Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

SƏRANCAM

05.02.08 - 14:52551 baxılıb

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI ƏMƏKDAŞLARINA “AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ” FƏXRİ ADININ VERİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


AHİK-in III qurultayı 2008-ci il fevralın 5-6-da Azərbaycan Dövlət Opera və Balet Teatrının binasında keçirilir

05.02.08 - 14:51592 baxılıb

Qurultaya həmkarlar ittifaqı üzv təşkilatlarının hər birindən birbaşa nümayəndəlik əsasında 420 nəfər həmkarlar ittifaqı fəalı nümayəndə seçilmişdir.


AHİK-in III qurultayı

05.02.08 - 14:11528 baxılıb

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ ƏMƏKDAŞLARI, III QURULTAYIN NÜMAYƏNDƏLƏRİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR


HƏFTƏNİN RƏSMİ XRONİKASI

25.01.08 - 18:41809 baxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev


DAVOS İQTİSADİ FORUMU DAVAM EDİR

25.01.08 - 18:36630 baxılıb

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 23-də İsveçrənin Davos şəhərində açılmış ənənəvi, 38-ci illik Dünya İqtisadi Forumu davam edir. Yanvarın 28-də başa çatacaq forumda müasir dövrün siyasi və iqtisadi problemləri diqqət mərkəzindədir.
Yanvarın 24-də "Morasani Şveizerhov" mehmanxanasında Davos forumunun "Energetika sənayesində günəş enerjisinin rolu" mövzusunda əsas iclası keçirilmişdir. Bu, bir növ enerji sammiti də adlanır.
Prezident İlham Əliyev iclasda iştirak etmişdir.


HƏFTƏNİN RƏSMİ XRONİKASI

19.01.08 - 10:36598 baxılıb

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

Yanvarın 14-də
... Prezident Sarayında ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya), Mətyu Brayzəni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
... Prezident Sarayında ABŞ senatoru Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.


SALAM, 20 YANVAR ŞƏHİDLƏRİ!

19.01.08 - 10:35589 baxılıb

Bu gün, sabah bütün Bakı, Respublikanın regionları adəti üzrə 20 Yanvar şəhidlərinin hüzuruna axışacaq. "Salam, 20 Yanvar şəhidlərimiz!" - deyəcək. Deyirlər zaman bu günü keçmiş edir. Amma zaman da Sizin qarşınızda acizdir. İllər ötdükcə Siz öz xalqınıza daha da yaxınlaşırsınız. Biz Sizi zaman-zaman daha yaxşı, daha dərindən dərk edirik.
O vaxt Vətən məhv olmaq təhlükəsində idi. Bir xalq kimi yer üzündən silinə bilərdik. Bu təhlükənin fitvası ermənilərin təhriki ilə imperiyanın mərkəzində-Kremldə verilmişdi.


125 ŞƏHİD AİLƏSİNƏ YARDIM OLUNMUŞDUR

19.01.08 - 10:35549 baxılıb

Sabah 20 Yanvar faciəsinin on səkkizinci ili tamam olur. Ötən bu illər ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası mütəmadi olaraq şəhid ailələri ilə görüşlər keçirmiş, onlara pul yardımları göstərmişdir.


HƏFTƏNİN RƏSMİ XRONİKASI

12.01.08 - 9:01563 baxılıb

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

Yanvarın 7-də
... Abşeron rayonunun 45 illiyi münasibətilə rayonun sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan bir qrup şəxsə fəxri adların və "Tərəqqi" medalının verilməsi barədə sərəncam imzalamışdır.


YENİ İL YENİ UĞURLAR İLİ OLSUN!

12.01.08 - 9:00782 baxılıb

Xalqımız 2008-ci ili böyük təmtəraqla, atəşfəşanlıq, ruh yüksəkliyi ilə qarşıladı. Bu coşqunluq 2007-ci ildə cəmiyyətimizin bütün sahələrində qazandığımız uğurların təbii nəticəsi idi. Ötən il respublika iqtisadiyyatı yüksək templə inkişaf etdi. Ölkə büdcəsi təsəvvürəgəlməz dərəcədə artıb 12 milyard manatı keçdi. Dövlət başçısının hələ prezident seçkiləri ərəfəsində vəd verdiyi kimi, Azərbaycanda 600 mindən çox yeni iş yerləri açıldı.


DÜNYA AZƏRBAYCANLILARINA!

29.12.07 - 9:05599 baxılıb

Əziz həmvətənlər!
Hörmətli soydaşlarımız!
Sizə xalqımızın ən əziz bayramlarından biri olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edirəm. 31 dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il ümummilli bayram kimi təntənə ilə qeyd edilir. Onun əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir.


