Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
...Paytaxtın Nərimanov rayonunda tikilən Heydər Əliyev Mərkəzində olmuşdur. İnşaat sahəsini gəzmiş və aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə yaxından tanış olmuşdur. …Bakı yollarında aparılan yenidənqurma və təmir-bərpa işləri ilə tanış olmuşdur.
sentyabrın 8-də
…Tacikistan Respublikasının prezidentinə və Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin sədrinə həmin ölkələrin müstəqillik günü münasibətilə təbrik məktubu göndərmişdir.
sentyabrın 9-da
…və xanımı Mehriban Əliyeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin eskiz layihəsi ilə tanış olmuşlar. …və xanımı Mehriban Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının Akademiya şəhərciyindəki parkın əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşlar. …İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Luici Maşanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
sentyabrın 10-da
…Ericsson şirkətinin birinci vitse-prezidenti Hans Vestberqi qəbul etmişdir.
sentyabrın 11-də
...Azərbaycan, Qazaxıstan, Rusiya Türkmənistan prezidentlərinin qeyri-formal görüşündə iştirak etmək üçün Qazaxıstana yola düşmüşdür.
…Bakının Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi İdman Olimpiya Mərkəzi"nin açılış mərasimində iştirak etmişdir. …"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" ictimai birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında" Sərəncam imzalamışdır.
sentyabrın 1-də
…və xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının Bakının Xəqani küçəsi 27 ünvanında yerləşən binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişlər.
sentyabrın 2-də
…"Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncam imzalamışdır.
sentyabrın 3-də
…Hacıqabul rayonuna gəlmiş, rayon Uşaq Tibb Mərkəzinin, Hacıqabul kərpic zavodunun açılış mərasimlərində iştirak etmiş, əsaslı yenidənqurma və bərpa işlərindən sonra rayon mədəniyyət evi ilə tanış olmuşdur.
avqustun 26-da … İsrail dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemin etimadnaməsini qəbul etmişdir. … Avropa Komissiyasının Azərbaycandakı nümayəndəsi Alan Vaddamsı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir.
avqustun 27-də … ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Almaniyanın "RWE" şirkətinin prezidenti Yurgen Qrossmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Avqustun 26-da Bakıda Gimnastika Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Mərasim iştirakçıları-idman ictimaiyyətinin nümayəndələri və inşaatçılar Prezident İlham Əliyevi və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanı hərarətlə qarşıladılar. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Prezident İlham Əliyev Gimnastika Kompleksinin layihəsi ilə tanış oldu. Məlumat verildi ki, tikinti üçün ayrılmış 3,5 hektar ərazidə möhtəşəm idman kompleksi inşa olunacaq, abadlıq və yaşıllaşdırma işləri aparılacaqdır. Ümumi sahəsi 15 min kvadratmetr olan üçmərtəbəli kompleksdə məşq və yarış zalları, ofislər, soyunub-geyinmə otaqları, kafe, restoran, emalatxana, anbarlar fəaliyyət göstərəcəkdir. Kompleks telekommunikasiya və nəzarət-idarəetmə sistemi ilə təmin ediləcəkdir. Bundan başqa, kompleksin ərazisində qazanxana, nasosxana, digər köməkçi bina və qurğular, 500 avtomobil yerlik yeraltı, 100 yerlik yerüstü dayanacaq olacaqdır. Kompleksdə keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir.
…və xanımı Mehriban Əliyeva ölkəmizə rəsmi səfərə gələn Latviya Prezidenti Valdis Zatlersi və xanımı Lilita Zatlereni səmimiyyətlə qarşıladılar. … və xanımı Mehriban Əliyeva rəsmi qarşılanma mərasimindən sonra Latviya Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere ilə görüşmüşlər. … və Latviya Prezidenti Valdis Zatlers təkbətək görüşmüşlər. … və Latviya Prezidenti Valdis Zatlers təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. … və Latviya Prezidenti Valdis Zatlersin iştirakı ilə geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimi olmuşdur. … və Latviya Respublikasının Prezidenti Valdis Zatlers birgə Bəyannamə imzaladılar. … Latviya və Azərbaycan prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimində iştirak etmişdir. … və Latviya Prezidenti Valdis Zatlers ali ordenlərlə təltif olunma mərasimi başa çatdıqdan sonra mətbuat üçün bəyanatlarla çıxış etmişlər. … və xanımı Mehriban Əliyeva Latviya Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlereni Heydər Əliyev Fondunda qarşıladılar. … və xanımı Mehriban Əliyeva "Gülüstan" sarayında onların adından Latviya Respublikasının Prezidenti Valdis Zatlersin və xanımı Lilita Zatlerenin şərəfinə verilmiş ziyafətdə iştirak etmişlər.
avqustun 11-də
… və Latviya Prezidenti Valdis Zatlers Bakıda, "Hyatt Regency-Naxçıvan" mehmanxanasında keçirilmiş Azərbaycan-Latviya biznes forumun işində iştirak etmişlər.
avqustun 12-də
… Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul etmişdir.
