Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Rusiyanın "Vesti" televiziya kanalına müsahibə vermişdir. … Bakıda Azərbaycan Respublikası Hesablama Palatasının yeni inzibati binasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
(dekabrın 22-də)
… Sumqayıt texnoparkının birinci mərhələsində inşa olunmuş obyektlərin açılış mərasimində iştirak etmişdir.
(dekabrın 23-də)
… və xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar bələdiyyə seçkiləri günü ilə əlaqədar Bakı şəhərinin 29 saylı Səbayel seçki dairəsinin 6 nömrəli məktəb-liseydə yerləşən 6 saylı seçki məntəqəsinə gələrək səs verdilər.
(dekabrın 24-də)
… və xanımı Mehriban Əliyeva paytaxtın Suraxanı rayonundakı keçmiş "Binə" ticarət mərkəzinin yerləşdiyi ərazidə aparılan yaşıllaşdırma işləri ilə tanış olmuşlar. … və xanımı Mehriban Əliyeva Xırdalan şəhərində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin müharibə veteranlarına və əlillərinə minik avtomobillərinin verilməsi mərasimində iştirak etmişlər. … və xanımı Mehriban Əliyeva Xırdalan şəhərində Abşeron Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişlər.
… Fransa Respublikasına rəsmi səfərə gəlmişdir. … Parisdə onun üçün ayrılmış iqamətgahda GDF Suez Şirkətinin vitse-prezidenti və baş əməliyyatçı direktoru Jan Fransua Srelli ilə görüşmüşdür.
(dekabrın 9-da)
… Parisdə Yelisey sarayında Fransa Respublikasının Prezidenti Nikola Sarkozi ilə görüşmüşdür. … Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları ilə görüşmüşdür. … Fransa Milli Assambleyasının sədri Bernar Akoyer ilə görüşmüşdür. … Parisdə onun üçün ayrılmış iqamətgahda Fransa xarici işlər naziri Bernar Kuşner ilə görüşmüşdür. … Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşmüşdür. … Fransa Respublikasına rəsmi səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
(dekabrın 10-da)
… Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li Ci-Hanın etimadnaməsini qəbul etmişdir. … Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu qəbul etmişdir.
(dekabrın 11-də)
... ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul etmişdir. ... Bakıda, Ziya Bünyadov və Azadlıq prospektinin kəsişməsindəki tunelin açılışında iştirak etmişdir.
…və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşlar. …və xanımı Mehriban Əliyeva Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olmuşlar. …Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyeri qəbul etmişdir. …Böyük Britaniyanın Yorq Hersoqu, şahzadə Endryunu qəbul etmişdir.
(dekabrın 3-də)
…Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması haqqında Sərəncam imzalamışdır.
…Almaniya Federativ Respublikasına işgüzar səfərini başa çatdıraraq Bakıya qayıtmışdır. …ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə müşaviri xanım Selest Vallanderin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir.
noyabrın 24-də
…Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə Ulyanovsk şəhərinə işgüzar səfərə gəlmişdir. …Ulyanovskın "Vostok" Beynəlxalq hava limanında Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən qarşılandı. …Rusiya Prezidenti Dmitri Medvedevlə görüşdü. …və Rusiya Prezidenti Dmitri Medvedev Volqa çayı üzərində körpü-keçidin birinci hissəsinin- ikiyaruslu yeni körpünün təntənəli açılış mərasimində iştirak etmişlər. …və Rusiya Prezidenti Dmitri Medvedev Volqa çayı üzərində körpü-keçidin açılışından sonra "Rusiya Federasiyası nəqliyyati kompleksinin innovasiya inkişafı" mövzusunda sərgi ilə tanış olmuşlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Ulyanovsk şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydanın açılış mərasimində iştirak etmişlər. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev birgə işçi naharda olmuşlar. …V.İ. Leninin ev- muzeyi ilə tanış olmuşdur. …Nəriman Nərimanovun abidəsini ziyarət etmişdir. …Rusiya Federasiyasının Ulyanovsk şəhərinə işgüzar səfərini başa çatdıraraq həmin gün vətənə qayıtmışdır.
