Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
… ABŞ-ın maliyyə katibinin müavini Stüart Livinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına paytaxta gətirilmiş kommunal xidmət göstərəcək yeni nəqliyyat növlərinə baxış keçirmişdir. …azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşına "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medallarının verilməsi haqqında Sərəncam imzalamışdır.
oktyabrın 20-də
…Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda iştirak və çıxış etmişdir. …Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. oktyabrın 21-də
…Avropa Şurası Parlament assambleyasının Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi komitəsinin Seçkiqabağı Missiyasının rəhbəri Pol Villin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
…İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …İran İslam Respublikası xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mohamməd Mehdi Axundzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
oktyabrın 12-də
…Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafındakı xidmətlərinə görə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin, "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Əməkdar Mühəndis" Fəxri adının verilməsi haqqında Sərəncam imzalamışdır. …Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak etmişdir.
oktyabrın 13-də
…Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının oktyabrın 1-dən orta hesabla 10 faiz artırılması barədə Sərəncam imzalamışdır.
oktyabrın 14-də
…və xanımı Mehriban Əliyeva Mingəçevir şəhərinə gəlmişlər. …Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yeni inzibati binasının, şahmat məktəbi binasının, həmçinin yenidən qurulmuş Mingəçevir-Xaldan yolunun, şəhərin "Günəşli" yaşayış massivinə çəkilən qaz xəttinin açılışında iştirak etmişlər. …və xanımı Mehriban Əliyeva M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının binasında aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə tanış olmuşlar. …və xanımı Mehriban Əliyeva Mingəçevir su anbarının və Su Elektrik Stansiyasının yerləşdiyi ərazidə olmuşlar. …və xanımı Mehriban Əliyeva Mingəçevirə səfərini başa çatdıraraq, Yevlax şəhərinə gəlmişlər. …Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmiş, burada yaradılmış şəraitlə tanış olmuşlar. …Yevlaxa səfəri çərçivəsində "Azərtoxum" MMC toxumçuluq müəssisəsinin açılışında da iştirak etmiş, istehsal prosesini izləmiş, hazır məhsulların sərgisinə baxmışdır. …və xanımı Mehriban Əliyeva Kür çayının sahilində inşa olunan bulvar-hotel kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşlar.
…Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə təhsil işçilərinin bir qrupuna "Şöhrət" ordeni, "Tərəqqi", "Dövlət qulluğunda fərqlənməyə görə" medalları və "Əməkdar müəllim" Fəxri adının verilməsi haqqında Sərəncam imzalamışdır. …Bakıda yəhudi məktəbinin açılışı münasibətilə respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini qəbul etmişdir. …Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və "Or-Avner" Fondu tərəfindən inşa edilmiş 450 yerlik "Xabad-Or-Avner" təhsil mərkəzinin açılış mərasimində iştirak etmişdir.
oktyabrın 05-də
…Naxçıvan Muxtar Respublikasına səfərə gəlmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoymuşdur. …Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəlmiş, ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin açılışında iştirak etmişdir. …Şərur rayonunun Yengicə kənd orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir. …Muxtar Respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında iştirak etmişdir. …Sədərək rayonuna gəlmiş, Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. …Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmişdir. …Sədərəkdəki "N" hərbi hissəsində olmuş, hərbi hissəyə təcili tibbi yardım maşını hədiyyə etmişdir. …Sədərək rayonunda yeni salınan Heydərəbad qəsəbəsinin açılışında iştirak etmişdir. …Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir. …məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir. …Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışında iştirak etmişdir. …Naxçıvan şəhərini içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir. oktyabrın 06-da
…Naxçıvan Muxtar Respublikasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvlərini, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bratkini (ABŞ), Bernar Fasyeni (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
oktyabrın 07-də
…Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə telefonla zəng etmiş, ad günü münasibətilə təbriklərini çatdırmış, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır. …bp-nin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …,xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra açılışında iştirak etmişlər.
…Özbəkistan Respublikasına rəsmi səfərə gəlmişdir. …Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovla təkbətək görüşmüşdür. …və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Daşkənddə təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparmışlar. …və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanma mərasimində iştirak etmiş və Birgə Bəyannamə imzalamışlar. …və Özbəkistan Prezidenti İslam Kərimov mətbuat üçün bəyanatlarla çıxış etmişlər. …Özbəkistan parlamentinin yuxarı palatası - Senatın binası ilə tanış olmuşdur. …və Özbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzindəki Müstəqillik meydanı kompleksində olmuşlar. …və Özbəkistan Prezidenti İslam Kərimov Daşkənddəki "Həzrəti-İmam" məscid kompleksində olmuşlar. …və Özbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzində yerləşən Forumlar Sarayına gəlmişlər. …Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına mədəniyyət mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı mərasimində iştirak etmişdir. …Daşkənddə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun adından Onun şərəfinə verilmiş rəsmi ziyafətdə iştirak etmişdir.