İyulun 27-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda aparılan abadlıq işləri və yeni yolların tikintisi ilə tanış olmuşdur. Əvvəlcə paytaxtın "Azneft" meydanından Bilgəh qəsəbəsinə qədər olan yolun kənarlarında aparılan abadlıq-quruculuq işləri ilə tanış oldu. O, Sabunçu dairəsindən Bilgəh qəsəbəsinə qədər çəkilən yeni yolda aparılan tikinti işlərinin gedişi ilə də maraqlandı. Bildirildi ki, bu yol hər iki istiqamətdə dörd zolaqdan ibarətdir. Sabunçu dairəsindən Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən yol artıq istifadədədir. Uzunluğu 6 kilometr 850 metr olacaq Mərdəkan dairəsi-Heydər Əliyev adına Beynəlxalq hava limanı yolunda isə tikinti işləri davam edir. Bundan sonra Mərdəkan-Bilgəh yolunun tikintisinə başlanacaqdır. Heydər Əliyev adına Beynəlxalq hava limanı-Bilgəh yolunun üzərində üç yol ötürücüsü, dörd piyada keçidi inşa ediləcəkdir. Dövlətimizin başçısı işlərin vaxtında və yüksək keyfiyyətlə görülməsi ilə bağlı tapşırıqlarını verdi.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 29-da Bakının Fəvvarələr meydanında yenidənqurma və Nizami küçəsindəki tarixi binalarda aparılan bərpa işləri ilə tanış olublar. Dövlət başçısına məlumat verilib ki, meydanda əsaslı təmir işləri yüksək səviyyədə görülür, ərazi tamamilə yenidən qurulur. Prezident Fəvvarələr meydanında yenidənqurma işlərinin yüksək səviyyədə və keyfiyyətlə aparılmasına dair tapşırıqlarını verib. Dövlət başçısı daha sonra Nizami küçəsindəki tarixi binalarda aparılan təmir-bərpa işlərinin gedişi ilə maraqlanıb. Ərazi ilə tanış olan Prezidentə məlumat verilib ki, paytaxtın mərkəzindəki qədim binalarda aparılan təmir-bərpa işləri yüksək səviyyədə həyata keçirilir. Binaların orijinallığının qorunub saxlanılmasına xüsusi diqqət yetirilir. Dövlət başçısı gələcəkdə də tarixi abidələrin qorunması ilə bağlı tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Küveytin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fəhd Saad Səid əl-Meyi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Dövlətimizin başçısı Küveytə rəsmi səfərini ikitərəfli münasibətlərimizin gözəl təzahürü kimi qiymətləndirdi. Səfər çərçivəsində əldə edilən razılaşmaların və müzakirə edilən məsələlərin gələcəkdə də Azərbaycan-Küveyt münasibətlərinin inkişafına xidmət göstərəcəyinə əminliyini vurğuladı. O, səfirin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə öz töhfəsini verdiyini bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.
iyulun 12-də ... Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfərə gəlmişdir.
iyulun 13-də ...onun üçün ayrılmış iqamətgahda BP şirkətinin icraçı direktoru Toni Hayvordu qəbul etmişdir. ...Böyük Britaniyanın Baş naziri Qordon Braunla görüşmüşdür. ...Görüşdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Böyük Britaniyanın BP şirkəti arasında qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimində iştirak etmişdir. ...Londonda məşhur siyasətçilərin, diplomatların, mətbuat nümayəndələrinin, Avropanın tanınmış publisistləri və ictimai xadimlərinin üzvü olduqları Kral Beynəlxalq Münasibətlər İnstitutunda görüş keçirmişdir. ... Böyük Britaniya Hökuməti adından onun şərəfinə verilmiş şam yeməyində iştirak etmişdir.