... və xanımı Mehriban Əliyeva ölkəmizə rəsmi səfərə gələn Sloveniya Prezidenti Danilo Türkü və xanımı Barbara Mikliç Türkü səmimiyyətlə qarşıladılar. ... və xanımı Mehriban Əliyeva rəsmi qarşılanma mərasimindən sonra Sloveniya Respublikasının Prezidenti Danilo Türk və xanımı Barbara Mikliç Türk ilə birgə görüşmüşlər. ... Sloveniya Prezidenti Danilo Türklə təkbətək görüşmüşdür. ... Sloveniya Respublikasının Prezidenti Danilo Türklə təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparmışlar. ... və Sloveniya Prezidenti Danilo Türk geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Sloveniya sənədlərinin imzalanması mərasimində iştirak etmişlər. ... və Sloveniya Prezidenti Danilo Türk sənədlərin imzalanması mərasimi başa çatandan sonra mətbuat üçün bəyanatlarla çıxış etmişlər. ... və xanımı Mehriban Əliyeva Sloveniya Respublikasının Prezidenti Danilo Türkü və xanımı Barbara Mikliç Türkü Heydər Əliyev Fondunda qarşıladılar. ... və xanımı Mehriban Əliyeva «Gülüstan» sarayında onların adından Sloveniya Prezidenti Danilo Türkün və xanımı Barbara Mikliç Türkün şərəfinə verilmiş rəsmi ziyafətdə iştirak etmişlər.
noyabrın 10-da
... və Sloveniya Prezidenti Danilo Türk Bakıda keçirilmiş Azərbaycan-Sloveniya biznes forumunda iştirak etmişlər. ... Gürcüstanın ölkəmizdəki səfiri Nikoloz Natbiladzeni fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. noyabrın 11-də ... Türkiyənin dövlət naziri Hayati Yazıcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. ... İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir. ... Belarus Respublikasına rəsmi səfərə gəlmişdir.
noyabrın 12-də
... Minskdə, Prezident İqamətgahında Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən rəsmi qarşılandı. ... və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko rəsmi qarşılanma mərasimindən sonra təkbətək görüşdülər. ... və Belarus Prezidenti Aleksandr Lukaşenko təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdülər. ... və Belarus Prezidenti Aleksandr Lukaşenko geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimində iştirak etdilər və Birgə Bəyannaməni imzaladılar. ... Minsk şəhərinin «Qələbə» meydanında azadlıq rəmzi kimi ucaldılmış abidəni ziyarət etmişdir. ... Belarus Dövlət Universitetində olmuş, universitetin professor-müəllim heyəti və tələbələri qarşısında mühazirə ilə çıxış etmişdir. ... Belarus Dövlət Universitetində görüş başa çatdıqdan sonra Minsk şəhərindəki «Aqat» Elm-İstehsalat Birliyi ilə tanış olmuşdur. ... Belarus Respublikası Prezidentinin İqamətgahında Prezident Aleksandr Lukaşenkonun adından Onun şərəfinə verilmiş rəsmi naharda iştirak etmişdir.
... və xanımı Mehriban Əliyeva Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir. ... Türkiyənin Quru Qoşunları Komandanı İşık Koşanerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. ... Yalta şəhərinin başçısı Sergey Braykonu qəbul etmişdir.
