Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2008-2009-cu illər üçün BAŞ KOLLEKTİV SAZİŞ
Azərbayjan Respublikasının Nazirlər Kabineti, Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbayjan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (bundan sonra-Tərəflər) ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə 2008-2009-ju illər üçün razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayırlar. Tərəflər göstərilən müddətdə işçilərin əmək hüquqlarını, onların və ailələrinin həyat səviyyəsinin yüksəldilməsini, milli iqtisadiyyatın səmərəliliyinin və Ümumi Daxili Məhsulun həjminin dinamik artırılması sayəsində yoxsulluğun və işsizliyin azaldılmasını təmin edən sosial-iqtisadi siyasətin həyata keçirilməsini Sazişin prioritet məqsədi hesab edirlər. Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlərin vasitəsilə tənzimlənməsinə çalışajaqlarını və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəjəklərini bəyan edirlər.
1. İqtisadi siyasət sahəsində
1.1. Tərəflər hesab edirlər ki, Saziş bağlanılan müddətdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadiyyatın strukturunun innovasiyalı yeniləşməsinə, onun rəqabət qabiliyyətinin artırılmasına və dinamik inkişafını təmin edən şəraitin yaradılmasına yönəldilməlidir. Bu məqsədlə Tərəflər aşağıdakı tədbirləri həyata keçirməyi öhdələrinə götürürlər: 1.1.1. azad rəqabət aparılması üçün şərait yaradılmasına, istehsalın həjminin artırılmasına, işçilərin sosial təminatlarının təmin edilməsinə istiqamətləndirilən sosial-iqtisadi inkişaf proqramlarının hazırlanıb həyata keçirilməsi üzrə birgə iş aparmaq; 1.1.2. ölkədə investisiya mühitinin yaxşılaşdırılmasını təmin edən tədbirləri həyata keçirmək; 1.1.3. ölkədə istehsal olunmayan avadanlıqlara, qurğulara və digər mallara tətbiq olunan gömrük rüsumlarının azaldılması hesabına müəssisələrin, təşkilatların texniki jəhətdən yenidən qurulmasına dəstək vermək; 1.1.4. əməyin məhsuldarlığının artırılmasına yönəldilən tədbirləri stimullaşdırmaq; 1.1.5. bazar iqtisadiyyatı şəraitində istehsalın həjminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlığa yardımı daha da güjləndirmək, kiçik və orta sahibkarlığa dövlət köməyi üzrə 2008-2013-jü illər üçün proqramın qəbul edilməsinə nail olmaq; 1.1.6. prioritet sahələrdə bilavasitə istehsalçıların vergi yükünün yüngülləşdirilməsi, sahibkarlığın inkişafı, investisiya fəaliyyətinin yüksəlməsi məqsədi ilə vergi qanunverijiliyinin təkmilləşdirilməsini davam etdirmək; 1.1.7. ölkənin ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı istehsalının səmərəliliyinin əhəmiyyətli dərəjədə artırılmasını təmin etmək; 1.1.8. ölkə gənjlərinin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün göstərilən yardımı güjləndirmək; 1.1.9. ölkənin Ümumdünya Tijarət Təşkilatına daxil olması şərtləri və danışıqların gedişi haqqında üçtərəfli məsləhətləşmələr aparmaq; 1.1.10. əhali üçün malların istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların şəbəkəsinin inkişafı sahəsində yerli idarəetmə orqanlarının imkanlarının güjləndirilməsini dəstəkləmək; 1.1.11. təbii inhisarçıların xidmətlərinə və məhsullarına olan qiymətlərin dövlət tərəfindən tənzimlənməsini jiddi nəzarət altında saxlamaq; 1.1.12. regionların inkişafı, yeni iş yerlərinin yaradılması məqsədi ilə hər bir rayon (şəhər) üzrə əmək və təbii resursları, iqtisadi vəziyyəti və infrastrukturu əks etdirən məlumat bankları yaratmaq; 1.1.13. ölkədə antiinflyasiya tədbirlərinin güjləndirilməsi istiqamətində birgə iş aparmaq; 1.1.14. istehlak bazarında qiymətlərin