Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycan Avropanın ümid yerinə çevrilir

17.11.08 - 11:06473 baxılıb

Tədbirdə Xəzər hövzəsindən hasil edilən neft və təbii qazın Qara dəniz və Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün Odessa-Brodı neft kəmərinin və Baltikyanı ərazidən keçən nəqliyyat dəhlizlərinin yaradılması məsələsi müzakirə edilib.
Sammitdə ilk çıxışı Azərbaycan Prezidenti İlham Əliyev edib. Dövlət başçısı mötəbər toplantı iştirakçılarını salamlayaraq bu sammiti regionun və Avropanın iqtisadi həyatında mühüm hadisə adlandırıb. İ.Əliyev çıxışında Azərbaycanın zəngin neft-qaz ehtiyatlarından danışaraq bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda ildə 10 milyon ton neft hasil edilirdisə, hazırda bu rəqəm 50 milyon tona çatıb: "Bizim dünyanın aparıcı şirkətləri ilə yaxşı əməkdaşlığımız var, bütün işlər tərəfdaşlıq çərçivəsində həyata keçirilir və bu, geniş işbirliyi üçün yeni imkanlar açır".
Dünyada enerji təhlükəsizliyinin gündəlikdə olduğunu bildirən İ.Əliyev deyib ki, sammitdəki müzakirələr, birgə səylər ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirəcək: "Sammitin yekununda qəbul ediləcək bəyannamədə bütün planlar əhatə olunacaq".
Azərbaycan neftinin və qazının Avropa bazarlarına çıxarılmasını tarixi hadisə adlandıran İ.Əliyev indiyədək həyata keçirilmiş irimiqyaslı layihələri xatırlatmaqla bərabər qeyd edib ki, hazırda bir neçə yeni layihənin üzərində də iş gedir: "Biz Odessa-Brodı-Plotsk-Qdansk layihəsini müzakirə edirik. Layihənin texniki əsaslandırılması başa çatdırıldıqdan sonra Xəzərin enerjidaşıyıcıları bu yeni marşrutla Avropa bazarlarına çıxarılacaq. Bu, Xəzər, Qara dəniz və Baltik dənizi regionlarında yerləşən ölkələrin əməkdaşlığına yeni təkan verəcək".
Nümayəndə heyətləri rəhbərlərinin çıxışlarından sonra sammit işini qapalı şəraitdə davam etdirib. Mütəxəssislər sammitin Bakıda keçirilməsini qlobal iqtisadi böhran dövründə Azərbaycanın dünyanın diqqət mərkəzində olmasının göstəricisi sayırlar. Ümumi rəyə görə, Avropa dövlətləri neft-qaz təhlükəsizliyi strategiyasını Azərbaycanın enerji siyasəti üzərində qurmağa başlayıb.
"Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdə iştirak etməkdən çox xoşbəxtəm". Bu sözləri isə Enerji Sammitində çıxış edən Türkiyə Prezidenti Abdullah Gül deyib.
BTC-ni enerji təhlükəsizliyi ilə bağlı layihələrə nümunə göstərən Abdullah Gül Türkiyənin "Nabukko" layihəsinin gerçəkləşməsində maraqlı olduğunu vurğulayıb.
Sonra çıxış edən Ukrayna Prezidenti Viktor Yuşşenko 2007-ci ildə keçirilmiş Krakov Sammitindən indiyə qədər işçi qrupların 10 görüşünün keçirildiyini deyib. "Nabukko" layihəsinə çox ümidlə baxıram. Baxmasaydım, bu gün burada olmazdım".
V.Yuşşenko enerji ehtiyatlarının Qərbə daşınmasında təhlükəsizlik məsələlərinə də ciddi fikir verməyin vacib olduğunu deyib.
Litva Prezidenti Valdas Adamkus çıxışında Avropa Birliyini enerji sahəsində Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə çağırıb. V.Adamkus öz çıxışında bildirib ki, AB-nin Azərbaycana indi daha çox ehtiyacı var: "Biz alternativli enerji mühiti yaratmalıyıq və burada sağlam rəqabət hökm sürməlidir. Enerji təhlükəsizliyi sistemində Azərbaycanın xüsusi çəkisi var".
Zirvə görüşünün sonunda tədbirə qatılan dövlətlər birgə bəyannamə ilə çıxış ediblər. Sammit çərçivəsində Xəzər neftinin Avropaya nəqlini reallaşdırmağa imkan verən "TransXəzər" layihəsinin reallaşdırılmasının əsas prinsipləri haqqında saziş imzalanıb. Sənədi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın "Kazmunayqaz" Milli Neft-Qaz Şirkətinin prezidenti Kairgeldı Kabıldin imzalayıb. Sazişə görə, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə Avropa bazarlarına nəql edilməsi nəzərdə tutulur. Layihənin ümumi dəyəri 3 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.