noyabrın 3-də
... paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsinin yaxınlığında Bakı bərk məişət tullantılarının yandırılması zavodunun təməlqoyma mərasimində iştirak etmişdir. ... Serbiyada keçirilmiş şahmat üzrə Avropa çempionatının qalibi olan kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul etmişdir. ... Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lü Kvanq Çulu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
noyabrın 4-də
... və xanımı Mehriban Əliyeva Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində «BakuTel-2009» 15-ci yubiley beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin açılış mərasimində iştirak etmişlər. ... Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tureni qəbul etmişdir. ... Gürcüstan patriarx katalikosu II İlyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
noyabrın 5-də
... dünyanın səkkizinci möcüzəsi adlandırılan dəniz şəhərində əfsanəvi Neft Daşlarının 60 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etmişdir. ... ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya), Robert Bradkeni (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir. ... Minsk və Slutk Mitropoliti, Belarus üzrə patriarx Ekzarxı Filaretin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
oktyabrın 26-da ...Bakı şəhərində yerləşən Dövlət bayrağı meydanında tikinti işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
oktyabrın 28-də ...Türkiyə Böyük Millət Məclisinin ölkəmizdə səfərdə olan xarici əlaqələr komissiyasının üzvlərini qəbul etmişdir.
oktyabrın 29-da ...İsmayıllı rayonuna gəlmişdir. ...və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişlər. ...və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşlar. ...və xanımı Mehriban Əliyeva İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına parkla tanış olmuşlar. ...İsmayıllıda Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir. ...İsmayıllı rayonunda «Cavanşir Qala» beşulduzlu mehmanxana kompleksinin tikintisi ilə tanış olmuşdur. ...və xanımı Mehriban Əliyeva İsmayıllı rayonunun bu yaxınlarda 150 illiyi qeyd olunan İvanovka kəndinə gəlmişlər. ...İsmayıllı rayonuna səfərini başa çatdıraraq Ağsu rayonuna gəlmişdir. ...və xanımı Mehriban Əliyeva Ağsu şəhərinin mərkəzindəki Heydər parkında ulu öndərin abidəsini ziyarət etmiş, parkda aparılmış yenidənqurma və abadlıq işləri ilə tanış olmuşlar. ...və xanımı Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmiş, burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər. ...Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışnda, şəhər stadionunun və Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində iştirak etmiş, «Az-Qranata» MMC-nin şirələr və şərab emalı zavodunda aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. ...və xanımı Qəhrəmanlar parkının açılışında da iştirak etmişlər. ...Ağsu rayonuna səfərini başa vurmuşdur.
" border="0" style="float:left;margin-right:8px" width="120px" />oktyabrın 26-da ...Bakı şəhərində yerləşən Dövlət bayrağı meydanında tikinti işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.
oktyabrın 28-də ...Türkiyə Böyük Millət Məclisinin ölkəmizdə səfərdə olan xarici əlaqələr komissiyasının üzvlərini qəbul etmişdir.
oktyabrın 29-da ...İsmayıllı rayonuna gəlmişdir. ...və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişlər. ...və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşlar. ...və xanımı Mehriban Əliyeva İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına parkla tanış olmuşlar. ...İsmayıllıda Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir. ...İsmayıllı rayonunda «Cavanşir Qala» beşulduzlu mehmanxana kompleksinin tikintisi ilə tanış olmuşdur. ...və xanımı Mehriban Əliyeva İsmayıllı rayonunun bu yaxınlarda 150 illiyi qeyd olunan İvanovka kəndinə gəlmişlər. ...İsmayıllı rayonuna səfərini başa çatdıraraq Ağsu rayonuna gəlmişdir. ...və xanımı Mehriban Əliyeva Ağsu şəhərinin mərkəzindəki Heydər parkında ulu öndərin abidəsini ziyarət etmiş, parkda aparılmış yenidənqurma və abadlıq işləri ilə tanış olmuşlar. ...və xanımı Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmiş, burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər. ...Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışnda, şəhər stadionunun və Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində iştirak etmiş, «Az-Qranata» MMC-nin şirələr və şərab emalı zavodunda aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. ...və xanımı Qəhrəmanlar parkının açılışında da iştirak etmişlər. ...Ağsu rayonuna səfərini başa vurmuşdur.