artmasına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsinin qarşısını almaq üçün tərəflərin iştirakı ilə birgə monitorinq keçirilməsi və nətijəsi barədə ijtimaiyyətə məlumat verilməsini təmin etmək; 1.1.15. ipoteka krediti sisteminin səmərəliliyinin artırılması, xüsusilə də gənjlər üçün fasiləsiz fəaliyyət göstərməsi üzrə işləri davam etdirmək; 1.1.16. Azərbayjan Respublikası Rəqabət Məjəlləsinin qəbul edilməsinə nail olmaq; 1.1.17. transmilli şirkətlərin, xariji sərmayə ilə işləyən və müştərək müəssisələrin fəaliyyətlərinin milli siyasətə və işçilərin maraqlarına uyğunluğunun təmin edilməsi istiqamətində birgə iş aparmaq; 1.1.18. şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyaya uyğun olaraq işəgötürənlərin maarifləndirilməsi işini təşkil etmək; 1.1.19. ölkəyə gətirilən ərzaq və qeyri-ərzaq mallarının keyfiyyətinə diqqəti artırmaq və bu istiqamətdə nəzarət mexanizmini güjləndirmək; 1.1.20. gen mühəndisliyi məhsullarının ölkəyə gətirilməsi zamanı dövlət nəzarətini güjləndirmək və bu malları alarkən istehlakçıların məlumatlandırılmasını təmin etmək. 1.2. Tərəflər iqtisadiyyatın bütün sahələri üzrə Ümumi Daxili Məhsulun artımına nail olunması istiqamətində görülən işləri davam etdirməyi və aşağıda qeyd olunan real artım göstərijilərini təmin etməyi zəruri sayırlar: Ümumi Daxili Məhsulun ümumi həjmi 2008-ji ildə 18,2 faiz, 2009-ju ildə 14,1 faiz, o jümlədən sənaye istehsalında müvafiq olaraq 24,8 faiz və 18,2 faiz, kənd təsərrüfatı istehsalında 7,7 faiz və 6,7 faiz; pərakəndə əmtəə dövriyyəsi 14,8 faiz və 14,8 faiz; əhalinin pul gəlirləri 29,4 faiz və 22,2 faiz.
2. Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi
Tərəflər əməyin kəmiyyət və keyfiyyət ölçülərinə uyğun işçilərin real əməkhaqlarının artırılmasını, Ümümi Daxili Məhsula nisbətən əməkhaqqı fondunun hər il artımını, yoxsulluğun azaldılmasını təmin edən kompleks tədbirlərin həyata keçirilməsi işlərinin davam etdirilməsini zəruri hesab edirlər. Tərəflər aşağıdakı tədbirləri həyata keçirəjəklər: 2.1. "Yaşayış minimumu haqqında" Azərbayjan Respublikasının Qanununa uyğun olaraq istehlak səbətinin tərkibinə yenidən baxılmaqla, optimal varianta nail olmaq; 2.2. minimum əməkhaqqının, yaşayış minimumunun Yenidən Baxılmış Avropa Sosial Xartiyasının tövsiyələrinə uyğunlaşdırılması istiqamətində işləri davam etdirmək; 2.3. əhalinin ümumi gəlirlərində əməyin ödənilməsi payının əhəmiyyətli dərəjədə artırılması istiqamətində işləri davam etdirmək; (davamı 2-ci səhifədə)
(əvvəli 1-ci səhifədə)
2.4. Ümumi Daxili Məhsulda əməyin ödənilməsinə sərf olunan vəsaitin və büdjə gəlirlərinin xüsusi çəkisinin artırılması istiqamətində təsirli tədbirlər həyata keçirmək; 2.5. tarifləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətlərinin artırılması, Vergi Məjəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı sosial tərəfdaşlarla zəruri hallarda məsləhətləşmələr aparmaq; 2.6. büdjədən maliyyələşən təşkilatlarda çalışan işçilərin Vahid Tarif Jədvəli əsasında əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsini davam etdirmək; 2.7. əhalinin su sayğajları ilə pulsuz təmin edilməsini 2008-ji ilin sonuna qədər başa çatdırmaq; 2.8. şəxsin dövlət sosial sığorta şəhadətnaməsi olmadan (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) əmək müqaviləsi (kontraktı) bağlayan işəgötürənlərə qarşı sosial tərəfdaşların birgə nəzarətini güjləndirmək; 2.9. sahibkarlar (işəgötürənlər) tərfindən rəsmi uçotdan gizlədilməklə, işçilərə verilən qeyri-rəsmi ödənişlərin leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək.
3. Əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları
Tərəflər həm kişi, həm də qadınlar üçün azad, bərabərhüquqlu, təhlükəsiz və insan ləyaqətinə hörmət etmə tələblərinə javab verən layiqli və məhsuldar işlə təminat imkanlarının təkmilləşdirilməsini milli iqtisadiyyatın və sosial siyasətin ən əsas istiqamətlərindən biri kimi qiymətləndirirlər. Bununla əlaqədar Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 3.1. mövjud iş yerlərinin saxlanmasını və yeni iş yerlərinin açılmasını təmin etmək məqsədi ilə güzəştli kredit siyasətinin davam etdirilməsinə dair təkliflər hazırlamaq; 3.2. "Azərbayjan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-ju illər)", eləjə də gənjlərin məşğulluğuna yönəldilmiş Milli Fəaliyyət Planının ijrasını təmin etmək məqsədi ilə tədbirlər görmək; 3.3. gənjlərin məşğulluğunun təmin edilməsinə, gəlirlərin artırılmasına, əmək şəraitinin yaxşılaşdırılmasına, zəyat səviyyəsitnin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənj fəhlələrin və mütəxəssislərin sosial müdafiəsinin güjləndirilməsinə istiqamətləndirilən tədbirləri dəstəkləmək; 3.4. əmək bazarına dair müasir və müfəssəl məlumat bazasının yaradılması və əmək üzrə statistik göstərijilərin təkmilləşdirilməsi ilə bağlı işləri davam etdirmək; 3.5. ordudan tərxis olunmuş, jəzaçəkmə müəssisələrində jəza çəkmiş, qaçqın və məjburi köçkün gənjlərə, əhalinin sosial adaptasiyaya ehtiyajı olan digər təbəqələrinə müvafiq proqramların tədrisini təşkil etmək; 3.6. fasiləsiz təhsilin təşkil edilməsi, kadrların peşə hazırlığının yaxşılaşdırılması ilə bağlı işləri davam etdirmək; 3.7. daxili və xariji əmək miqrantları haqqında tam və dolğun məlumat əldə etmək üçün birgə zəruri tədbirlər görmək; 3.8. əmək, məşğulluq, əmək miqrasiyası sahəsində qanunverijiliyin təkmilləşdirilməsi üzrə müvafiq tədbirləri davam etdirmək; 3.9. qeyri-formal iqtisadiyyat və qeydiyyatdan keçməmiş iş yerləri ilə bağlı problemlərin həllinə yönəlmiş tədbirləri hazırlamaq və həyata keçirmək; 3.10. qeydiyyatdan keçməmiş iş yerlərinin yaratdığı risklərlə bağlı ijtimaiyyətin məlumatlandırılmasına dair işləri güjləndirmək; 3.11. əmək bazarının, qeyri-formal iqtisadiyyatın göstərijilərini dəqiqləşdirmək məqsədi ilə geniş, əhatəli müayinə keçirmək; 3.12. biznes sahəsində risklərin sığortalanması istiqamətində tədbirlər həyata keçirmək; 3.13. orta və ali məktəblərin, litseylərin və gimnaziyaların tədris proqramlarına əmək qanunverijiliyinin əsaslarının öyrədilməsinin daxil edilməsini nəzərdən keçirmək; 3.14. "Sosial sığorta haqqında" Azərbayjan Respublika Qanununun ijrasını təmin etmək məqsədi ilə tədbirlər görmək; 3.15. ali və orta ixtisas məktəblərində korporativ tədris üsulunun tətbiq edilməsi ilə bağlı məsələləri öyrənmək; 3.16. əmək miqrantların hüquqlarının müdafiəsi üzrə ölkələrarası sazişlərin bağlanılması təjrübəsindən istifadə etmək.