iyulun 14-də ...və xanımı Mehriban Əliyeva Bukingem sarayında Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası ülyahəzrət II Elizabet ilə görüşmüşlər. ...Londonda «British Council»in hazırkı sədri ser Cerard Lemos ilə görüşmüşdür. ...Böyük Britaniya parlamentinin Xarici münasibətlər komitəsinin üzvləri ilə görüşmüşdür. ...Böyük Britaniyanın energetika və ətraf mühit məsələləri üzrə dövlət katibi Ed Milibənd ilə görüşmüşdür.
iyulun 15-də ...Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfərini başa vuraraq Vətənə qayıtmışdır.
iyulun 16-da ...ATƏT-in baş katibi Mark Perrin de Brişambonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 6-da ...əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir məscid kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir. ...Təzəpir məscid kompleksinin açılışında iştirak edən xarici ölkələrin din xadimlərini qəbul etmişdir.
iyulun 7-də ...Belarusun Baş naziri Sergey Sidorskini qəbul etmişdir.
iyulun 8-də ...və xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasına rəsmi səfərə gələn Suriya Prezidenti Bəşşar əl-Əsədi və xanımı Əsma əl-Əsədi səmimiyyətlə qarşıladılar. ...və xanımı Mehriban Əliyeva rəsmi qarşılanma mərasimindən sonra Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd ilə birgə görüşmüşlər. ...və Suriya Prezidenti Bəşşar əl-Əsəd təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. ...və Suriya Prezidenti Bəşşar əl-Əsəd geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Suriya sənədlərinin imzalanması mərasimində iştirak etmişlər. ...və Suriya Prezidenti Bəşşar əl-Əsəd sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra mətbuat üçün bəyanatlarla çıxış etmişlər. ...və xanımı Mehriban Əliyeva Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd və xanımı Əsma əl-Əsəd ilə Heydər Əliyev Fondunda olmuşlar. ...və xanımı Mehriban Əliyeva onların adından «Gülüstan» sarayında Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin və xanımı Əsma əl-Əsədin şərəfinə verilmiş rəsmi ziyafətdə iştirak etmişlər. Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.
iyulun 9-da ...və Suriya Prezidenti Bəşşar əl-Əsəd Azərbaycan-Suriya biznes forumun açılışında iştirak etmişlər. ...Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri şeyx Abdulla bin Zaid al-Nəhəyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 10-da ...ATƏT-in Minsk Qrupu həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul etmişdir.
iyunun 29-da …ölkəmizdə rəsmi səfərdə olan İsrail Prezidenti Şimon Peresin də iştirak etdiyi, Azərbaycanın 70-ə yaxın şirkət nümayəndələrinin və İsrailin 50-yə yaxın iş adamının qatıldığı biznes forumun açılışında çıxış etmişdir. …Azərbaycana işgüzar səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşdür. …Azərbaycan - Rusiya sənədlərinin imzalanması mərasimindən sonra birgə mətbuat konfransında bəyanatla çıxış etmişdir.
iyunun 30-da …Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin yeni inzibati binasının açılışında iştirak etmiş, Nazirliyin İdman Cəmiyyətinin yeni binasının istifadəyə verilməsini bildirən lenti kəsmiş və bina ilə yaxından tanış olmışdur.
iyulun 1-də …Fransa Respublikasının MDB ölkələrində akkreditə olunan səfirlərini qəbul etmişdir. iyulun 2-də …rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Lex Kaçinski ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşdür. …Azərbaycan - Polşa sənədlərinin imzalanması və prezident Lex Kaçinskini "Heydər Əliyev" ordeni ilə təltif etmə mərasimindən sonra birgə mətbuat konfransında bəyanatla çıxış etmişdir. …Yunanıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Dora Bakoyannini qəbul etmişdir. …Rumıniyanın iqtisadiyyat naziri, Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın həmsədri Adriyan Vidyanunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin səviyyəsinin daha da yüksəldilməsi üçün tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalamışdır Sərəncamda göstərilir ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli xəstəxanasının təmirinin başa çatdırılması və avadanlıqlarla təchiz edilməsi üçün 5,0 (beş) milyon manat, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində təmir işlərinin tamamlanması və texnoloji proseslərin müasirləşdirilməsi üçün 5,0 (beş) milyon manat, Respublika Klinik Uroloji Xəstəxanasının təmirinin başa çatdırılması və avadanlıqlarla təchiz edilməsi üçün 2,0 (iki) milyon manat olmaqla, cəmi 12 (on iki) milyon manat məbləğində vəsait ayrılsın.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalamışdır Sərəncamda tapşırılır ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təcili və təxirəsalınmaz tibb xidməti üçün əlavə təcili tibbi yardım avtomobillərinin alınmasına 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.
