeyd etdik. Azərbaycanın 20 il ərzində nail olduğu uğurlar vətəndaşlarımızın əməksevərliyini, yüksək intellektual qabiliyyətini və qurub-yaratmaq əzmini bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Müstəqilliyin ilk illərində ölkəni bürümüş böhranlı vəziyyət, xalqımızın düçar olduğu çətinlik və məhrumiyyətlər indi arxada qalmış, yoxsulluq və işsizliyin səviyyəsi minimuma enmişdir. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Bu il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə qələbə qazanmış Azərbaycanı 155 dövlətin dəstəkləməsi dünya birliyinin ölkəmizə olan hörmət və inamının parlaq təzahürüdür. Müasir dövrdə dünyada gedən proseslərin axarı sürətlə dəyişir. Qlobal, regional və lokal səviyyələrdə meydana çıxan problemlər, təhlükəli meyillər ağır iqtisadi böhranlara və sosial təlatümlərə yol açır, beynəlxalq əlaqələrə güclü təsir göstərir. Belə şəraitdə qazandığımız nailiyyətlərin möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda imzalanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında Prezident Sərəncamı məhz həmin sahədə perspektiv vəzifələrin və onların həlli yollarının aydın müəyyən olunmasına yönəlib. Azərbaycan dövlətinin gücü, xalqımızın yaradıcı potensialı müəyyənləşdirdiyimiz yeni məqsədlərə çatacağımıza əminlik yaradır. Lakin hələ də qarşımızda həllini tapmayan vəzifə - Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz doğma ocağına dönməsinin təmin edilməsi dayanır. Şübhə etmirəm ki, biz tezliklə bu çətin problemin də öhdəsindən gələcək, dünyanın gözü qarşısında törədilən işğala və haqsızlığa son qoyacağıq. Əziz bacı və qardaşlar! Qələbəyə, ədalətin təntənəsinə gedən yolu qısaltmağın vacib şərtlərindən biri də bizim birliyimiz və həmrəyliyimizdir. Ona görə də bütün azərbaycanlıları daha sıx birliyə, dünyada yaşayan soydaşlarımızın milli və vətəndaş haqlarının müdafiəsi, müstəqil dövlətimizin mənafelərinin ardıcıl qorunması və beynəlxalq nüfuzunun artırılması işinə bundan sonra da öz töhfələrini verməyə çağırıram. Bu sevimli bayram münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət, işlərinizdə uğurlar arzulayıram!
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 dekabr 2011-ci il.
… dekabrın 9-da sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda yazılır ki, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın. … dekabrın 10-da kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
dekabrın 12-də
…Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, önünə əklil qoymuş, eyni zamanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoymuşdur. …ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzeri qəbul etmişdir.
Azərbaycan Respublikası Prezidenti təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda göstərilir ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
* * *
Azərbaycan Respublikası Prezidenti səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda yazılır ki, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
* * *
Azərbaycan Respublikası Prezidenti mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda yazılır ki, dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
* * * Azərbaycan Respublikası Prezidenti dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyilir ki, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
…Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimində iştirak etmişdir. …Türkiyə Respublikası İzmir vilayətinin valisi Mustafa Cahit Kıracın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul etmişdir.
noyabrın 29-da
…Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunun etimadnaməsini qəbul etmişdir.
noyabrın 30-da
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradkeni (ABŞ), Fransadan olan sabiq həmsədr Bernar Fasyeni və yeni həmsədr Jak Foru, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir. …Rusiya Federasiyasının Həştərxan şəhərinin meri Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paula Antonio Pereire Pintonun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
dekabrın 01-də
…Qana Respublikasının ölkəmizdəki səfiri Set Korantenqin, Əlcəzair Xalq Demokratik Respublikasının səfiri Mouloud Hamainin, Portuqaliya Respublikasının səfiri xanım Luisa Bastos de Almeidanın, Banqladeş Xalq Respublikasının səfiri Zulfiqur Rəhmanın, Həbəşistan Federativ Demokratik Respublikasının səfiri Mulato Teşomenin, Danimarka Krallığının səfiri Ruben Madsenin və Vyetnam Sosialist Respublikasının səfiri Fam Suan Şonun etimadnamələrini qəbul etmişdir. …Rusiya Federasiyası "VTB" bankının prezidenti, idarə heyətinin sədri Andrey Kostini qəbul etmişdir.
dekabrın 02-də
…Xorvatiyanın Azərbaycandakı səfiri Drajen Hrastiçin və İsveç Krallığının ölkəmizdəki səfiri Mikael Erikssonun etimadnamələrini qəbul etmişdir.
…ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Rey Mabusu, həmçinin Türkiyə Respublikasının Böyük Millət Məclisinin beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Boskrın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
noyabrın 22-də
…"BakuTel-2011" 17-ci Beynəlxalq sərgi və konfransının iştirakçılarını bu möhtəşəm tədbirin keçirilməsi münasibətilə təbrik etmişdir. …Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın həmsədri, İtoçi korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşini qəbul etmişdir.
noyabrın 23-də
…və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının açılışında iştirak etmişlər. …Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının Bakıda keçirilən X yubiley Nazirlər Konfransının iştirakçılarını qəbul etmişdir. …Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kuradonun başçılıq etdiyi nümayəndə heyətini, Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Tureni, həmçinin BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubişi qəbul etmişdir.
noyabrın 24-də
…Bakı dəmiryolu stansiyasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə tanış olmuşdur. …və xanımı Mehriban Əliyeva Bakının "Nizami" kinoteatrı binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişlər. …NATO baş katibinin müavini Hüseyn Diriözü qəbul etmişdir.
…ölkəmizə rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Georgi Pirvanovla təkbətək görüşmüşdür. …və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pirvanov nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparmışlar. …və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pirvanov Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimində iştirak və çıxış etmişlər. …Bolqarıstan Respublikasının Prezidenti Georgi Pirvanovu Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə və verdiyi töhfələrə görə Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif etmişdir. …apardığı fəaliyyətə minnətdarlıq əlaməti olaraq Bolqarıstanın ali mükafatına-"Stara Planina" ordeni ilə təltif edilmişdir. …və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pirvanov mətbuata bəyanatla çıxış etmişlər. …Onun adından ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Georgi Pirvanovun şərəfinə verilmiş rəsmi ziyafətdə iştirak etmişdir. …İsveçrə Konfederasiyasının enerji, ətraf mühit, rabitə və nəqliyyat naziri xanım Doris Loytardı, Latviya Respublikasının iqtisadiyyat naziri Daniels Pavlutsu qəbul etmişdir.
noyabrın 15-də
…Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonu, ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarı, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini və Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
noyabrın 16-da
…Oğuz rayonuna gəlmiş, şəhər mədəniyyət və istirahət parkının, rayon məhkəməsinin inzibati binasının, Qəhrəmanlar parkının qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsinin və digər obyektlərin açılışı mərasimlərində iştirak etmişdir. …"Euronews" kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Pitersi qəbul etmişdir. …Qax rayonuna gəlmiş, burada bir sıra sosial obyektlərin açılışı, həmçinin Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimlərində iştirak etmişdir.
noyabrın 17-də
…avtovağzal kompleksinin və Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının yeni inzibati binasının açılışı mərasimlərində iştirak etmişdir. …Şəki rayonuna gəlmiş, burada da bir sıra sosial obyektlərin açılışında, eyni zamanda "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri və Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olmuşdur.
…Koreyanın SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
noyabrın 01-də
…Respublika Uşaq Klinik Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmiş və müalicə ocağında görülmüş işlərlə tanış olmuşdur. …Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. …Dənizkənarı Milli Parkda Kiçik Venesiya şəhərciyi adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının inşası və Yeni Bulvar ərazisində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. …Türkiyə Respublikasının ədliyyə naziri Sabullah Erginin başçılıq etdiyi nümayəndə heyətini və Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul etmişdir.
noyabrın 02-də
… Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Liino Baranaonu qəbul etmişdir. … Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salim Xalifa Mohamed əl-Ğaflinin etimadnaməsini qəbul etmişdir.
noyabrın 03-də
...Münhen Təhlükəsizlik Konfransının sədri Volfanq İşingeri qəbul etmişdir.
