Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bu gün, sabah bütün Bakı, Respublikanın regionları adəti üzrə 20 Yanvar şəhidlərinin hüzuruna axışacaq. "Salam, 20 Yanvar şəhidlərimiz!" - deyəcək. Deyirlər zaman bu günü keçmiş edir. Amma zaman da Sizin qarşınızda acizdir. İllər ötdükcə Siz öz xalqınıza daha da yaxınlaşırsınız. Biz Sizi zaman-zaman daha yaxşı, daha dərindən dərk edirik. O vaxt Vətən məhv olmaq təhlükəsində idi. Bir xalq kimi yer üzündən silinə bilərdik. Bu təhlükənin fitvası ermənilərin təhriki ilə imperiyanın mərkəzində-Kremldə verilmişdi. Sovet dövləti öz vətəndaşları olan azərbaycanlılara qarşı əsl müharibəyə başladı. Sovet ordusunun qoşunu üç tərəfdən mühasirəyə alınmış paytaxtımıza girdi. O vaxtkı rəsmi dövlət məlumatlarına görə, Bakı əhalisinin 131 nəfəri öldürüldü, 744 nəfəri yaralandı. Yüzlərlə insan təhqiramiz istintaq orqanlarına çağırıldı. Hələ maddi və digər mənəvi ziyanları saya gətirmirik. Faciə böyük idi. Bəlkə də sovet imperiyasının tarixində onun işğalçı ordusu ən qəddar əməliyyatını respublikamızın paytaxtında sınaqdan çıxarmışdı. Amma digər tərəfdən, ağır itkilərə baxmayaraq, 20 Yanvar faciəsi Azərbaycanın, onun xalqının tarixində əvəzedilməz əhəmiyyət daşıyan hadisə oldu. Bizcə, 20 Yanvar şəhidlərimizin hünərini, tarixi xidmətlərini ancaq İmam Hüseynin şəhidlik zirvəsi ilə müqayisə etmək mümkündür. İmam Hüseyn öz ölümü ilə İslam dinini xilas etdi. 20 Yanvar şəhidləri isə özlərinin cəsarəti ilə Azərbaycanın qollarından müstəmləkə zəncirini qırıb atdılar. Öz qanları ilə artıq şəhid olduqları gündən doğma, gözəl, şirin Vətənin Azadlığına möhür basdılar. Sonrakı aylarda müstəqilliyimiz yalnız sənədlərlə rəsmiləşdirildi. 20 Yanvar hadisələrinin ən böyük xidmətlərindən biri də o idi ki, xalq bir hədəfə doğru birləşmək bacarığının mümkünlüyünə inandı. Deməli, biz monolit kimi birləşməyi bacarırıq! Ədalət naminə etirfa edək ki, sözügedən faciəmizin xalqın yaddaşına olduğu kimi köçməsi, əbədiləşməsi, qəhrəmanlıq salnaməmizin ən sayılıb-seçilən səhifəsinə çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük insan faciədən dərhal sonra ən sıravi azərbaycanlılar sırasında şəhid olmağa getdi. İmperiyanın göbəyində- Azərbaycan Respublikasının Moskvadakı nümayəndəliyində faciənin mahiyyətini açıqladı. Günahkarların kim olduğunu dünya ictimaiyyətinə çatdırdı. Təxribat mərkəzindən sağ-salamat çıxmağına Allah zəmanət vermişdi. Çünki o, sonradan vətəndaş müharibəsinə sürüklənən Azərbaycana lazım olacaqdı. Xalqın təklidi ilə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra Milli Məclisdə 20 Yanvara hüquqi-siyasi qiymət verilməsinə nail oldu. Şəhid ailələrinə dövlət qayğısını artırdı. Özülü Heydər Əliyev tərəfindən qoyulmuş bu ənənəni cənab Prezidentimiz İlham Əliyev də böyük məmnuniyyətlə davam etdirir. Cənab İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli fərmanı ilə 20 Yanvar şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunmuşdur. Fərmana əsasən məlum faciə zamanı həlak olmuş hər bir şəxsin ailəsinə 300 manat məbləğində təqaüd verilir. Bu gün dünyanın çox geniş coğrafi ərazisində 20 Yanvar faciəsi xaricdə yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir. Ən böyük ictimai təşkilat olaraq həmkarlar ittifaqı da 20 Yanvar şəhidlərinin ailələri üçün az iş görməmişdir. Hələ hadisələrdən dərhal sonra sənədləşmələr aparılmış, şəhid ailələrinin pensiya hüquqları təmin edilmişdir. Bir çox ilk, yerli və respublika Hİ təşkilatları 20 Yanvar şəhidlərinin ailələrinin problemlərinin həllini öz üzərinə götürmüşdür. Şəhid ailələrinə maddi, mənəvi yardımı, şəhid balalarının işlə təmin edilməsini əsas vəzifələrindən biri bilir. Hər il AHİK öz fondundan 20 Yanvar şəhidlərinin ailələrinə kömək məqsədi ilə xeyli vəsait ayırır. Bütün bunlar ona görədir ki, tariximizin ən əhəmiyyətli, ən müqəddəs günlərindən sayılan 20 Yanvar hadisələri, onun qurbanları əbədiyaşar olsun.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.