Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Yığıncağı AHİK sədri, millət vəkili Səttar Mehbalıyev açmış və qeyd etmişdir ki, baxış-müsabiqənin keçirilməsində əsas məqsəd işçilərin hüquq və mənafelərini qorumaq olmuşdur. Bu vəzifənin öhdəsindən gəlmək üçün əmək şəraitinin yaxşılaşdırılmasına, istehsalat xəsarətlərinin və peşə xəstəliklərinin qarşısının alınmasına, istehsalat mədəniyyətinin və estetikasının yüksəldilməsinə, texnika və texnologiyanın təkmilləşdirilməsinə diqqət artırılmışdır. Bu sahədə həyata keçirilən tədbirlərdə 2006-cı il noyabrın 15-də hər üç sosial tərəfdaşın imzaladığı "Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı" əsas götürülmüşdür. Tədbirlər içərisində işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına xidmət göstərən müxtəlif mövzularda keçirilmiş baxış-müsabiqələr mühüm yer tutmuşdur. Sevindirici haldır ki, AHİK-in təşəbbüsü ilə keçirilən Respublika baxış-müsabiqələrin getdikcə keyfiyyəti yaxşılaşır, coğrafiyası genişlənir, qaliblərin mükafatlandırılması üçün ayrılmış maliyyə vəsaiti artır. Konfederasiya sədri diqqətçəkən bir müqayisə apardı. Dedi ki, əgər ilk Respublika baxış-müsabiqəsində cəmi 170-ə yaxın müəssisə və təşkilat iştirak etmiş və onlardan yalnız 8-i qalib adını qazanmışdısa, sonrakı illərdə (2004, 2006, 2008) bu müsabiqələr artıq kütləvi hal almağa başlamış, istehsalat strukturlarının aşağı vəsilələrinə belə sirayət etmişdir. Sahə həmkarlar ittifaqları özləri də xidmətlərində olan istehsalat sexləri və digər aşağı strukturlar üzrə baxış-müsabiqələr təşkil etmiş, qaliblərə diplom, pul və qiymətli hədiyyələr vermişlər. 2008-ci ildə sağlam, təhlükəsiz və estetik iş şəraiti yaratmaq uğrunda Respublika baxış-müsabiqəsində iştirakçıların sayı artıq 500-ə çatmışdı. Bu yarışmada 250 müəssisə, təşkilat, sex və sahə fərqləndiyinə görə respublika komitələri tərəfindən mükafatlandırılmışdır. Onlardan 77-sinin sənədləri AHİK-in Respublika baxış-müsabiqəsi üzrə komissiyasına təqvim edilmişdi. 50 müəssisə, təşkilat, sex və sahə ən yaxşı göstəricilərə nail olduğuna, 19-u müsbət nəticələr qazandığına, 8-i isə baxış-müsabiqədə fəal iştirak etdiyinə görə AHİK-in diplomları, hədiyyəsi və nişanı ilə təltif olunmuşdur. S. Mehbalıyev onu da vurğulamışdır ki, əvvəlki illərin təcrübəsinə arxalanaraq 2008-2009-cu illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əməyin mühafizəsi sahəsində ən zəruri məsələlərin-əməyin mühafizəsi üzrə proqramın, dövlət və müəssisə üzrə əməyin mühafizəsi fondunun əsasnaməsinin hazırlanması nəzərdə tutulmuşdur. Baş Kollektiv Sazişdə təklif olunmuş tədbirlərin əksəriyyəti həllini tapmışdır. Məsələn, "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların peşə və vəzifələrinin Siyahısı" Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Milli Məclis müalicə-profilaktik qidanın və südün alınması xərclərinə vergi qoyulması maddəsini Vergi Məcəlləsindən çıxarmışdır. Bütövlükdə AHİK əməyin mühafizəsi üzrə 20-dən çox qanunverici və normativ aktın işlənib təkmilləşdirilməsində iştirak etmişdir. Əməkçilərin müdafiəsinin beynəlxalq hüquq və konvensiya normalarına uyğun müdafiə olunmasını təmin etmək üçün AHİK yalnız son 4 ildə BƏT-in üç konvensiya və tövsiyəsinin, 5 ətraf mühitin və ekologiyanın mühafizəsi üzrə məsələnin ratifikasiya olunmasında iştirak etmişdir. Həmkarlar ittifaqları tərəfindən görülən bütün bu və digər işlər istehsalatda zədə almalarının azalmasına, işçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunmasına, məişət və istirahətinə, əmək şəraitinin yaxşılaşdırılmasına imkan yaratmışdır. Əməyin mühafizəsinə çəkilən xərclərin miqdarı ildən-ilə artmışdır. Son illər respublikada əməyin mühafizəsi tədbirlərinin yerinə yetirilməsinə, o cümlədən əmək şəraitinin yaxşılaşdırılmasına, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin alınmasına çəkilən xərclərin miqdarı 50 faiz çoxalmışdır. S. Mehbalıyev demişdir ki, ildən-ilə istehsalatda bədbəxt hadisələrin, o cümlədən ölümlə nəticələnən hadisələrin sayı azalır. Əgər 2007-ci ildə həmkarlar ittifaqlarının xidmətində olan müəssisə və təşkilatlarda ölənlərin sayı 25 faiz azalmışdırsa, 2008-ci ildə bu tendensiya 50 faizə (18 nəfər ölən olmuşdur) çatmışdır. 2007-ci ildə 12 sahə Hİ-nin xidmətinə daxil olan müəssisə və təşkilatlarda ölümlə nəticələnmiş bədbəxt hadisə baş verməmişdir. Ötən ildə isə 20 sahə Hİ-nin müəssisə və təşkilatlarında ölüm hadisəsi qeydə alınmamışdır. Natiq sonda qeyd etmişdir ki, əməyin mühafizəsi sahəsində əldə edilən nailiyyətlər dövlətin vətəndaşlarımızın sosial problemlərinin həllinə yönəltdiyi genişmiqyaslı siyasət nəticəsində mümkün olmuşdur. Tədbirdə AHİK-in 15 illiyi ilə əlaqədar film nümayiş etdirilmişdir. Axırda Respublika baxış-müsabiqəsində qalib çıxanlara diplom və həvəsləndirici mükaftlar təqdim olunmuşdur. Yığıncaqda AHİK-in rəhbər işçiləri ilə yanaşı, Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü və BƏT-in Azərbaycandakı Milli Koordinatoru Yaşar Həmzəyev iştirak etmişlər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.