…və xanımı Mehriban Əliyeva Bakıda, "Gülüstan" sarayında işə başlamış "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak etmişlər. …və xanımı Mehriban Əliyeva "Buta" sarayında Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə verilmiş rəsmi ziyafətdə iştirak etmişlər. …Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini, Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəli, Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri, Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir. …və Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva UNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşlər.
oktyabrın 11-də
…ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevaylı qəbul etmişdir. …Əl-Cəzirə Televiziya kanalının müxbiri Devid Frosta müsahibə vermişdir.
oktyabrın 12-də
…ölkəmizdə rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerlə təkbətək görüşmüşdür. …və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Azərbaycan - Avstriya sənədlərinin imzalanması mərasimində iştirak etmişlər. …və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer mətbuat konfransı kesirmiş, bəyanatlarla çıxış etmişlər. …və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Azərbaycan - Avstriya biznes forumunda iştirak etmişlər. …və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Bakının mərkəzində dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən olan Volfqanq Amadeus Motsartın xatirəsinə ucaldılmış abidənin açılış mərasimində iştirak etmişlər. …və xanımı Mehriban Əliyeva Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişeri və xanımı Margit Fişeri Heydər Əliyev Fondunda qarşıladılar.
oktyabrın 13-də
…Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanın etimadnaməsini qəbul etmişdir. …ABŞ Atlantik Şurasının prezidenti Frederik Kempin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… və xanımı Mehriban Əliyeva Bakının mərkəzində yerləşən "Hilton Baku" otel kompleksinin açılış mərasimində iştirak etmişlər. … Türkiyə Respublikasının ailə və sosial siyasət naziri xanım Fatima Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni qəbul etmişdir.
oktyabrın 04-də
… Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində avtomobillərin və piyadaların daha sıx olduğu Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 12-ci kilometrliyində yeni inşa olunmuş yeraltı piyada keçidinin və Zuğulbaya gedən magistralda üç səviyyəli Mərdəkan yol qovşağının açılışında iştirak etmişdir. … Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı çərçivəsində paytaxtın Ziya Bünyadov prospektində tikintisi davam etdirilən müxtəlif səviyyəli yol qovşaqları və avtomobil yollarının sxemi ilə tanış olmuşdur. … Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərlə tanış olmuşdur. … Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
oktyabrın 05-də
… İnterpolun baş katibi Ronald Noblu qəbul etmişdir.
oktyabrın 06-da
… Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 14-cü iclasının iştirakçılarını qəbul etmişdir.
oktyabrın 07-də
… ölkəmizdə rəsmi səfərdə olan Fransa Prezidenti Nikola Sarkozi ilə təkbətək görüşmüşdür. ...və Fransa Prezidenti Nikola Sarkozi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olunma mərasimində iştirak etmişlər.
(sentyabrın 25-də) … Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini qəbul etmişdir. …Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak etmişdir.
(sentyabrın 26-da) … ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
(sentyabrın 27-də) … Bakı Sərgi Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycan 20 ildə" adlı milli sərginin açılışında iştirak etmişdir. … ABŞ-ın Harvard Universitetinin professoru, Nobel mükafatçısı Erik Maskini, Norveçin Karneqi-Melon Universitetinin professoru, Nobel mükafatçısı Finn Erlinq Kidlandı və London İqtisadiyyat Məktəbinin kafedra müdiri və proqram direktoru, Nobel mükafatçısı Kristofer Antoniu Pissaridesi qəbul etmişdir.
(sentyabrın 28-də) … Böyük Britaniya və Şimali İrlandiya Krallığının energetika üzrə dövlət naziri Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Polşa Respublikasına işgüzar səfərə gəlmişdir.
(sentyabrın 29-da) … Polşaya işgüzar səfəri zamanı Moldovanın Baş naziri Vladimir Filat, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, ATƏT-in Mins Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Ketrin Eşton ilə görüşmüşdür. … Varşavada "Şərq tərəfdaşlığı" sammitində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri üçün verilmiş işçi şam yeməyində iştirak etmişdir.
(sentyabrın 30-da) … Polşanın paytaxtı Varşavada öz işinə başlamış Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitində iştirak etmişdir.