sentyabrın 28-də
…Özbəkistan Respublikasına rəsmi səfərini başa vuraraq həmin gün Vətənə qayıtmışdır. …İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
sentyabrın 29-da
…Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellerin, Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erling Şönsberqin və Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hardiys Baumanisin etimadnamələrini qəbul etmişdir. …Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində avtomobil yollarının genişləndirilməsi və tikintisi işlərinin gedişi ilə tanış olmuşdur. sentyabrın 30-da
…Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Caspian Agro-2010" III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi ilə tanış olmuşdur. …Bakının Nizami rayonunda salınması nəzərdə tutulan parkın və burada quraşdırılacaq musiqili fəvvarənin ərazisi ilə tanış olmuşdur. …Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə paytaxta gətirilmiş Avropa standartlarına cavab verən yeni avtomobillərə baxış keçirmişdir. …Ukraynanın yanacaq və energetika naziri Yuri Boykonu qəbul etmişdir. …Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
… Azərbaycan Tibb Universitetinin bir qrup əməkdaşına orden, medal və fəxri adların verilməsi haqqında Sərəncam imzalamışdır. ...bir qrup tibb işçisinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncam imzalamışdır. ...dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşlarının 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılması barədə Sərəncam imzalamışdır. ...dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşlarının 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılması barədə Sərəncam imzalamışdır.
sentyabrın 22-də
… Nyu-Yorkda keçirilən BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gəlmişdir. … Amerika Birləşmiş Ştatları dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ilə görüşmüşdür.
sentyabrın 23-də
… Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış etmişdir.
(sentyabrın 13-də) …ölkəmizdə səfərdə olan Rumıniya Prezidenti Trayan Besesku və Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşmüşdür. …Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul etmişdir. …Dünya Bankının vitse-prezidenti Filip Le Uerunu qəbul etmişdir. …Rumıniya Prezidenti Trayan Besesku və Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə birgə şam etmişlər. …Rumıniya Prezidenti Trayan Besesku və Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə Dənizkənarı Milli Parkda gəzintiyə çıxmışlar.
(sentyabrın 14-də) …Bakıda Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orbanla görüşmüş, "Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" (AGRİ) layihəsinə həsr olunmuş tədbirdə çıxış etmişdir. …,Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban AGRİ layihəsinə dair Bakı Bəyannaməsini imzaladılar. …,Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban AGRİ layihəsinə dair Bakı Bəyannaməsi imzalanandan sonra birgə mətbuat konfransı keçirdilər. …ölkəmizdə səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Macarıstanın Baş naziri Viktor Orbanın şərəfinə rəsmi qəbulda iştirak etmişdir. …Macarıstanın Baş naziri Viktor Orban ilə təkbətək görüşmüşdür.
(sentyabrın 15-də) …Bilik Günündə Bakıda 132-134 nömrəli təhsil kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir. …MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və Təhlükəsizlik Orqanları Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir. …Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirak etmək üçün Türkiyə Respublikasına səfərə gəlmişdir. …İstanbulda, "Çırağan" sarayında Türkiyə Prezidenti Abdullah Güllə görüşmüşdür. …İstanbulda, "Çırağan" sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmüşdür. …İstanbulda, "Çırağan" sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə" imzaladılar. …İstanbulda, "Çırağan" sarayında Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otumbayeva ilə görüşmüşdür. …İstanbulda, "Dolmabaxça" sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın adından dövlət başçılarının şərəfinə verilmiş rəsmi şam yeməyində iştirak etmişdir.
(sentyabrın 16-da) …İstanbulda, "Çırağan" sarayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşmüşdür. …İstanbulda Türkiyə Prezidenti Abdullah Gül tərəfindən dövlət başçılarının şərəfinə verilmiş rəsmi naharda iştirak etmişdir. …Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı başa çatdıqdan sonra prezidentlərin birgə mətbuat konfransında iştirak etmiş, mətbuat nümayəndələrinin suallarına cavab vermişdir. …Türkiyə Respublikasına səfərini başa vuraraq, həmin gün Vətənə qayıtmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılmasi haqqında Sərəncam imzalamışdır.
Sərəncamda qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında Sərəncam imzalamışdır.
Sərəncama əsasən, məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləği 2010-cu il sentyabrın 1-dən artırılaraq 15 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında Fərman imzalamışdır.