...İsveçrə Konfederasiyasına rəsmi səfərə gəlmişdir.
oktyabrın 19-da
...İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Alain Berset ilə görüşmüşdür. ...İsveçrə Prezidenti Hans-Rudolf Merts tərəfindən rəsmi qarşılandı. ...və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Merts nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. ...və xanımı Mehriban Əliyeva Bern şəhər meriyasında olmuşlar. ...və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Merts geniş tərkibdə görüşdən sonra rəsmi nahar etmişlər. ...və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Merts mətbuat konfransı keçirmişlər. ...və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimində iştirak etmişlər.
oktyabrın 20-də
...İsveçrənin enerji, nəqliyyat, kommunikasiya və ətraf mühit üzrə federal müşaviri Morits Levenberger ilə görüşmüşdür. ...İsveçrə Konfederasiyasına rəsmi səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
oktyabrın 21-də
...Dünya Bankının sərəncamçı direktoru Nqozi Okonco-İvealanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
oktyabrın 22-də
...və xanımı Mehriban Əliyeva Bakıda, “Park İnn” hotelində zəmanəmizin görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin xatirəsini anma mərasimində iştirak etmişlər. ...Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul etmişdir. ...Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etmişdir. ...İran İslam Respublikası xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul etmişdir.
oktyabrın 12-də ... İordaniya Haşimilər Krallığına rəsmi səfərə gəlmişdir. ... və xanımı Mehriban Əliyeva İordaniya kralı II Abdullah və kraliça Raniyə tərəfindən Əmmanın Al Hummar sarayının önündə qarşılandılar. ... və xanımı Mehriban Əliyeva İordaniya kralı II Abdullah və xanımı Raniyə ilə birgə görüşmüşlər. ... və Kral II Abdullah Al Hummar sarayında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. ... geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra İordaniya Haşimilər Krallığının Baş naziri Nader Dəhəbi ilə görüşmüşdür. ... və xanımı Mehriban Əliyeva Əmmanda İordaniya Kralı II Abdullah və kraliça Raniyə tərəfindən onların şərəfinə verilmiş naharda iştirak etmişlər.
oktyabrın 13-də ... İordaniya Haşimilər Krallığına rəsmi səfərini başa vuraraq həmin gün Bakıya qayıtdı.
oktyabrın 14-də ... “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Bakıda keçirilən İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının nümayəndələrini qəbul etmişdir. ... “Şuşa” tankerinin istismara verilməsi mərasimində iştirak etmişdir.
oktyabrın 15-də ... Hövsan Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir. ... İran İslam Respublikası Prezidentinin İcra Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. ... Hövsan qəsəbəsində II Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı və minik avtomobillərinin təqdim olunması mərasimində iştirak etmişdir.
…Çexiya Respublikası Parlamenti Senatının sədri Prşemısl Sobotkanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Bilgəh-Sumqayıt avtomobil yolunun yenidənqurulması layihəsinin icrasına başlanması mərasimində iştirak etmişdir. …Bakının Babək prospekti ilə Məhəmməd Hadi və Mikayıl Əliyev küçələrinin kəsişməsində tikilmiş yeni yol qovşağı kompleksinin açılış mərasimində iştirak etmişdir.
...Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng etmişdir. ...Dmitri Medvedevi ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır. …Yerevanda keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında iştirak edən Azərbaycan komandasının üzvlərini qəbul etmişdir.
sentyabrın 15-də
…və xanımı Mehriban Əliyeva Təhsil Nazirliyinin Bakının Nəsimi rayonundakı elitar gimnaziyasının əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak etmişlər. …Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqsı qəbul etmişdir. …və xanımı Mehriban Əliyeva "Buta" sarayında "Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişlər. ...Mərasimdə geniş nitq ilə çıxış etmişdir. …Gürcüstanın Xarici İşlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir.