…Bakının mərkəzində xalqımızın görkəmli bəstəkarı, SSRİ-nin və Azərbaycanın Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etmişdir. …Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin yenidənqurmadan sonra açılışında iştirak etmiş, görülmüş işləri yüksək qiymətləndirərək, kollektivə uğurlar arşılamışdır.
sentyabrın 21-də
…Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən "Şimal" elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak etmiş, tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir. …Bolqarıstan Respublikasının iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul etmişdir. …Avropa Şurası Parlament Assambleyasının demokrat qrupunun sədri Robert Volteri qəbul etmişdir.
sentyabrın 23-də
…Bakıda, "Gülüstan" sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbirinin açılış mərasimində iştirak və çıxış etmişdir. …Xaçmaz rayonuna səfərə gəlmişdir. …Xaçmaz rayonuna səfəri çərçivəsində yenidənqurma işlərindən sonra Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
(sentyabrın 12-də) … Bakıda, "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının açılış mərasimində iştirak və çıxış etmişdir. … Dünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqarit Çanı qəbul etmişdir. … Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Yoşka Fişeri qəbul etmişdir. … Fransanın nəqliyyat üzrə dövlət katibi Tierri Marianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
(sentyabrın 13-də) … Qobustan rayonuna gəlmiş, Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak etmişdir. … Qobustan rayonuna səfəri çərçivəsində müasir taxıl anbarı kompleksi və "Kafur-pas" MMC-nin tinglik mərkəzi ilə tanış olmuşdur. … Şamaxı rayonuna gəlmiş, Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri, həmçinin Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur. … Şamaxının Sabir qəsəbəsində böyük şairin abidəsinin açılışında iştirak etmişdir. … Şamaxıda "Şirvan" mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. … Şamaxıda Vergilər Nazirliyinin yeni Tədris Mərkəzinin açılışında iştirak etmişdir. … Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
(sentyabrın 14-də) … Bakının Sabunçu, Nizami, Suraxanı, Nəsimi və Qaradağ rayonlarında orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. … Monteneqronun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ramo Braliçin etimadnaməsini qəbul etmişdir.
(sentyabrın 15-də) … Bilik Günündə Bakının Səbayel rayonundakı 6 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
(sentyabrın 16-da) … ölkəmizdə səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviçlə təkbətək görüşmüş, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparmışlar. … və Filip Vuyanoviç Azərbaycan - Monteneqro sənədlərinin imzalanması mərasimində iştirak etmişlər. …və Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış etmişlər.
…Bakının Binəqədi qəsəbəsindəki 179 nömrəli orta məktəbin binasında və qəsəbədaxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. …Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
sentyabrın 06-da
…Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında Sərəncam imzalamışdır.
sentyabrın 07-də
…və xanımı Mehriban Əliyeva Xəzər rayonundakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində aparılan tikinti-quruculuq işləri ilə tanış olmuş, Əntiq Əşyalar Muzeyinin açılışında iştirak etmişlər. …və xanımı Mehriban Əliyeva Xəzər rayonunun Qala qəsəbəsindəki 92 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ümumi vəziyyəti ilə tanış olmuşlar. …Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
sentyabrın 08-də
…"Bakı" futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir. …Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalamışdır. …Abşeron rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimində iştirak etmişdir. …Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu qəbul etmişdir.
(avqustun 15-də) …Siyəzən rayonuna gəlmiş, şəhərin mərkəzində salınmış Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, parkda inşa olunmuş Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmişdir. …Mərkəzlə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. …Siyəzən Uşaq İncəsənət Məktəbinin yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etmişdir. …respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Şabran rayonunda olmuş, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur. …Şabran Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir. …Şabran rayonunda inşa olunmuş Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. …əsaslı şəkildə yenidən qurulan və təmir edilən Şabran Mədəniyyət Sarayı ilə tanış olmuşdur. …Şabran Mədəniyyət Sarayı ilə tanışlıqdan sonra yaxınlıqdakı Məmmədağa Nəzirov adına mədəniyyət və istirahət parkında olmuşdur. …Şabran Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir. …Şabran Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. …Şabran rayonunda 10,7 kilometrlik birinci mərhələsi istismara verilən Vəlvələçay-Taxtakörpü kanalı ilə tanış olmuşdur. …Taxtakörpü Su Anbarının su elektrik stansiyası ilə birlikdə inşa edildiyi ərazidə olmuşdur.