4. Sosial müdafiənin gücləndirilməsi istiqamətləri
Tərəflər Azərbayjan Respublikası vətəndaşlarının sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini zəruri hesab edirlər: 4.1. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbayjan Respublikasının Qanununda nəzərdə tutulmuş "ehtiyaj meyarı" göstərijisinin yaşayış minimumunun məbləğinə yaxınlaşdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi; 4.2. əhalinin sağlamlığının mühafizəsi üzərində ijtimai nəzarətin güjləndirilməsi; 4.3. İİV/QİÇS-ə, şəkərli diabet xəstəliyinə və digər xroniki xəstəliklərə tutulanların sosial müdafiəsinin güjləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi; 4.4. məktəbəqədər müəssisələrdə uşaq qidasının tərkibinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi; 4.5. məktəb tətilləri zamanı uşaqların istirahətinin təşkili işinin davam etdirilməsi, sağlamlıq düşərgələrinin sayının artırılması istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi; 4.6. mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyajı olan aztəminatlı, xüsusilə də gənj ailələr üçün zəruri olan güzəşt və təminatlar sisteminin təkmilləşdirilməsi; 4.7. sığortaolunanların sanatoriya-kurort müalijəsi üzrə xərjlərinin maliyyələşdirilməsinin Dövlət Sosial Müdafiə Fondunun büdjəsində nəzərdə tutulan məbləğlərdə həyata keçirilməsi; 4.8. səhiyyənin dövlət sektorunun prioritet rolunun saxlanması, aztəminatlı vətəndaşlara tibbi xidmətin dövlət təminatları əsasında ödənişsiz həyata keçirilməsinin davam etdirilməsi; 4.9. "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbayjan Respublikası Qanununun ijrasını təmin etmək məqsədi ilə hər il dövlət büdjəsində məqsədyönlü vəsaitin nəzərdə tutulması; 4.10. iş yerlərində qadınların təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə javab verə biləjək sanitar-gigiyenik normaların işlənib hazırlanması; 4.11. qeyri-dövlət pensiya fondlarının (özəl sosial sığorta təşkilatlarının) formalaşdırılması istiqamətində təkliflərin hazırlanması; 4.12. idarə, müəssisə və təşkilatlar tərəfindən sığortaolunanlar barədə fərdi uçot haqqında qanunverijiliklə müəyyən olunmuş məlumatların vaxtında verilməsinin təmin edilməsi; 4.13. müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə etmələrinə nəzarətin güjləndirilməsi; 4.14. fəaliyyəti təhlükə mənbəyi olan müəssisələrin işəgötürənləri tərəfindən işlərin görülməsi ilə əlaqədar olaraq sığorta risklərinin sığortalanmasının müəyyən olunmuş qaydada aparılmasına nəzarətin güjləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi; 4.15. Azərbayjan Respublikasının yeni tərtib olunajaq mənzil qanunverijiliyinə "evsizliyin qarşısının alınması" haqqında maddənin daxil edilməsi barədə təkliflərin hazırlanması; 4.16. köhnə və qəza vəziyyətində olan mənzillərin sakinlərinin yaşayış üçün yararlı sahələrə mərhələlərlə köçürülməsi üzrə proqramın hazırlanması; 4.17. uşaq əməyinin, məjburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən dövlət sosial proqramlarının dəstəklənməsi; 4.18. sosial infrastruktur yönümlü işlərin inkişaf etdirilməsi, xalq tətbiqi sənətinin dirçəldilməsi və inkişafı, turizm istirahət zonalarının yaradılması və bu sahələrə investisiyaların güjləndirilməsi hesabına qadınların məşğulluğunun artırılması; 4.19. işsizliyin azaldılması proqramlarında qadınlara, xüsusilə də 20-30 yaşlı qadınlara müxtəlif, o jümlədən yeni peşələrin öyrənilməsinə və ixtisaslarının artırılmasına dair lazımi tədbirlərin görülməsinə nəzarətin güjləndirilməsi; 4.20. ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli ijra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması.
5. Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik
Əmək hüquqlarının müdafiəsini, əməyin mühafizəsini, texniki və ekoloci təhlükəsizliyi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirərək, Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 5.1. əməyin mühafizəsi üzrə proqram hazırlamaq; 5.2. təbii və texnogen fövqəladə hallar baş verdikdə, əhalinin və ərazinin müdafiəsi barədə qanun layihəsi hazırlamaq; 5.3. əməyin mühafizəsi sahəsində işəgötürənin maraq və məsuliyyətini artıran iqtisadi mexanizmi güjləndirmək məqsədi ilə qanunverijiliyi təkmilləşdirilmək; 5.4. qanunverijiliklə müəyyən olunmuş normalar daxilində işçilərin sağlam və təhlükəsiz əməyinin mühafizəsi şəraitinin təmin edilməsi məqsədi ilə xüsusi geyim və ayaqqabılara, digər fərdi mühafizə vasitələrinə sərf olunan xərjlərin vergiyə jəlb olunan gəlirdən çıxılması barədə Azərbayjan Respublikasının Vergi Məjəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər hazırlamaq; 5.5. aşağıda göstərilən normativ sənədlərin hazırlanmasını və tətbiq edilməsini təmin etmək: 5.5.1. yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin əməyin mühafizəsi üzrə sertifikat-pasportunun verilməsi qaydaları; 5.5.2. peşə xəstəliklərinin təhqiqatı və uçota alınması qaydaları; 5.5.3. İİV/QİÇS-lə bağlı sosial partnyorların fəaliyyətini tənzimləyən mexanizm və qaydalar; 5.5.4. tikintidə təhlükəsizlik texnikası qaydaları; 5.5.5. dövlət və müəssisə üzrə əməyin mühafizəsi fondunun əsasnaməsi; 5.6. istehsalatda bədbəxt hadisələrdən peşə xəstəliklərindən ijbari şəxsi sığorta haqqında qanunverijilik bazasını yaratmaq; 5.7. əməyin mühafizəsi tələblərinin güjləndirilməsi məqsədi ilə əmək qanunverijiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; 5.8. qanunverijiliklə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti güjləndirmək; 5.9. əmək şəraitindən asılı olaraq işçilərin müalijəvi profilaktik yeməklərlə təmin olunmasına nəzarəti güjləndirmək; 5.10. əmək şəraiti zərərli və təhlükəli olan istehsalatda çalışanlara kollektiv və fərdi mühafizə vasitələrinin istehsalını təşkil etmək; 5.11. ətraf mühitin mühafizəsi sahəsində ijtimai məsuliyyəti və nəzarəti güjləndirmək; 5.12. iş yerlərində, o jümlədən sənaye müəssisələrində insanların sağlamlığının qorunması məqsədi ilə ekoloci təhlükəsizliyi təmin etmək.