sentyabrın 16-da
…Böyük Britaniyanın enerji məsələləri üzrə dövlət naziri Lord Hantin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Müsəlman ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirlərini müqəddəs Ramazan bayramı münasibətilə qəbul etmişdir.
sentyabrın 17-də
…və xanımı Mehriban Əliyeva Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılış mərasimində iştirak etmişlər. …TÜRKSOY-un baş direktoru Düsen Kaseinovu qəbul etmişdir. …Bakının Parlament və Mehdi Hüseyn küçələrinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
...Paytaxtın Nərimanov rayonunda tikilən Heydər Əliyev Mərkəzində olmuşdur. İnşaat sahəsini gəzmiş və aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə yaxından tanış olmuşdur. …Bakı yollarında aparılan yenidənqurma və təmir-bərpa işləri ilə tanış olmuşdur.
sentyabrın 8-də
…Tacikistan Respublikasının prezidentinə və Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin sədrinə həmin ölkələrin müstəqillik günü münasibətilə təbrik məktubu göndərmişdir.
sentyabrın 9-da
…və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin eskiz layihəsi ilə tanış olmuşlar. …və xanımı Mehriban Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının Akademiya şəhərciyindəki parkın əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşlar. …İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Luici Maşanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
sentyabrın 10-da
…Ericsson şirkətinin birinci vitse-prezidenti Hans Vestberqi qəbul etmişdir.
sentyabrın 11-də
...Azərbaycan, Qazaxıstan, Rusiya Türkmənistan prezidentlərinin qeyri-formal görüşündə iştirak etmək üçün Qazaxıstana yola düşmüşdür.
…Bakının Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi İdman Olimpiya Mərkəzi"nin açılış mərasimində iştirak etmişdir. …"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" ictimai birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında" Sərəncam imzalamışdır.
sentyabrın 1-də
…və xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının Bakının Xəqani küçəsi 27 ünvanında yerləşən binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişlər.
sentyabrın 2-də
…"Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncam imzalamışdır.
sentyabrın 3-də
…Hacıqabul rayonuna gəlmiş, rayon Uşaq Tibb Mərkəzinin, Hacıqabul kərpic zavodunun açılış mərasimlərində iştirak etmiş, əsaslı yenidənqurma və bərpa işlərindən sonra rayon mədəniyyət evi ilə tanış olmuşdur.
avqustun 26-da … İsrail dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemin etimadnaməsini qəbul etmişdir. … Avropa Komissiyasının Azərbaycandakı nümayəndəsi Alan Vaddamsı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir.
avqustun 27-də … ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Almaniyanın "RWE" şirkətinin prezidenti Yurgen Qrossmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Avqustun 26-da Bakıda Gimnastika Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Mərasim iştirakçıları-idman ictimaiyyətinin nümayəndələri və inşaatçılar Prezident İlham Əliyevi və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanı hərarətlə qarşıladılar. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Prezident İlham Əliyev Gimnastika Kompleksinin layihəsi ilə tanış oldu. Məlumat verildi ki, tikinti üçün ayrılmış 3,5 hektar ərazidə möhtəşəm idman kompleksi inşa olunacaq, abadlıq və yaşıllaşdırma işləri aparılacaqdır. Ümumi sahəsi 15 min kvadratmetr olan üçmərtəbəli kompleksdə məşq və yarış zalları, ofislər, soyunub-geyinmə otaqları, kafe, restoran, emalatxana, anbarlar fəaliyyət göstərəcəkdir. Kompleks telekommunikasiya və nəzarət-idarəetmə sistemi ilə təmin ediləcəkdir. Bundan başqa, kompleksin ərazisində qazanxana, nasosxana, digər köməkçi bina və qurğular, 500 avtomobil yerlik yeraltı, 100 yerlik yerüstü dayanacaq olacaqdır. Kompleksdə keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir.