İSTİRAHƏT GÜNLƏRİNİN YERİ DƏYİŞDİRİLDİ

29.12.07 - 9:01662 baxılıb

Nazirlər Kabineti 2007-ci ilin 29 və 30 dekabr istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul etmişdir.


ƏHALİNİN RİFAH HALI YAXŞILAŞIR

29.12.07 - 9:00663 baxılıb

Azərbaycan Respublikası Prezidenti əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2008-ci il yanvarın 1-dən 60 manat müəyyən edilib.
Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2008-ci il yanvarın 1-dən 60 manat olacaq. Bu məbləğ Respublika Prezidentinin əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncamı ilə müəyyən edilmişdir.
Dövlət başçısının digər sərəncamları ilə 2008-ci il yanvarın 1-dən ehtiyac meyarının həddi 45 manat, yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 manat təsdiq olunmuşdur.
Ölkə başçısının fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılaraq 750 manat olmuşdur.
Yaşayış minimumu, o cümlədən əmək qabiliyyətli əhali üçün 79, pensiyaçılar üçün 55, uşaqlar üçün 59 manat məbləğində müəyyənləşdirilmişdir.


RƏSMİ XRONİKA

15.12.07 - 9:00491 baxılıb

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

dekabrın 10-da

…Keniya Respublikasının Prezidenti Mvai Kibakiyə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərmişdir.
…Burkina-Fasonun Prezidenti Blayz Kompaoreyə bu ölkənin milli bayramı - Respublika Günü münasibətilə təbrik məktubu göndərmişdir.


MÜKAFAT TƏQDİM EDİLDİ

01.12.07 - 9:00764 baxılıb

Noyabrın 23-də "Baku Steel Company" Şirkətində bu müəssisənin prezidenti Paola Pərvizə həmkarlar ittifaqı qarşısında xidmətlərinə görə layiq görüldüyü AHİK-in yubiley medalının təqdimetmə mərasimi olmuşdur.
Yubiley medalını təqdim edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev demişdir ki, "Baku Steel Company" Azərbaycan iqtisadiyyatında xüsusi çəkisi olan xarici şirkətlərdəndir. Şirkət rəhbərliyi, şəxsən cənab Paola Pərviz istehsalatın normal fəaliyyət göstərməsində, inkişafında işçilərin sosial ehtiyaclarının ödənilməsinin, onların əmək şəraitinin standartlara uyğun təşkilinin önəmli rol oynadığını əsas amil kimi önə çəkmişlər.


RƏSMİ XRONİKA

24.11.07 - 9:00664 baxılıb

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

noyabrın 19-da
… "Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına məktub göndərmişdir.
… Türkiyə-Yunanıstan Qaz Kəmərinin açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir.


RƏSMİ XRONİKA

17.11.07 - 9:00652 baxılıb

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

noyabrın 12-də
… Prezident Sarayında Bolqarıstanın Baş naziri Sergey Stanişevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Prezident Sarayında Avrasiya Fondunun prezidenti Horton Bibi-Senterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Cənubi Koreyadan gətirilmiş və şəhərdaxili marşrutlarda istifadə üçün nəzərdə tutulmuş çoxyerli avtobusların təqdimat mərasimində iştirak etmişdir.
… Prezident Sarayında Polşa İctimai Televiziyası TVP-1-in müxbiri Maria Pşelometsə müsahibə vermişdir


HƏFTƏNİN RƏSMİ XRONİKASI

10.11.07 - 9:00850 baxılıb

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

noyabrın 5-də
… Prezident Sarayında ABŞ-ın "Sülh korpusu" təşkilatının direktoru Ronald Tşetterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Prezident Sarayında Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernar Amodrik dü Şafonu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.


HƏFTƏNİN RƏSMİ XRONİKASI

03.11.07 - 9:01694 baxılıb

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

oktyabrın 29-da
Prezident sarayında Estoniyanın xarici işlər naziri Urmas Paetin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Prezident sarayında bp qrupunun kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endrü İnqlisi qəbul etmişdir.


QURULTAYIN VAXTI MÜƏYYƏNLƏŞDİRİLDİ

03.11.07 - 9:00585 baxılıb

Noyabr ayının 1-də AHİK-in VI Məclisi keçirilmişdir. AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevin sədrliyi ilə keçirilən Məclisdə AHİK-in III Qurultayının çağırılması haqqında məsələ müzakirə edilmiş, müvafiq qərar qəbul olunmuşdur.


< 1 2 3 4 5 ... 7 8 9 10 11 >

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.