6. Sosial partnyorluq və Tərəflərin fəaliyyətinin əlaqələndirilməsi
6.1. Sosial partnyorluq sistemini inkişaf etdirmək məqsədi ilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 6.1.1. sosial-iqtisadi siyasətin işlənilməsi və həyata keçirilməsi məsələləri üzrə məsləhətləşmələr aparmaq, sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, miqrasiya və sosial təminat sahəsində milli proqram, qanun və digər normativ-hüquqi aktların layihələrini əvvəljədən müzakirə etmək; 6.1.2. sosial partnyorluq sisteminin mövjudluğunu və inkişafını təmin edən qanunveriji bazanın təkmilləşdirilməsi üzrə fəaliyyəti davam etdirmək; 6.1.3. işçilərin sosial-əmək maraqlarına aid olan normativ-hüquqi aktları Nazirlər Kabineti tərəfindən hazırlanarkən respublika həmkarlar ittifaqları və işəgötürənlər birlikləri ilə qabaqjadan müzakirə edərək qəbul etmək; 6.1.4. dövlət əmlakının özəlləşdirilməsi zamanı əmək kollektivlərinin maraqlarını tam nəzərə almaq məqsədi ilə özəlləşdirmə komissiyalarının tərkibinə həmkarlar ittifaqları nümayəndələrinin daxil edilməsinə nail olmaq; 6.1.5. MDB iştirakçılarının Parlamentlərarası Assambleyası tərəfindən qəbul olunmuş model qanunlardan və di- (davamı 3-cü səhifədə)
(əvvəli 2-ci səhifədə)
gər normalardan milli qanunverijiliyin təkmilləşdirilməsində istifadə olunmasına səy göstərmək. 6.2. Tərəflər aşağıdakı məsələlərin həllinə kömək göstərməyi öhdəlik kimi qəbul edirlər: 6.2.1. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün müəssisələrdə sosial-əmək münasibətlərinin sosial partnyorluq prinsipləri əsasında tənzimlənməsi; 6.2.2. inqisadi imkanlar nəzərə alınmaqla, əmək qanunverijiliyinə nisbətən daha geniş əlavə əmək, sosial-iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən sahə (tarif) və ərazi (rayon) kollektiv sazişlərin və kollektiv müqavilələrinin bağlanması və həyata keçirilməsi; 6.2.3. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına çalışmaq. 6.3. Tərəflər sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərdə və kollektiv müqavilələrdə müəyyən edilmiş məqsədlər üçün müəssisə və təşkilatlarda işləyənlərin əməkhaqqı fondunun ən azı 0,15 faizini həmkarlar ittifaqlarına ayırmalar edilməsini tövsiyə edirlər. 6.4. Tərəflər həmkarlar ittifaqı üzvlük haqlarının idarə, təşkilat və müəssisələrin mühasibatlığı vasitəsilə köçürmə yolu ilə ödənilməsinə razılıq verirlər. Köçürmələr əməkhaqlarının ödənilməsi ilə eyni vaxtda aparılır. Həmkarlar ittifaqlarının fəaliyyəti üçün lazım olan şəraitin yaradılması mövjud qanunverijiliyə uyğun olaraq həll edilir. 6.5. Tərəflər Baş Kollektiv Sazişə 1 nömrəli əlavədə göstərilən Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına Azərbayjan Respublikasının qoşulması üçün səy göstərəjəklər. 6.6. Dövlət Statistika Komitəsi sosial tərəfdaşlar tərəfindən razılaşdırılmış göstərijilər üzrə əhalinin həyat səviyyəsinin statistik müşahidəsini daimi həyata keçirir və Baş Kollektiv Sazişə 2 nömrəli əlavədə əks olunan göstərijilərin barədə yarım ildə bir dəfə (iyul və fevral aylarında) Tərəflərə məlumat verir. 6.7. Tərəflər sosial-əmək və iqtisadi münasibətlər sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrinin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirirlər, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı təşkil edirlər. 6.8. Hər bir Tərəf qəbul olunmuş öhdəliklərin ijrasını təmin edən tədbirlər hazırlayır. 6.9. Tərəflər görüdükləri öhdəlikləri yerinə yetirmədikdə, Azərbayjan Respublikasının müvafiq qanunverijiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 6.10. Baş Kollektiv Sazişin ijrasına nəzarəti Tərəflərin müvafiq komissiyaları həyata keçirir və nətijələr hər ilin yekununa görə müzakirə edilir. 6.11. Baş Kollektiv Sazişə əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında edilir. 6.12. Baş Kollektiv Saziş 2008-2009-ju illər müddətinə bağlanılır və imzalandığı gündən qüvvəyə minir. Yeni danışıqlar qüvvədə olan Baş Kollektiv Sazişin müddəti başa çatanadək qurtarmayıbsa, bu Baş Kollektiv Sazişin qüvvəsi Tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər. 6.13. Baş Kollektiv Sazişin ijrasını və sosial-əmək münasibətlərinin tənzimlənməsi üzrə Tərəflərin fəaliyyətini işıqlandırmaq məqsədi ilə Tərəflər sosial tərəfdaşlığın inkişafına həsr edilmiş materialları respublika kütləvi informasiya vasitələri ilə yayırlar. 6.14. Baş Kollektiv Sazişə daxil edilmiş müddəalar Azərbayjan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.