Fərmanda deyilir ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği 50 faiz artırılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin. Bu Fərman 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərman imzalamışdır.
Fərmanda qeyd olunur ki, sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. Aylıq müavinətlər: 1.1.1. Yaşa görə müavinət - 50 manat; 1.1.2. Əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" səbəbindən baş verdikdə əlilliyə görə müavinət: I qrup əlillərə - 55 manat II qrup əlillərə - 40 manat III qrup əlillərə - 35 manat; 1.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 55 manat; 1.1.4. ailə başçısını itirməyə görə müavinət - 45 manat; 1.1.5. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət - 30 manat; 1.1.6. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - 50 manat; 1.1.7. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 35 manat; 1.1.8. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - 30 manat. 1.2. Birdəfəlik müavinətlər: 1.2.1. radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün müavinət - 160 manat; 1.2.2. uşağın anadan olmasına görə müavinət - 75 manat; 1.2.3. dəfn üçün müavinət - 100 manat. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin. 3. "Sosial müavinətlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 avqust tarixli 820 nömrəli Fərmanı (3-cü və 4-cü bəndləri istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin. 4. Bu Fərman 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir.
(avqustun 30-da) ... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır. … Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.
(avqustun 31-də) … Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.
(sentyabrın 1-də) … və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.
(sentyabrın 2-də) … və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.
(sentyabrın 3-də) … və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır. … və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.
…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülü qarşılamışdır. …Türkiyə Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür. …Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak etmişdir. …və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalamışlar. …və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur. …"Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
…ölkəmizə rəsmi səfərə gəlmiş ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir. …və xanımı Mehriban Əliyeva, ölkəmizdə səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton birgə nahar etmişlər. …və xanımı Mehriban Əliyeva ABŞ-ın dövlət katibi Hillari Klintonu yola salmışlar. …Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 5-də
…İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. ...ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
iyulun 6-da
…Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak etmişdir. …bp şirkətinin icraçı direktoru Toni Heyvordu qəbul etmişdir. …İraq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi əl-Barrakın etimadnaməsini qəbul etmişdir.
iyulun 7-də
…Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir. …Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 8-də
…Zaqatala rayonuna səfərə gəlmişdir. …Zaqatala süd emalı zavodunun açılışında iştirak etmişdir. …Zaqatalaya səfəri çərçivəsində "İntertobakko" MMC-nin tütün emalı zavodunun açılışında iştirak etmişdir. …Zaqatala Rayon Mədəniyyət Evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur. …rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. …Zaqatalaya səfərini başa vuraraq Balakən rayonuna gəlmişdir. …Balakənə səfəri çərçivəsində "Qubek" mehmanxanasının açılışında iştirak etmişdir. …"Balakən-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. …Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir. …Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak etmişdir. …rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. …Balakəndəki Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak etmişdir. …Zaqatala və Balakən rayonlarına səfərini başa vuraraq Bakıya qayıtmışdır.
… Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiçin etimadnaməsini qəbul etmişdir. … BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul etmişdir.
iyunun 23-də
… Bakıda, "Gülüstan" sarayında İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimində iştirak və çıxış etmişdir. … Avstriya Respublikasının xarici işlər naziri Mixael Şpindeleqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmidir. … BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (İFAD) prezidenti Kanayo Nunzeni qəbul etmişdir.
iyunun 24-də
Ali baş komandan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təliminin əsas mərhələsini izləmişdir. Ali baş komandan sonda hərbi xidmətdə fərqləndiklərinə və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92 illiyi münasibətilə bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etmişdir.
…Türkiyə Respublikasına işgüzar səfərə gəlmişdir. …İstanbulda Türkiyə Respublikasının Prezidenti Abdullah Güllə görüşmüşdür. …İstanbulda Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmüşdür. …və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda Azərbaycan ilə Türkiyə arasında sənədlərin imzalanması mərasimində iştirak etmişlər. …İstanbulda Makedoniya Prezidenti Gyorge İvanovla görüşmüşdür. …İstanbulda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısında iştirak edən dövlət və hökumət başçıları ilə gəmi ilə Bosfor boğazında gəzintiyə çıxmış, sonra "Dolmabaxça" sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın adından dövlət və hökumət başçılarının şərəfinə verilmiş şam yeməyində iştirak etmişdir.
iyunun 8-də
…İstanbulda "Çrağan" sarayında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısında iştirak və çıxış etmişdir.