iyunun 1-də … ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. … Gürcüstanın Baş naziri Nika Qilaurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyunun 2-də … Heydər Əliyev adına İdman-Konsert Kompleksində XVI Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir. … Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxmışdır. … Böyük Britaniyanın York hersoqu şahzadə Endryunu qəbul etmişdir.
iyunun 3-də … Bakının Nəriman Nərimanov prospektindəki parkın, Nərimanovun abidəsinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. … Suriya Ərəb Respublikasının xarici işlər naziri Valid əl-Muallemin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyunun 4-də … Rusiya Federasiyasına işgüzar səfərə yola düşmüşdür. … Sankt-Peterburqda, "Konstantinovski" sarayında Rusiya Prezidenti Dmitri Medvedevlə görüşmüşdür. … Ermənistan prezidenti Serj Sarkisyanla görüşmüşdür. … Sankt-Peterburqda Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanla birgə görüşdə iştirak etmişdir.
mayın 18-də …Dövlət bayrağı meydanına gələrək, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə maraqlanmışdır. …İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Mixael Ambülü qəbul etmişdir. …İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhraminin etimadnaməsini qəbul etmişdir. …Estoniyanın sabiq Prezidenti Arnold Rüyteli qəbul etmişdir. …«Eurovision-2009» mahnı müsabiqəsində böyük qələbə qazanmış Aysel və Araşı təbrik etmişdir.
mayın 19-da …Pakistan İslam Respublikasının müdafiə sənayesi federal naziri Əbdül Qəyyum Xan Catoyu qəbul etmişdir. …Avropa İttifaqı Şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Macarıstan Parlamentinin Avropa İşləri üzrə Komitəsinin sədri Matyas Eörşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Aeroport kəsişməsində yol qovşağının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Bilgəh qəsəbəsi avtomobil yolunun və piyada keçidlərinin tikintisi ilə tanış olmuşdur.
mayın 20-də …və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olmuşdur. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. …və Gürcüstan Prezidenti mətbuat üçün bəyanatlarla çıxış etmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan-Gürcüstan sənədlərinin imzalanması mərasimində iştirak etmişlər. …«Gülüstan» sarayında Azərbaycan Respublikasının Prezidenti adından Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin şərəfinə verilmiş rəsmi ziyafətdə nitq söyləmişdir.
mayın 21-də … ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı General Bants Kraddokun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
mayın 9-da …İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 64-cü ildönümü münasibətilə ölkəmizin paytaxtında keçirilən təntənəli mərasimdə iştirak etmişdir. …və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonundakı Fətəli Xan Xoyski prospektində Talassemiya Mərkəzinin açılış mərasimində iştirak etmişlər.
mayın 10-da …və xanımı, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gəldilər. …ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi. …və xanımı Mehriban Əliyeva "Buta" sarayında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etmişlər. …və xanımı Mehriban Əliyeva, qızları Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Bakıda ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda gül bayramında olmuşlar. …paytaxtın İnşaatçılar prospektindəki Müşfiq parkının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. …paytaxtın Yasamal rayonundakı İzmir parkına gələrək, bu istirahət guşəsinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. …paytaxtın Səbayel rayonundakı "Sahil" bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
mayın 12-də …Azərbaycan Respublikası Ali Məhkəməsi üçün inşa edilmiş yeni inzibati binanın təntənəli açılış mərasimində iştirak etmişdir. …ABŞ-ın Xarici Əlaqələr Şurasının üzvlərini qəbul etmişdir. …Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkəri qəbul etmişdir. …"TeliaSonera" şirkətinin prezidenti və baş icraçı direktoru Lars Niberqi qəbul etmişdir. …Slovakiyanın Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabini qəbul etmişdir. …Gürcüstan Ali Məhkəməsinin sədri Konstantin Kublaşvilini qəbul etmişdir.
mayın 13-də … Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşmüşdür. …və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. … təkbətək görüşdən sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və onunla gəlmiş nümayəndə heyətləri ilə görüşmüşdür.
mayın 14-də …Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə Fərman imzalamışdır.
mayın 15-də ...ATƏT-in fransalı həmsədri Bernar Fasiyeni qəbul etmişdir.
mayın 4-də …Bakının Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş, ümummilli liderin adını daşıyan mədəniyyət və istirahət parkı və rayon icra hakimiyyətinin yeni binası ilə tanış olmuşdur. …və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evinin yenidənqurmadan sonra keçirilmiş açılış mərasimində iştirak etmişlər. …ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Bilge Cankoreli qəbul etmişdir.
