Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

13.06.08 - 18:13453 baxılıb

iyunun 2-də
… Ukraynanın müdafiə naziri Yuri Yexanurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… İsrailin milli infrastruktur naziri Binyamin Ben-Eliezerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Norveçin dövlət katibi, neft sənayesi və energetika nazirinin müavini xanım Liv Monika Stabholdtun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə əlaqələndiricisi Stiven Mənnin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Rusiyanın "Qazprom" ASC idarə heyətinin sədri, Direktorlar Şurasının sədr müavini Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.


Azərbaycan Respublikasının Nazirlər Kabineti

13.06.08 - 17:57551 baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

Qərar № 119 Bakı şəhəri, 26 may 2008-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2008-2009-cu illər üçün Baş Kollektiv Sazişin bağlanması haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası qərara alırlar:
1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2008-2009-cu illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


AHİK sədri, millət vəkili cənab Səttar Mehbalıyevə

18.05.08 - 8:48459 baxılıb

Hörmətli cənab sədr!

Sizin birbaşa təşəbbüsünüz və səyinizlə yaranan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ötən illər ərzində təşkilatlanmış, cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial-ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu təşkilatlara üzv qəbul edilmişdir.


“Heydər Əliyev irsini öyrənirik”

18.05.08 - 8:48542 baxılıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə "Biz Heydər Əliyev irsini öyrənirik" adlı müsabiqənin yekunlarına həsr olunmuş təntənəli tədbir keçirmişdir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

27.04.08 - 9:38486 baxılıb

Aprelin 21-də
…Prezident Sarayında Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Prezidenti, FİDE-nin prezidenti Kirsan İlyumjinovu qəbul etmişdir.
…Beyləqan və Füzili rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
…Prezident Sarayında Litva Respublikasının Baş naziri Gediminas Kirkilasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

19.04.08 - 13:12501 baxılıb

Aprelin 14-də
… Prezident Sarayında Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas keçirmişdir. Sədrlik etdiyi bu iclası giriş nitqi ilə açmışdır.


Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, akademik cənab Ramiz Mehdieyvə

19.04.08 - 13:11533 baxılıb

Hörmətli Ramiz müəllim!
Sizi anadan olmagınızın 70 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və uzun ömür, xoşbəxtlik və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

15.04.08 - 12:24480 baxılıb

Aprelin 7-də
… Qızıl Aypara Gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır.
… Prezident Sarayında "Azərbaycanda siyasi hüquqların qorunması-yeni meyarlar" mövzusunda beynəlxalq konfransın xarici ölkələrdən olan nümayəndələrini qəbul etmişdir.
… Prezident SarayındaTürkmənistanın müdafiə naziri Ağagəldi Mamedgəldiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

07.04.08 - 11:49500 baxılıb

Martın 31-də
… Prezident Sarayında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasının iştirakçılarını qəbul etmişdir.


Azərbaycan Respublikasının Prezidenti

03.04.08 - 11:37436 baxılıb

31 Mart Azərbaycanlıların Soyqırımı Günü
münasibətilə Azərbaycan xalqına müraciət

Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Hər il olduğu kimi, bu il də sizə bütün dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi soyqırımı qurbanlarını anma günü - 31 Mart münasibətilə müraciət edirəm.


Martın 3-...

10.03.08 - 17:14581 baxılıb

Martın 3-də
… Gəncə şəhərinə səfərə gəlmişdir.
… Rusiya Federasiyasının prezidenti seçkilərində qalib gəlmiş Dmitri Medvedevə zəng etmişdir.
… Gəncədə dahi Nizaminin məqbərəsini ziyarət etmişdir.
… Şəhərin girəcəyindəki, yenidən bərpa edilmiş "Gəncə darvazası"na və qala divarına baxmışdır.
… Gəncənin Heydər Əliyev prospektində yerləşən "Gəncə Sənaye Cihaz" Açıq Səhmdar Cəmiyyətində olmuşdur.
… "Daşkəsən filizsaflaşdırma" ASC-nin Gəncə polad kompleksinin və Det-al alüminium zavodunun təməlqoyma mərasimində iştirak etmişdir.
… 2005-ci il oktyabrın 11-də təməlini qoyduğu Gəncə regional müalicə-diaqnostika mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
…Gəncədən Naftalan şəhərinə gəlmişdir. Əvvəlcə şəhərin mərkəzində yerləşən və ulu öndər Heydər Əliyevin adını daşıyan parkla tanış oldu. Xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ümummilli liderin parkda ucaldılmış abidəsini ziyarət edərək, gül dəstələri qoydular.
… Naftalandakı "Çinar" sanatoriyasında aparılan əsaslı təmir və bərpa işləri ilə tanış oldu.
… Naftalan İstirahət və Sağlamlıq Mərkəzi ilə tanış olmuşdur.
… Heydər Əliyev muzeyi ilə tanışlıqdan sonra parkda Naftalan şəhərinin ziyalıları ilə görüşmüşdür.


