Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Bakıda Gimnastika Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir

31.08.09 - 11:45533 baxılıb

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Avqustun 26-da Bakıda Gimnastika Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mərasim iştirakçıları-idman ictimaiyyətinin nümayəndələri və inşaatçılar Prezident İlham Əliyevi və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanı hərarətlə qarşıladılar. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev Gimnastika Kompleksinin layihəsi ilə tanış oldu. Məlumat verildi ki, tikinti üçün ayrılmış 3,5 hektar ərazidə möhtəşəm idman kompleksi inşa olunacaq, abadlıq və yaşıllaşdırma işləri aparılacaqdır. Ümumi sahəsi 15 min kvadratmetr olan üçmərtəbəli kompleksdə məşq və yarış zalları, ofislər, soyunub-geyinmə otaqları, kafe, restoran, emalatxana, anbarlar fəaliyyət göstərəcəkdir.
Kompleks telekommunikasiya və nəzarət-idarəetmə sistemi ilə təmin ediləcəkdir. Bundan başqa, kompleksin ərazisində qazanxana, nasosxana, digər köməkçi bina və qurğular, 500 avtomobil yerlik yeraltı, 100 yerlik yerüstü dayanacaq olacaqdır. Kompleksdə keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir.

Kompleksdə gimnastların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə hər cür şərait yaradılacaqdır.
İdman qurğusunun 2011-ci ildə istifadəyə veriləcəyi qeyd olunmuşdur.
Daha sonra dövlətimizin başçısına kompleksin yaxınlığında gələcəkdə inşası nəzərdə tutulan üzgüçülük üzrə ixtisaslaşacaq idman sarayı barədə də məlumat verildi.
Prezident İlham Əliyev sarayın eskizinə baxdı və layihə ilə yaxından tanış olduqdan sonra tikinti işlərinə başlanacağını bildirdi.
Mehriban xanım Əliyeva gilizi Gimnastika Kompleksinin təməlinə buraxdı və beton qarışığı tökdü. Dövlətimizin başçısı da təmələ beton qarışığı tökdü.
Sonra Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Azərbaycan gimnastlarının bir qrupu ilə görüşdülər. Gimnastlar onlar üçün yaradılan şəraitə və belə gözəl kompleksin tikilməsinə görə dövlətimizin başçısına və Azərbaycanın birinci xanımına təşəkkürlərini bildirdilər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva gimnastlarla xatirə şəkli çəkdirdilər.
Xatırladaq ki, Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti sayəsində ölkəmizdə idmanın bu növündə də ciddi nailiyyətlər əldə olunmuşdur. Azərbaycan bədii gimnastika üzrə Avropa və dünya çempionatlarına ev sahibliyi etmişdir. Bədii gimnastlarımız Azərbaycanı Olimpiya oyunlarında da layiqincə təmsil etmişlər. Federasiyanın prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir ki, indi nüfuzlu beynəlxalq gimnastika təşkilatları Azərbaycana yüksək maraq göstərirlər.
Prezident İlham Əliyev idman ictimaiyyətinin nümayəndələri ilə də görüşdü. Dövlətimizin başçısı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevlə söhbətində gənclərdən ibarət boks üzrə yığma komandamızın Polşada keçirilən Avropa birinciliyində 7 medal qazanaraq, komanda hesabında birinci olmasını yüksək qiymətləndirdi. Bu yarışda boksçularımız yüksək əzmkarlıq göstərərək 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanmış və medalların sayına görə 35 ölkə arasında birinci yeri tutmuşlar. Buradan da göründüyü kimi, ölkəmizdə idmana göstərilən qayğı, yeni idman obyektlərinin inşası bir məqsədə-gənc nəslin sağlam böyüməsinə xidmət edir.
Prezident İlham Əliyev bir daha mərasim iştirakçılarını təbrik etdi, kompleksin inşası ilə bağlı tövsiyələrini verdi, inşaatçılara işlərində uğurlar arzuladı.
AzərTAc

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.