Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN PEKİNƏ SƏFƏRİ BAŞA ÇATMIŞDIR

15.08.08 - 17:52487 baxılıb

Dövlətimizin başçısı Olimpiya oyunlarında qızıl medal qazanmış cüdoçu Elnur Məmmədli, Olimpiadanın gümüş mükafatçıları - güləşçilər Rövşən Bayramov və Vitali Rəhimovla təyyarədə görüşüb söhbət etmişdir.
Prezident İLHAM ƏLİYEV olimpiyaçılara müraciətlə dedi:
- Böyük qələbə münasibətilə sizi təbrik edirəm. Bir qızıl, iki gümüş medal qazandınız. Şəxsi mübarizədə uğur qazanmaq böyük bir nailiyyətdir. Böyük qələbə qazanmısınız, bütün Azərbaycan xalqını sevindirmisiniz. Görüşlər çox gərgin keçibdir və siz bu gərgin mübarizədə Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmısınız. Hamınız gəncsiniz, sizin hələ böyük gələcəyiniz var. Bu, sizin idman karyeranızda ən böyük nailiyyətdir. Olimpiya oyunları ən böyük idman yarışıdır. Bütün dünya bu Oyunlara hazırlaşır. Mən görürəm ki, Azərbaycan bütün başqa ölkələr arasında ən qabaqcıl yerlərdədir. 14-cü yerdədir. İdmançılarımız bundan sonra da yarışacaq, biz yeni-yeni qələbələr gözləyirik. Əlbəttə, Rövşənlə Vitali qızıl medal qazanmaq istəyirdilər, bu təbiidir və deyə bilərəm ki, buna yaxın idilər. Ancaq gümüş medal da böyük nailiyyətdir. Bundan sonra da bütün yarışlarda belə davam eləmək lazımdır.
Yenə də deyirəm ki, siz gəncsiniz, böyük idman gələcəyiniz var və Azərbaycanın idman şöhrətini həmişə yüksəklərdə saxlamaq üçün böyük işlər görəcəksiniz. Elnur, ümumiyyətlə, nadir bir nəticə göstərdi. Mən dedim ki, araşdırsınlar, Olimpiya oyunlarının tarixində belə bir hal olubmu ki, bütün beş görüşü təmiz qələbə, ipponla nəticələnsin?! Belə hadisə olmayıbdır.
ELNUR MƏMMƏDLİ: Bəli, cənab Prezident! Finalda Cənubi koreyalı idmançını, özünüz bildiyiniz kimi, 13 saniyəyə!
İLHAM ƏLİYEV: Mənə demişdilər, o koreyalı idmançı daha əvvəl dünya çempionatında hakimlərin düzgün olmayan hərəkətləri nəticəsində qızıl medal qazanmışdı.
Bundan sonra da dünya çempionatları, Olimpiya oyunları olacaqdır. Sizin nümunəniz bütün başqa gənc idmançıları da ruhlandırır. Siz onlar üçün nümunəsiniz! Həm idmanda, həm də həyatda bütün idmançılar üçün nümunə olmalısınız. Bu, böyük şərəfdir, böyük xoşbəxtlikdir. Amma, eyni zamanda, böyük məsuliyyətdir. Sizin adınız Azərbaycanın nəinki idman tarixinə, ümumən müstəqil Azərbaycanın tarixinə yazılmışdır və gələcəkdə öz fəaliyyətinizdə həmişə bunu nəzərdə saxlamalısınız. Siz gənc idmançılar, cavanlar, uşaqlar üçün nümunəsiniz.

* * *
Olimpiya çempionu Elnur Məmmədli, gümüş medalçılar Rövşən Bayramov və Vitali Rəhimov idmançılara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə təşəkkür etdilər. Bildirdilər ki, dövlət başçısının yarışları şəxsən izləməsi onlara qələbə qazanmaqda əlavə güc vermişdir. Olimpiyaçılarımız Azərbaycanın idman şərəfini bundan sonra da ləyaqətlə qoruyacaqlarını bildirdilər.
Prezident İlham Əliyev bir daha idmançıları təbrik etdi, uğurlar arzuladı.

* * *
Heydər Əliyev adına beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, habelə dövlətimizin başçısı ilə vətənə qayıtmış olimpiyaçılarımızı idmançıların ailə üzvləri, paytaxt sakinləri, idmansevərlər hərarətlə, gül-çiçəklə qarşıladılar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Olimpiya çempionu Elnur Məmmədlinin, gümüş medalçılar Rövşən Bayramov və Vitali Rəhimovun ailə üzvləri ilə görüşdülər, onları övladlarının qələbəsi münasibətilə təbrik etdilər.
Azərbaycan Prezidenti və xanımı Pekin Olimpiadasında ölkəmizə ilk medalları qazandırmış idmançılar və onların ailə üzvləri ilə xatirə şəkli çəkdirdilər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.