…və xanımı Mehriban Əliyeva ölkəmizə rəsmi səfərə gələn Latviya Prezidenti Valdis Zatlersi və xanımı Lilita Zatlereni səmimiyyətlə qarşıladılar. … və xanımı Mehriban Əliyeva rəsmi qarşılanma mərasimindən sonra Latviya Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere ilə görüşmüşlər. … və Latviya Prezidenti Valdis Zatlers təkbətək görüşmüşlər. … və Latviya Prezidenti Valdis Zatlers təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. … və Latviya Prezidenti Valdis Zatlersin iştirakı ilə geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimi olmuşdur. … və Latviya Respublikasının Prezidenti Valdis Zatlers birgə Bəyannamə imzaladılar. … Latviya və Azərbaycan prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimində iştirak etmişdir. … və Latviya Prezidenti Valdis Zatlers ali ordenlərlə təltif olunma mərasimi başa çatdıqdan sonra mətbuat üçün bəyanatlarla çıxış etmişlər. … və xanımı Mehriban Əliyeva Latviya Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlereni Heydər Əliyev Fondunda qarşıladılar. … və xanımı Mehriban Əliyeva "Gülüstan" sarayında onların adından Latviya Respublikasının Prezidenti Valdis Zatlersin və xanımı Lilita Zatlerenin şərəfinə verilmiş ziyafətdə iştirak etmişlər.
avqustun 11-də
… və Latviya Prezidenti Valdis Zatlers Bakıda, "Hyatt Regency-Naxçıvan" mehmanxanasında keçirilmiş Azərbaycan-Latviya biznes forumun işində iştirak etmişlər.
avqustun 12-də
… Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul etmişdir.
İyulun 27-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda aparılan abadlıq işləri və yeni yolların tikintisi ilə tanış olmuşdur. Əvvəlcə paytaxtın "Azneft" meydanından Bilgəh qəsəbəsinə qədər olan yolun kənarlarında aparılan abadlıq-quruculuq işləri ilə tanış oldu. O, Sabunçu dairəsindən Bilgəh qəsəbəsinə qədər çəkilən yeni yolda aparılan tikinti işlərinin gedişi ilə də maraqlandı. Bildirildi ki, bu yol hər iki istiqamətdə dörd zolaqdan ibarətdir. Sabunçu dairəsindən Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən yol artıq istifadədədir. Uzunluğu 6 kilometr 850 metr olacaq Mərdəkan dairəsi-Heydər Əliyev adına Beynəlxalq hava limanı yolunda isə tikinti işləri davam edir. Bundan sonra Mərdəkan-Bilgəh yolunun tikintisinə başlanacaqdır. Heydər Əliyev adına Beynəlxalq hava limanı-Bilgəh yolunun üzərində üç yol ötürücüsü, dörd piyada keçidi inşa ediləcəkdir. Dövlətimizin başçısı işlərin vaxtında və yüksək keyfiyyətlə görülməsi ilə bağlı tapşırıqlarını verdi.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 29-da Bakının Fəvvarələr meydanında yenidənqurma və Nizami küçəsindəki tarixi binalarda aparılan bərpa işləri ilə tanış olublar. Dövlət başçısına məlumat verilib ki, meydanda əsaslı təmir işləri yüksək səviyyədə görülür, ərazi tamamilə yenidən qurulur. Prezident Fəvvarələr meydanında yenidənqurma işlərinin yüksək səviyyədə və keyfiyyətlə aparılmasına dair tapşırıqlarını verib. Dövlət başçısı daha sonra Nizami küçəsindəki tarixi binalarda aparılan təmir-bərpa işlərinin gedişi ilə maraqlanıb. Ərazi ilə tanış olan Prezidentə məlumat verilib ki, paytaxtın mərkəzindəki qədim binalarda aparılan təmir-bərpa işləri yüksək səviyyədə həyata keçirilir. Binaların orijinallığının qorunub saxlanılmasına xüsusi diqqət yetirilir. Dövlət başçısı gələcəkdə də tarixi abidələrin qorunması ilə bağlı tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Küveytin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fəhd Saad Səid əl-Meyi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Dövlətimizin başçısı Küveytə rəsmi səfərini ikitərəfli münasibətlərimizin gözəl təzahürü kimi qiymətləndirdi. Səfər çərçivəsində əldə edilən razılaşmaların və müzakirə edilən məsələlərin gələcəkdə də Azərbaycan-Küveyt münasibətlərinin inkişafına xidmət göstərəcəyinə əminliyini vurğuladı. O, səfirin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə öz töhfəsini verdiyini bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.