mayın 5-də …"2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncam imzalamışdır. …və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının açılış mərasimində iştirak etmişlər. …ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti məsələləri üzrə müşaviri xanım Meri Varlikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalamışdır.
mayın 6-da … Çexiya Respublikasına işgüzar səfərə yola düşmüşdür. …Çexiya Respublikasının Prezidenti Vatslav Klaus ilə görüşmüşdür. … Praqada İsrail Dövləti Baş nazirinin müavini və xarici işlər naziri Aviqdor Liberman ilə görüşmüşdür. … Avrasiya dövlətləri onikinci iqtisadi zirvə toplantısının iştirakçılarına təbrik məktubu ünvanlamışdır.
mayın 7-də …Türkiyə Prezidenti Abdullah Güllə görüşmüşdür. …Ermənistan Prezidenti Serj Sarkisyanla görüşmüşdür. …Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitində iştirak etmişdir. …Niderland Krallığının Baş naziri Yan Peter Balkenende ilə görüşmüşdür. …Fransanın Baş naziri Fransua Fiyon ilə görüşmüşdür. …Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend ilə görüşmüşdür.
aprelin 27-də ... Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür.
aprelin 28-də ... Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşmüşdür. ... və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu birgə mətbuat konfransı keçirmişlər. ... Brüsseldə Belçika Krallığının Baş naziri Herman Van Rompey ilə görüşmüşdür. ... Brüsseldə Avropa Siyasi Mərkəzinin nümayəndələri ilə "Azərbaycan: Avropa İttifaqı üçün getdikcə əhəmiyyəti artan tərəfdaş" mövzusunda görüş keçirmişdir.
aprelin 29-da ... NATO-nun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşmüşdür. ... Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə görüşmüşdür. ... Brüsseldə, NATO-nun mənzil-qərargahında Şimali Atlantika Şurasında NATO-nun üzvü olan dövlətlərin Şuradakı daimi nümayəndələri və səfirləri qarşısında çıxış etmişdir. ... və NATO-nun baş katibi Yaap de Hoop Sxeffer mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etmişlər. ... Belçika Krallığına işgüzar səfərini başa çatdırdı.
aprelin 20-də …İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nəsir Həmidi Zareni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. …Rusiya Federasiyasına işgüzar səfərdən qayıtmışdır.
aprelin13-də …BP-Azərbaycan şirkətinin prezidenti Bill Şrederin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. …Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında aparılmış bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur. …Dövlət Film Fondunun yeni binası ilə tanış olmuşdur.
aprelin 6-da …onun sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında nitq söyləmişdir. …Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin inzibati binasının təməlqoyma mərasimində iştirak etmişdir. …paytaxtın Heydər Əliyev prospektindəki dəmiryol körpüsünün yanındakı ikinci yardımçı körpü-tunelin açılışında iştirak etmişdir. …paytaxtın Heydər Əliyev prospektində əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş yeraltı piyada keçidin açılışında iştirak etmişdir. …Heydər Əliyev adına İdman-Konsert Kompleksinin qarşısındakı yeraltı piyada keçidində aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur. …paytaxtın mərkəzində - Azərbaycan prospektində, Daxili İşlər Nazirliyinin binası qarşısında yenidən qurulmuş yeraltı piyada keçidi ilə tanış olmuşdur.
aprelin 2-də …Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasil Toqorov Kalinovun etimadnaməsini qəbul etmişdir. …Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinin etimadnaməsini qəbul etmişdir. …Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Həsən Haminin etimadnaməsini qəbul etmişdir. …Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyanın etimadnaməsini qəbul etmişdir. …Almaniya xarici işlər nazirinin müavini Gernot Erlerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dairə seçki komissiyalarının texniki təchizatı müasir standartlara uyğun hazırlanıb
Azərbaycanda martın 18-də konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar keçiriləcək referendumla bağlı Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı artıq başa çatıb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev "Ülfət" qəzetinə açıqlamasında bildirdi ki, qurumda 2149 müşahidəçi qeydiyyatdan keçib. Müşahidəçilərin hər biri artıq müşahidəçilik vəsiqələri ilə təmin edilib. Məlumat üçün bildirək ki, müşahidəçilərin 23-ü qeyri-hökumət təşkilatlarını, 5-i təşviqat qrupunu, 1-i isə siyasi partiyanı təmsil edir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.