…və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gəlmiş, məzarı önünə əklil qoymuş, Onun ruhu qarşısında baş əymişlər. …ailə üzvləri ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda təşkil edilmiş möhtəşəm gül bayramında iştirak etmişdir. …və xanımı Mehriban Əliyeva "Buta" sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə keçirilmiş təntənəli mərasimdə iştirak etmişlər.
mayın 11-də
…Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. …Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir. … Amerika Birləşmiş Ştatlarının Los-Anceles dairəsinin şerifi Leroy Bakanı qəbul etmişdir. …Şirvan şəhərində daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşmüş və təbii fəlakətlə bağlı səyyar müşavirə keçirmişdir. …və xanımı Mehriban Əliyeva Heydər Əliyev Sarayında Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində xalq artisti Firəngiz Əlizadənin "İntizar" operasnın yeni quruluşda premyerasına tamaşa etmişlər.
mayın 12-də
…ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri xanım Tina Kaydanovu qəbul etmişdir.
mayın 13-də
…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Boris Tadiçi rəsmi qarşılamışdır. …Serbiya Respublikasının Prezidenti Boris Tadiçlə rəsmi qarşılanma mərasimindən sonra təkbətək görüşmüşdür. …və Serbiya Prezidenti Boris Tadiç təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Serbiya Prezidenti Boris Tadiç geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan - Serbiya sənədlərini imzalamışlar. …və Serbiya Prezidenti Boris Tadiç Azərbaycan - Serbiya sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra mətbuat üçün bəyanatlarla çıxış etmişlər. …Onun adından Serbiya Prezidenti Boris Tadiçin şərəfinə verilmiş rəsmi naharda iştirak etmişdir.
mayın 14-də
…Çexiya Respublikasının xarici işlər naziri Yan Kohoutu qəbul etmişdir.
…İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.
mayın 5-də
…Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokovu qəbul etmişdir. …incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalamışdır.
…və xanımı Mehriban Əliyeva "Gülüstan" sarayında dünya dini liderlərinin ikigünlük Bakı sammitinin açılış mərasimində iştirak etmişlər. ... dünya dini liderlərinin Bakı sammitinin iştirakçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir. …Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla əl-Fələhi qəbul etmişdir. …bütün ermənilərin katolikosu II Qaregini qəbul etmişdir.
aprelin 27-də
…Zakir Qaralovun Azərbaycan Respublikasının baş prokuroru təyin edilməsi haqqında Sərəncam imzalamışdır. …Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …1941-1945-ci il müharibəsinin iştirakçısı olan Gəncə şəhər sakini Həşim Ağamirova televizor hədiyyə etmişdir.
aprelin 28-də
…Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. …Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Aitf-2010" IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin açılış mərasimində iştirak etmişdir. …Əlcəzairin dini işlər və vəqflər naziri Buabdulla Qulamullanı qəbul etmişdir. …Koreya Respublikasının Milli Assambleyasının üzvü Sanq Dikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxış keçirmişdir.
aprelin 29-da
…Salyan rayonuna gəlmiş, rayonda soyuducu anbar kompleksinin, eləcə də elektrik yarımstansiyanın və yüksəkgərginlikli hava xətlərinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimlərdə iştirak etmişdir. …Biləsuvar rayonuna gəlmiş, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoymuşdur. …Biləsuvar dairəvi avtomobil yolunun açılışında iştirak etmiş, regional ana və uşaq mərkəzinin binası ilə tanış olmuşdur. …"Azərsun" Holdinqin "Natural Green Land" kənd təsərrüfatı müəssisəsinin və konserv zavodunun, həmçinin yeni gömrük buraxılış məntəqəsinin açılışlarında iştirak etmişdir. …Cəlilabad rayonuna gəlmiş, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, sonra isə Cəlilabad "Şərab-2" ASC-nin, əlil və şəhid ailələri üçün inşa olunmuş dördmərtəbəli, 36 mənzilli yaşayış binasının istifadəyə verilməsi, yeni inşa edilmiş Müalicə-Diaqnostika Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, həmçinin Şahmat Məktəbinin açılış mərasimlərində iştirak etmiş, eləcə də Göytəpə Su Anbarında aparılan işlərlə tanış olmuşdur. …Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinə gəlmiş, kazarmalarda yaradılmış şəraitlə tanış olmuşdur.
...Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Bakıda keçirilən güləş üzrə Avropa çempionatının qalibi olmuş azərbaycan idmançılarını, onların məşqçilərini və Milli Güləş Federasiyasının rəhbərliyini qəbul etmişdir.
aprelin 20-də
…Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuku diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. …ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. …ATƏT-in Minsk Qrupunun Amerika Birləşmiş Ştatlarından olan həmsədri Robert Bradkeni qəbul etmişdir. …və xanımı Mehriban Əliyeva Bakının "Nizami" kinoteatrının binasında həyata keçirilən təmir və yenidənqurma, fəvvarələr bağında görülən abadlıq işlərinin gedişi ilə tanış olmuşlar.
aprelin 21-də
…Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezidenti Ehtiyat Fondundan Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədi ilə Astara Rayon İcra Hakimiyyətinə 3,5 milyon (üç milyon beş yüz min) manat məbləğində vəsait ayrılıb.
aprelin 22-də
…Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında Sərəncam imzalamışdır. …Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
…xanımı Mehriban Əliyeva ilə birlikdə Polşa Respublikasının ölkəmizdəki səfirliyində olmuş, bu ölkənin Prezidenti Lex Kaçinskinin və xanımı Mariya Kaçinskanın, Polşa Prezidenti Administrasiyasının məsul işçilərinin, Senat və Seym üzvlərinin, Polşa ordusunun yüksək rütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar başsağlığı vermiş, matəm kitabına ürək sözlərini yazmışdır. …Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
aprelin 13-də
…və xanımı Mehriban Əliyeva Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatının təntənəli açılışı mərasimində iştirak etmişlər.
aprelin 14-də
…Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında iştirak və giriş nitqi ilə çıxış etmişdir. …Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir.
aprelin 15-də
…Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şheeri qəbul etmişdir. … Estoniyaya dövlət səfərinə gəlmişdir.
aprelin 7-də
… və xanımı Mehriban Əliyeva Tallinndə, Kadriorqdakı Prezident Sarayında Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Everin İlves tərəfindən qarşılandılar. … rəsmi qarşılanma mərasimindən sonra Estoniya Prezidenti Toomas Hendrik İlveslə təkbətək görüşdü. … və Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlves Tallinndə təkbətək görüş başa çatdıqdan sonra birgə Bəyannamə imzaladılar. … və Estoniya Prezidenti Toomas Hendrik İlves nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdülər. … və Toomas Hendrik İlves geniş tərkibdə görüşdən sonra mətbuat üçün bəyanatlarla çıxış etmişlər. … Tallinnin Köhnə şəhərində yerləşən və buranın əsas yerlərindən olan Ratuşaya gəlmişdir. … Tallinndəki Vabaduzi meydanına gələrək, Müstəqillik uğrunda mübarizə abidəsini ziyarət etmişdir. … Tallinndə Estoniyanın Baş naziri Andrus Ansip ilə görüşmüşdür. … Tallinndə "Microlinq" şirkətindəki informasiya-kommunikasiya texnologiyaları Sərgi Mərkəzində olmuşdur. … Avropa İttifaqı Nazirlər Şurasının keçmiş baş katibi, hazırda qurumun ümumi xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana və ABŞ dövlət katibinin keçmiş müavini Strob Talbotla görüşmüşdür. … bu ölkənin Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etmişdir. … Tallinndə Estoniyanın sabiq Prezidenti Arnold Rütel ilə görüşmüşdür. … və xanımı Mehriban Əliyeva Tallinndə Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Everin İlvesin adından onların şərəfinə verilmiş dövlət ziyafətində iştirak etmişlər.
aprelin 8-də
… Estoniyaya dövlət səfərini başa vuraraq həmin gün Vətənə qayıtmışdır. … Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Hoang Çunng Hayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Mavritaniya İslam Respublikasının xarici işlər naziri xanım Naha Mint Muknassın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
…Rusiya Federasiyasının Prezidenti cənab Dmitrii Medvedevə Moskva metropolitenində baş vermiş hadisə nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı vermişdir. …Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalamışdır.
martın 30-da
…Dövlət Bayrağı Meydanına gələrək burada həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuş, görülən işlərin yüksək standartlara uyğun olaraq həyata keçirilməsi ilə bağlı lazımi tapşırıqlarını vermişdir.
martın 31-də
…Vatikanın apostol nunsisi Klaudio Qucerottini qəbul etmişdir.
aprelin 1-də
…Şirvan şəhərinə səfərə gəlmişdir. …Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin, Müdafiə Sənayesi Nazirliyinin Aqreqat İstehsalat Birliyinin "Araz" zavodunun açılış mərasimlərində iştirak etmişdir. …Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin telemexanikazavodunda aparılmış yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. …Şirvan şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. …Şirvan şəhərinə səfəri çərçivəsində "Cənub" Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur. …Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
…Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …ATƏT Parlament Assambleyasının sədri Joao Suarişin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
martın 16-da
…Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Bakı buxtasında quru yük limanı məntəqəsinin açılışında iştirak etmişdir. …Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi rabitə və informasiya təhlükəsizliyi departamentinin idarəetmə mərkəzinin inzibati binasının açılışında iştirak etmişdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.