AZƏRBAYCANIN NEFT-QAZ LAYİHƏLƏRİNDƏ PAYINI SATAN ŞİRKƏTLƏR MƏNFƏƏT VERGİSİ ÖDƏYƏCƏKLƏR

YALNIZ "AZƏRİ-ÇIRAQ", "GÜNƏŞLİ" MÜQAVİLƏSİNDƏ BU MƏSƏLƏ DİQQƏTDƏN YAYINIB

Bundan sonra Azərbaycanın neft-qaz layihələrində payını satan şirkətlər hökmən mənfəət vergisi ödəməli olacaqlar. Bunu vergilər naziri Fazil Məmmədov deyib.
O, xarici şirkətlərlə müqavilələrdə bütün detalların əksini tapmasını vacib sayır. Nazirin sözlərinə görə, artıq neft-qaz layihələrindəki alqı-satqılar zamanı tərəflər qarşısında mənfəətdən vergi tutulması tələbi qoyulacaq: "Yalnız "Azəri-Çıraq", "Günəşli" müqaviləsində bu məsələ diqqətimizdən yayınıb və satışı qeyd etməmişik. Müqavilələrin digərlərində satış ayrıca verilib. Ona görə də o biri müqavilələrdə heç kim buna qarışa bilməz".
Yeri gəlmişkən, Azərbaycanın geosiyasi mövqelərinin möhkəmlənməsi, burada uğurla həyata keçirilən neft-qaz və daşınma layihələri bu layihələrə marağı artırıb. Fazil Məmmədovun sözlərinə görə, həmin layihələrdən pay almaq istəyənlərin və belə alqı-satqıların artması gözləniləndir.



«AZƏRBAYCANIN NEFT-QAZ LAYİHƏLƏRİNDƏ PAYINI SATAN ŞİRKƏTLƏR MƏNFƏƏT VERGİSİ ÖDƏYƏCƏKLƏR»   -
«Ülfət Qazeti»   -