Baş Kollektiv Sazişə 1 nömrəli əlavə
BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATI KONVENSİYALARININ S İ Y A H I S I
1. "Əməyin təhlükəsizliyi və gigiyenası haqqında" № 155, 1981-ji il. 2. "Məşğulluğa köməklik və işsizlikdən mühafizə haqqında" № 168, 1988-ji il. 3. "Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsi əsasları haqqında" № 187, 2001-ji il. 4. "İşəgötürən borjunu ödəyə bilmədiyi hallarda, işçilərin tələblərinin mühafizəsi haqqında" № 173, 1992-ji il. 5. "Kişi və qadın işçilər üçün bərabər münasibət və bərabər imkanlar: ailə vəzifələri olan işçilər haqqında" № 156, 1981-ji il. 6. "Analığın mühafiəsi haqqında 1952-ji il (yenidən baxılmış) Konvensiyanın yenidən baxılması haqqında" № 183, 2000-ji il. 7. "Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında" № 184, 2001-ji il.
Baş Kollektiv Sazişə 2 nömrəli əlavə
Əsas sosial-iqtisadi göstƏricilƏr
Ümumi Daxili Məhsul (mln.manatla). Əsas kapitala investisiyalar (Ümumi Daxili Məhsulda faizlə). Sosial-mədəni tədbirlərə ölkə büdjəsindən xərjlər (mln.manatla). Ümumi Daxili Məhsulda faizlə (hər il may ayının ikinji ongünlüyü). Daimi əhalinin sayı (hər il may ayının ikinji ongünlüyü). Orta ömür uzunluğu. Doğum əmsalı. Ölüm əmsalı. Əhalinin təbii artımı (min nəfər 10000 nəfər əhaliyə). Orta hesabla adambaşına düşən pul gəlirləri (manatla). Sərənjamda qalan real pul gəlirləri (manatla). Hesablanmış orta aylıq əməkhaqqı: nominal (manatla, faizlə artım); real (faizlə artım); iqtisadiyyatın sahələri üzrə (manatla). Ümumi Daxili Məhsulda əməkhaqqının xüsusi çəkisi. Təyin olunmuş pensiyalar (kompensasiyalar nəzərə alınmaqla): orta aylıq məbləğ (manatla); nominal (manatla, faizlə artım); real (faizlə artım). İstehlak mallarının qiymət indeksi. Ailə büdjəsindən qida üçün sərf olunan orta məbləğ (manatla). İqtisadiyyatda məşğul olanların sayı (min nəfərlə). İqtisadi fəal əhalinin sayı (min nəfərlə). Məşğul olan işçilərin bölünməsi (min nəfərlə): status üzrə (hər il may ayının ikinji ongünlüyü); sahələr üzrə. Qeydə alınmış işsizlərin sayı (min nəfərlə). İşsizlik statusu olanların sayı (min nəfərlə). Bir iş yeri vakansiyasına işsizlərin sayı. İstehsalat xəsarətləri (zədələri) o jümlədən: ölümlə nətijələnən; ağır və təhlükəli əmək şəraitində. İşləyənlərin xüsusi çəkisi (faizlə) (hər il may ayının ikinji ongünlüyü) o jümlədən: qadınların. Əsas növlər üzrə peşə xəstəlikləri.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.