Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
yanvarın 19-da …ATƏT-in Minsk Qrupunun həmsədrləri Mətyu Brayzəni (ABŞ), Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
77 əmək kollektivi AHİK-in Respublika baxış-müsabiqəsinin mükafatını almışdır
Çoxsaylı həmkarlar ittifaqı liderləri yanvarın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 15 illiyinə həsr olunmuş "Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim" devizi ilə keçirilmiş Respublika baxış-müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirlə əlaqədar AHİK-in böyük akt zalına toplaşmışdılar.
dekabrın 22-də …Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir. …Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, ordu generalı Hasan İğsızın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müraciətdə deyilir: Uzun illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi və soydaşlarımızı düşündürən dünya azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılmış və ardıcıl olaraq həyata keçirilmişdir. 2006-cı ilin martında Bakıda keçirilən Dünya azərbaycanlılarının II qurultayında qəbul edilmiş qərarların, qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi diaspor quruculuğuna, milli-mənəvi və ümumbəşəri dəyərlərə söykənən azərbaycançılıq ideologiyasının yayılmasına güclü təkan vermişdir.
Bir neçə gündən sonra dünya müsəlmanları, o cümlədən xalqımız çox əlamətdar bir gün yaşayacaq. Sevimli Vətənimiz Allahın bəxş etdiyi müqəddəs günlərdən biri, bəlkə də birincisi olan Qurban bayramının təntənəsinə çevriləcək. Bu münasibətlə Azərbaycan xalqını, onun böyük tərkib hissəsi olan Azərbaycan həmkarlar ittifaqı təşkilatı üzvlərini təbrik edirəm.
dekabrın 1-də …Türkiyənin xarici işlər naziri Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Əfqanıstan Milli Assambleyasının sədri Məhəmməd Yunis Qanuninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
noyabrın 24-də … Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) administratoru və ABŞ-in xarici yardımlar üzrə direktoru Henrietta Forun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Bakıda 22 dövlət başçısının iştirakı ilə Beynəlxalq Enerji Sammiti keçirildi
Noyabrın 14-də Bakıda IV Beynəlxalq Enerji Sammiti öz işinə başlayıb.Gülüstan sarayında keçirilən zirvə görüşündə 22 ölkənin prezidentləri və dövlət rəsmiləri iştirak edib. Sammitə Türkiyə Prezidenti Abdullah Gül, Polşa Prezidenti Lex Kaçınski, Ukraynanın dövlət başçısı Viktor Yuşşenko, Litva Prezidenti Valdas Adamkus, Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili, Estoniya Prezidenti Tomas-Hendrik İlves, Latviya Prezidenti Valdas Zatlers, Litva Prezidenti Valdas Adamkus, Rumıniyanın dövlət başçısı Trayan Basesku, Bolqarıstanın vitse-prezidenti Angel Marin, ABŞ-ın energetika naziri Samuel Bodman, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs və digər ölkələrin yüksək səviyyəli rəsmiləri qatılıblar.
noyabrın 10-da … "Bakutel-2008" XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan dünya şöhrətli alim, həmyerlimiz Lütfi Zadəni qədul etmişdir. … Estoniya Parlamenti sədrinin müavini Kristina Oyulandı qəbul etmişdir.
noyabrın 2-də …Rusiya dövləti başçısının "Mayn Dorf" iqamətgahında, üçtərəfli formatda keçirilən görüşdə iştirak etmişdir. …Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya prezidenti Dmitri Medvedev Bəyannamə imzalamışlar.
Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə
Hörmətli Prezident! Sizi yenidən Azərbayjan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, xoşbəxtlik, səadət, jansağlığı və respublikamızın çiçəklənməsi naminə apardığınız çətin və şərəfli işdə müvəffəqiyyətlər arzulayıram.
oktyabrın 6-da … Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi. … islam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən IV konfransının iştirakçılarını qəbul etmişdir. … "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqrammı"nın təsdiq edilməsi barədə Sərəncam imzalamışdır.
sentyabrın 14-də …Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng etmişdir. …Permdə təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə başsağlığı vermişdir.
sentyabrın 7-də … dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2008-ci il sentyabrın 15-dən orta hesabla 50 faiz artırılması barədə Sərəncam imzalamışdır.
sentyabrın 1-də … ATƏT Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lennmarkeri qəbul etmişdir. … dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2008-ci il sentyabın 1-dən orta hesabla 25 faiz artırılması barədə Sərəncam imzalamışdır.
avqustun 25-də … minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncam imzalamışdır. … əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Sərəncam imzalamışdır. … ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü, senator Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır.
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.