Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

HƏFTƏNİN RƏSMİ XRONİKASI

27.10.07 - 9:00808 baxılıb

AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI İLHAM ƏLIYEV

oktyabrın 22-də
... Prezident Sarayında Nazirlər Kabinetinin 2007-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda giriş nitqi söyləmişdir.
… Prezident Sarayında xalq artisti Habil Əliyevi qəbul etmiş, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ona "İstiqlal" ordenini təqdim etmişdir.
… Prezident Sarayında İordaniya Kralının Orta Asiya və Azərbaycan üzrə xüsusi elçisi Abdulla Vureykəti qəbul etmişdir.
oktyabrın 23-də
… Qobustan rayonuna gəlmiş, burada Ticarət Mərkəzi ilə tanış olmuş,Mərəzə qəsəbəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkın təntənəli açılış mərasimində iştirak etmişdir.
… Qobustan rayonuna səfərini başa çatdırdıqdan sonra İsmayıllının Gəraybəyli kəndi yaxınlığında Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin gedişi ilə tanış olmuşdur.
… Prezident Sarayında Litva Seyminin Xarici məsələlər daimi komitəsinin sədri Yustinas Karosasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Prezident Sarayında "Safari" beynəlxalq ovçuluq klubunun prezidenti Denis Andersonu qəbul etmişdir.

oktyabrın 24-də
… Günün ikinci yarısında Yevlax şəhərinə gəlmişdir.
… Yevlax şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş və ulu öndərin abidəsi önünə gül dəstələri qoymuşdur. Yevlax şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan muzeyin açılışında iştirak etmişdir.
… YAP-ın Yevlax rayon təşkilatının inzibati binasının açılış mərasimində iştirak etmişdir.
… "Lalə Tekstil" MMC-nin Yevlax şəhərindəki eyniadlı fabrikində olmuşdur. Yevlax şəhərində Tarix-Diyarşünaslıq muzeyinin açılışında iştirak etmişdir. "Rövşən-Oğuz" şirkətlər qrupunun Yevlaxda yerləşən ARFA mebel fabriki ilə tanış olmuşdur. Yevlaxın "Karvan" futbol klubunun stadionunda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin üzvlərinin bir qrupu ilə görüşmüş, onlara Gəncədə istehsal olunmuş "OKA" markalı avtomobillərin açarlarını təqdim etmişdir. Yevlax şəhərində "Karvan" futbol klubunun stadionunun açılışında iştirak etmişdir. Yevlaxda "Karvan" İdman Kompleksinin açılışında iştirak etmişdir. Yevlax rayon Mərkəzi xəstəxanasının təməlqoyma mərasimində iştirak etmişdir. Yevlax şəhərində "Gilan dəri" MMC-nin dəri emalı fabrikinin açılışını bildirən lenti kəsdi və müəssisə ilə tanış oldu. Yevlax rayonunun Yuxarı Qarxun kəndində orta məktəbin açılışında iştirak etmişdir. Yevlax TV-nin binasının təməlqoyma mərasimində iştirak etmişdir.

oktyabrın 25-də
… Sahibkarlıq fəaliyyəti subyektləri fəaliyyətlərinin "Bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında sərəncam imzalamışdır.
… Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin bir qrup üzv və əməkdaşına Azərbaycan Respublikasının fəxri təqaüdlərinin və fəxri adlarının verilməsi haqqında sərəncam imzalamışdır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.