Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

DAVOS İQTİSADİ FORUMU DAVAM EDİR

25.01.08 - 18:36585 baxılıb

Builki forumda 88 ölkədən 2500 nəfər, o cümlədən 27 dövlət və hökumət başçısı, 113 nazir, ən tanınmış 1000 şirkətin nümayəndələri iştirak edir. Forum iştirakçılarının 60 faizi biznes təmsilçiləridir. "Əməkdaşlıq yeniliklərinin gücü" devizi adı altında keçirilən indiki forumda əsas diqqət iqtisadi qeyri-sabitlik, iqlim dəyişikliyi və dünyada bərabər davamlı iqtisadi artımın təmin edilməsi məsələlərinə yönəlmişdir. Beş gün ərzində 240 iclasın keçirilməsi nəzərdə tutulmuşdur. İclaslar əsasən "Biznes - əməkdaşlıq və rəqabət", "İqtisadiyyat və maliyyə - iqtisadi təhlükəsizlik məsələlərinin həlli", "Coğrafi vəziyyət - müxtəlif maraqlar əsasında alyanslar", "Elm və texnologiya - yeni innovasiyalar", "Dəyərlər və cəmiyyət - gələcək dəyişikliklərin başa düşülməsi" bölmələri üzrə təşkil olunur.
Enerji sammiti forumun mahiyyətini təşkil edir. Forumun əsas iclasını Dünya İqtisadi Forumunun nümayəndəsi açaraq, Prezident İlham Əliyevə, digər dövlət və hökumət başçılarına, bütün qonaqlara tədbirdə iştirak etdiklərinə görə minnətdarlıq etdi. O bu mötəbər tədbirdə dünya əhəmiyyətli məsələlərin səmərəli əməkdaşlıq ruhunda müzakirə olunacağını bildirdi.
İclasda çıxış edən ABŞ, Rusiya, Litva, Böyük Britaniya, Fransa, Yaponiya, İsveçrə, Qətər, Türkiyə, Belçika, Səudiyyə Ərəbistanı, İraq, Norveç, Çin, Küveyt və Nigeriya nümayəndə heyətlərinin rəhbərləri əsasən neft-qaz ölkəsi kimi tanınan ölkələrdə iqtisadi inkişafdan söhbət açdılar. Çıxışlarda bəzi qlobal problemlər önə çəkildi, enerji sahəsində əməkdaşlığın çoxtərəfli perspektivləri, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və enerjidaşıyıcılarının qiymətləri barədə danışıldı. Enerji təhlükəsizliyinin təmin olunmasında karbohidrogen ehtiyatları ilə zəngin ölkələrin, o cümlədən Azərbaycanın rolu vurğulandı. Hazırda neft-qaz ixracatçısına çevrilən Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində gördüyü işlər yüksək qiymətləndirildi, bunların uğurlu və uzaqgörən olduğu xüsusi vurğulandı.
İclasda iqlim dəyişikliyinə təsir göstərən amillərin aradan qaldırılmasının, atmosferə buraxılan karbon qazının azaldılmasının, gələcəkdə enerji sahəsində səmərəli əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulandı.
Azərbaycan Prezidenti İlham Əliyev diskussiya xarakterli çıxışında ölkəmizdə gedən iqtisadi inkişafdan, aparılan islahatlardan, enerji layihələri və energetika sahəsində görülən işlərdən danışdı. Dövlətimizin başçısı forum iştirakçılarının ölkəmizin enerji potensialı, Avropanın enerji təhlükəsizliyindəki rolu və digər mühüm məsələlərlə bağlı suallarına ətraflı cavab verdi.
İclas çərçivəsində Dünya İqtisadi Forumu ekspertlərinin hazırladıqları "2008-ci ilin qlobal riskləri" adlı hesabatla bağlı dinləmələr də keçirildi. Belə bir əsas fikir səsləndi ki, ekspertlər Asiyanın inkişaf etməkdə olan ölkələrinin dünya iqtisadi inkişafının lokomotivi olacağını istisna etmirlər. Eyni zamanda hesabatda ixracdan asılı olan ölkələrin qlobal problemlə üzləşəcəyi barədə xəbərdarlıq edilir. Hesabatda yaxın 10 ildə neftə tələbatın 40 faizədək artacağı bildirilir, buna görə də enerjidaşıyıcılarının tədarükünün bir neçə il əvvəlcədən görülməsi tövsiyə olunur.
İclasda iştirak edən dövlət başçıları, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və digər rəsmi şəxslər Prezident İlham Əliyevlə görüşərək, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri ilə maraqlandılar və gələcək perspektivlər barədə qısa fikir mübadiləsi etdilər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.