iyulun 12-də ... Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfərə gəlmişdir.
iyulun 13-də ...onun üçün ayrılmış iqamətgahda BP şirkətinin icraçı direktoru Toni Hayvordu qəbul etmişdir. ...Böyük Britaniyanın Baş naziri Qordon Braunla görüşmüşdür. ...Görüşdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Böyük Britaniyanın BP şirkəti arasında qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimində iştirak etmişdir. ...Londonda məşhur siyasətçilərin, diplomatların, mətbuat nümayəndələrinin, Avropanın tanınmış publisistləri və ictimai xadimlərinin üzvü olduqları Kral Beynəlxalq Münasibətlər İnstitutunda görüş keçirmişdir. ... Böyük Britaniya Hökuməti adından onun şərəfinə verilmiş şam yeməyində iştirak etmişdir.
iyulun 14-də ...və xanımı Mehriban Əliyeva Bukingem sarayında Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası ülyahəzrət II Elizabet ilə görüşmüşlər. ...Londonda «British Council»in hazırkı sədri ser Cerard Lemos ilə görüşmüşdür. ...Böyük Britaniya parlamentinin Xarici münasibətlər komitəsinin üzvləri ilə görüşmüşdür. ...Böyük Britaniyanın energetika və ətraf mühit məsələləri üzrə dövlət katibi Ed Milibənd ilə görüşmüşdür.
iyulun 15-də ...Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfərini başa vuraraq Vətənə qayıtmışdır.
iyulun 16-da ...ATƏT-in baş katibi Mark Perrin de Brişambonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 6-da ...əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir məscid kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir. ...Təzəpir məscid kompleksinin açılışında iştirak edən xarici ölkələrin din xadimlərini qəbul etmişdir.
iyulun 7-də ...Belarusun Baş naziri Sergey Sidorskini qəbul etmişdir.
iyulun 8-də ...və xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasına rəsmi səfərə gələn Suriya Prezidenti Bəşşar əl-Əsədi və xanımı Əsma əl-Əsədi səmimiyyətlə qarşıladılar. ...və xanımı Mehriban Əliyeva rəsmi qarşılanma mərasimindən sonra Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd ilə birgə görüşmüşlər. ...və Suriya Prezidenti Bəşşar əl-Əsəd təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. ...və Suriya Prezidenti Bəşşar əl-Əsəd geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Suriya sənədlərinin imzalanması mərasimində iştirak etmişlər. ...və Suriya Prezidenti Bəşşar əl-Əsəd sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra mətbuat üçün bəyanatlarla çıxış etmişlər. ...və xanımı Mehriban Əliyeva Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd ilə Heydər Əliyev Fondunda olmuşlar. ...və xanımı Mehriban Əliyeva onların adından «Gülüstan» sarayında Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin və xanımı Əsma əl-Əsədin şərəfinə verilmiş rəsmi ziyafətdə iştirak etmişlər. Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.
iyulun 9-da ...və Suriya Prezidenti Bəşşar əl-Əsəd Azərbaycan-Suriya biznes forumun açılışında iştirak etmişlər. ...Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri şeyx Abdulla bin Zaid al-Nəhəyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 10-da ...ATƏT-in Minsk Qrupu həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul etmişdir.
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.