Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

DÜNYA AZƏRBAYCANLILARINA!

29.12.07 - 9:05556 baxılıb

Əziz həmvətənlər!
Hörmətli soydaşlarımız!
Sizə xalqımızın ən əziz bayramlarından biri olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edirəm. 31 dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il ümummilli bayram kimi təntənə ilə qeyd edilir. Onun əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir.
Bu yüksək ideyaların birləşdirici dəyərlər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin yaşadılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin müqəddəs amalı idi. Müstəqillik illərində dünya azərbaycanlılarının həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və fərdi duyğulardan əməli işə, çoxşaxəli fəaliyyət planına və dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı və məqsədyönlü tədbirlər görülmüşdür.
Bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrdə nüfuzlu və fəal toplum kimi çıxış edir, cəmiyyətin iqtisadi, ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur, həmin ölkələrlə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayırlar. Digər tərəfdən, Azərbaycan Respublikası insan hüquqlarına dair beynəlxalq sənədlərdə əksini tapmış prinsipial müddəalardan çıxış edərək, bütün dünyada soydaşlarımızın vətəndaş hüquqlarının qorunması üçün əməli tədbirlər görür.
Lakin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı icmaları arasında əlaqələrin möhkəmləndirilməsi, soydaşlarımızın ayrı-ayrı ölkələrin ictimai-siyasi və mədəni həyatına, eləcə də qloballaşan dünyanın aktual problemlərinə təsirinin gücləndirilməsi tələb olunan səviyyədə deyil. Odur ki, diaspor təşkilatları və müvafiq dövlət qurumları gələcəkdə bu istiqamətlərdə bütün resursların hərəkətə gətirilməsi üçün davamlı çalışmalıdırlar. Eyni zamanda dost ölkələrin və xalqların lobbi və diaspor təşkilatları ilə səmərəli əməkdaşlığın gücləndirilməsi üzərində ciddi işləməlidirlər.
Hazırda Azərbaycan Respublikası öz tarixinin mühüm inkişaf və tərəqqi dövrünü yaşayır. Qarşıya qoyduğumuz bütün vəzifələr uğurla həll olunur. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi inkişaf sürətinə və infrastruktur layihələrinin reallaşma templərinə görə dünyada öncül mövqelərə malikdir. Dünyanın iqtisadi və enerji təhlükəsizliyinə mühüm töhfə olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz xətlərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsinə başlanması və bu kimi digər transmilli layihələrin reallaşması nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Vətəndaşlarımızın və soydaşlarımızın birlik və həmrəylik duyğuları, milli mənlik şüuru güclənmişdir. Bu mərhələdə qarşımızda duran ən mühüm vəzifə, bir tərəfdən Azərbaycan həqiqətlərini bütün dünyada fəal təbliğ etmək, dövlətimizin müsbət imicini gücləndirmək, digər tərəfdən məkrli erməni təbliğatını ifşa etmək, ona qarşı aktiv hücum mövqeyi tutmaqdır.
Bu əziz bayram münasibətilə dünyada yaşayan həmvətənlərimizi və bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, hər birinə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıram!

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti.

Bakı şəhəri, 25 dekabr 2007-ci il.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.