Pan Avropa Regional Şurasının görüşü keçirilmişdir

10.03.08 - 17:14521 baxılıb

Martın 3-də Brüssel şəhərində Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin 2-ci görüşü keçirilmişdir. Görüşdə Azərbaycan həmkarlar ittifaqını AHİK sədrinin müavini A.Dadaşov təmsil etmişdir. Tədbirə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi ilə yanaşı Avropa ölkələrinin milli həmkarlar ittifaqları mərkəzlərinin nümayəndələri dəvət almışdılar.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

03.03.08 - 15:12533 baxılıb

Fevralın 25-də
… Çingiz Aytmatovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
… "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi qaydaları"nın təsdiq edilməsi haqqında Fərman imzalamışdır.
… Moskvada keçirilmiş MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısından Bakıya qayıtmışdır.
… Prezident Sarayında məşhur yazıçı Çingiz Aytmatovu qəbul etmişdir.
… Prezident Sarayında ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə əlaqələndiricisi Stiven Mənnin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.


HƏFTƏNİN RƏSMİ XRONİKASI

25.02.08 - 11:42667 baxılıb

Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev


Fevralın 18-də
… Macarıstana dövlət səfərinə yola düşmüşdür.
… Macarıstan Prezidentinin iqamətgahının, Şandor sarayının önündəki müqəddəs Georgi meydanında rəsmi qarşılanmışdır.
… Budapeştdə, Şandor sarayında Macarıstan Prezidenti Laslo Şoyomla geniş tərkibdə görüşmüşdür.
… Budapeştdə Macarıstanın nüfuzlu dövlət ali məktəblərindən biri olan Korvinus Universitetinin fəxri doktoru adının ona təqdim olunma mərasimində iştirak etmişdir.


Həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin əsas institutlarındandır

18.02.08 - 15:51538 baxılıb

Sosial-əmək münasibətlərinin harmoniyası qanunların aliliyinin təmin olunmasını tələb edir

“Hesab edirəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu qurumların imkanlarından bəhrələnərək əməyin təşkili və sosial problemlərin həlli sahəsində qabaqcıl dünya təcrübəsini dərindən öyrənməli və ölkəmizdə tətbiq etməlidir”.
İlham ƏLİYEV


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

18.02.08 - 15:50487 baxılıb

Fevralın 11-də

Bakının "Gülüstan" sarayında "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördillik yekunlarına həsr olunmuş konfransda iştirak etmişdir.
… Konfrans iştirakçıları üçün sarayın foyesində açılmış və ötən dörd il ərzində regionlarda görülən işlərin nəticəsini əks etdirən, ölkəmizin 10 iqtisadi rayonunu əhatə edən 100-ə yaxın yerli şirkətin istehsal etdiyi müxtəlif növ məhsullardan ibarət sərgi ilə tanış olmuşdur.
… Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin quraşdırdığı müasir monitor vasitəsilə Quba rayonunun Xınalıq kəndi ilə canlı əlaqəyə girmişdir.
… "Gülüstan" sarayında keçirilən konfransı giriş nitqi ilə açdı.
… "Gülüstan" sarayında keçirilən konfransda yekun nitqi söylədi.


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AHİK-in III QURULTAYININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

10.02.08 - 16:40624 baxılıb

Azərbaycan Prezidenti
İlham Əliyev fevralın 5-də Prezident Sarayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının iştirakçılarını qəbul etmişdir.
Prezident İLHAM ƏLİYEV
qonaqlara müraciətlə dedi:

-Hörmətli qonaqlar!
Mən sizin hamınızı Azərbaycanda salamlayıram. Azərbaycana xoş gəlmisiniz.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası III qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə MÜRACİƏTİ

10.02.08 - 16:40436 baxılıb

Möhtərəm cənab Prezident!
Sizin prezidentliyiniz dövründə müstəqil Azərbayjan Respublikasının sosial-iqtisadi problemlərinin həlli istiqamətində ardıjıl həyata keçirilən islahatlar və regionların inkişafı ilə bağlı qəbul edilən qərarlar respublikamızın dinamik inkişafını təmin edərək əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində möhkəm dönüş yaratmışdır. Qısa müddət ərzində qazandığımız uğurlar ölkəmizin bütün ijtimaiyyəti kimi, həmkarlar ittifaqı üzvləri tərəfindən də rəğbətlə qarşılanaraq gələjəyə olan inamı daha da artırmışdır.


AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ RƏHBƏRLİYİ VƏ AHİK-in III QURULTAYINA DƏVƏT OLUNMUŞ XARİCİ QONAQLAR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR

10.02.08 - 16:39562 baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi və AHİK-in III qurultayında iştirak edən beynəlxalq qurumların və xarici ölkələrin həmkarlar İttifaqı təşkilatının nümayəndələri fevralın 5-də Fəxri Xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.


Səttar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir

10.02.08 - 16:38581 baxılıb

Fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayı keçirilmişdir.
Milli Məclisin deputatı Səttar Suliddin oğlu Mehbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir.


< 1 2 3 4 5 6 7 8 9 10 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.