(avqustun 16-da) …Bakının Səbayel rayonundakı 189 və Yasamal rayonundakı 150 nömrəli orta ümumtəhsil məktəblərinin binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
(avqustun 17-də) …şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün Xəzər rayonunun Şağan qəsəbəsində olmuş, qəsəbə sakinləri ilə görüşmüşdür.
(avqustun 08-də) …Bakının Yasamal rayonundakı 225 nömrəli və Nəsimi rayonunun ərazisində yerləşən 35 nömrəli orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
(avqustun 09-da) …Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …Soçidə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevlə görüşmüşdür. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
(avqustun 10-da) …müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir. …Dominika Birliyinin Baş naziri Ruzvelt Skerritin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
(iyulun 25-də) …ölkəmizə rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Bronislav Komorovskini qarşılamışdır. …rəsmi qarşılanma mərasimindən sonra Polşa Respulikasının Prezidenti ilə təkbətək görüşmüş, sonra nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparmışlar. …və Prezident Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olmuşdur. …və Bronislav Komorovski Azərbaycan - Polşa sənədlərinin imzalanması mərasimindən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Polşa Prezidenti Bronislav Komorovski əvvəlcə bəyanatlarla çıxış etmişlər. …və Polşa Prezidenti Bronislav Komorovskinin iştirakı ilə Bakı Biznes Mərkəzində Azərbaycan - Polşa biznes forumu keçirilmişdir. …və Polşa Prezidenti Bronislav Komorovski biznes forumu başa çatdıqdan sonra Dənizkənarı milli parkda gəzintiyə çıxan bir qrup polşalı tələbə ilə görüşmüşlər. …və Polşa Respublikasının Prezidenti Bronislav Komorovski Heydər Əliyev Fondunda olmuşlar. …onun adından ölkəmizdə rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin şərəfinə verilmiş rəsmi ziyafətdə iştirak etmişdir. …Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir.
(iyulun 26-da) …Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolae Urekeni qəbul etmişdir. …Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Nikolae Urekenin "Dostluq" ordeninə layiq görüldüyünü bildirmiş və yüksək mükafatı diplomata təqdim etmişdir.
(iyulun 27-də) …ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı qarşılamışdır. Rəsmi qarşılanma mərasimindən sonra Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşmüş, sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparmışlar. …və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olmuşdur. …və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanatlarla çıxış etmişlər. …ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın şərəfinə verilmiş rəsmi ziyafətdə iştirak etmişdir.
…Rusiya Federasiyasının daxili işlər naziri Raşid Nurqaliyevi qəbul etmişdir.
iyunun 28-də
…ölkəmizə rəsmi səfərə gələn Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası qarşılamışdır. …rəsmi qarşılanma mərasimindən sonra Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla təkbətək görüşmüş, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparmışlar. …və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra mətbuata bəyanatlarla çıxış etmişlər. …Onun adından ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın şərəfinə verilmiş rəsmi ziyafətdə iştirak etmişdir. …Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Əbdul Həmidi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
iyunun 29-da
…və xanımı Mehriban Əliyeva Bakının 7-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin növbəti - "Dərnəgül" stansiyasının açılış mərasimində iştirak etmişlər. …və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılışında iştirak etmişlər. …Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. …və xanımı Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası Heydər Əliyev Fondunda qarşılamışlar.
(mayın 23-də) …İran İslam Respublikası xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybanini qəbul etmişdir. …Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Suleymenevu qəbul etmişdir.
(mayın 24-də) …Bakıətrafı kənd və qəsəbələrdə abadlıq və quruculuq işlərinə dair verdiyi tapşırıqların icrası ilə tanışlıq üçün paytaxtın Şüvəlan və Sabunçu qəsəbələrində olmuşdur.
(mayın 25-də) …Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Əsəd Alamı qəbul etmişdir.
(mayın 26-da) …Britaniya-Azərbaycan parlament qrupunun sədri, Konservativ Partiyasının, "Cities of London and estminster" ərazisindən Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin üzvü Mark Fieldin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçin etimadnaməsini qəbul etmişdir. …metronun "Nizami" stansiyasının qarşısındakı Zivər bəy Əhmədbəyov parkının açılış mərasimində iştirak etmişdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.