Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Xalqımız 2008-ci ili böyük təmtəraqla, atəşfəşanlıq, ruh yüksəkliyi ilə qarşıladı. Bu coşqunluq 2007-ci ildə cəmiyyətimizin bütün sahələrində qazandığımız uğurların təbii nəticəsi idi. Ötən il respublika iqtisadiyyatı yüksək templə inkişaf etdi. Ölkə büdcəsi təsəvvürəgəlməz dərəcədə artıb 12 milyard manatı keçdi. Dövlət başçısının hələ prezident seçkiləri ərəfəsində vəd verdiyi kimi, Azərbaycanda 600 mindən çox yeni iş yerləri açıldı. Cəmiyyətimiz bir az da demokratikləşdirildi. Bütün bunlar əhalinin həyat tərzinin hissediləcək qədər yüksəlməsinə imkan yaratdı. Ötən il əməkhaqları, müavinətlər, pensiyalar və sair qat-qat artırıldı. İşçilərin iş şəraiti xeyli yaxşılaşdı. 2007-ci il xalqımızın tərkib hissəsi olan həmkarlar ittifaqları üçün də əlamətdar sayıla bilər. AHİK-in II qurultayında irəli sürülən tapşırıqlara uğurla yekun vuruldu. Qarşıya qoyulan tələblər, müəyyənləşdirilən istiqamətlər əsasən həllini tapdı. İşçilərin mənafelərinə xidmət edən onlarla təklifi, tələbi hökumətimiz tərəfindən araşdırılıb reallaşdırıldı. Qanunvericilik aktlarında bəzi dəyişikliklər aparılması barədə təşəbbüslərini reallaşdıra bildi. İqtisadi islahatların, qloballaşmanın gətirdiyi bəzi mənfi çalarlara baxmayaraq, işçilərin əmək və sosial hüquqlarının keşiyində cəsarətlə durdu. Cəmiyyətin sayılan qurumu imicini qoruyub saxlamağı bacardı. Sıralarını həm üzv, həm də təşkilatlar baxımından daha da genişləndirdi. Azərbaycan həmkarlar ittifaqı beynəlxalq həmkarlar ittifaqı hərəkatında öz yerini bir qədər də möhkəmləndirdi. Artıq ilk ayının ilk dekadasını yola saldığımız 2008-ci il həmkarlar ittifaqları üçün yeni uğurların başlanğıcı ili olacaqdır. Məhz bu il, konkret olaraq fevralın 5-6-da AHİK-in keçiriləcək III qurultayı yeni fəaliyyət istiqaməti müəyyənləşdirməlidir. Bu istiqamətlər xalqımızın firavanlığına, əmin-amanlığına, cəmiyyətimizin saflığına xidmət göstərəcəkdir. 2007-ci ildə "Ülfət" qəzeti də oxucularına ölkədə gedən iqtisadi, sosial, mədəni prosesləri operativ, ətraflı, dəqiq çatdırmağa çalışmışdı. Öz səhifələrində işçilərin arzularına, uğurlarına, problemlərinə geniş yer ayırmışdı. Həmin ənənəni yeni ildə də daha maraqlı təqdimatlarda davam etdirməyi qarşımıza məqsəd qoymuşuq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.