MALİYYƏ NƏZARƏTİ HAQQINDA QANUN LAYİHƏSİ MÜZAKİRƏYƏ ÇIXARILA BİLƏR
Milli Məclisin payız sessiyasında maliyyə nəzarəti haqqında qanun layihəsi müzakirəyə çıxarıla bilər. Parlamentin iqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov bildirib ki, indi sənəd hazırlıq mərhələsindədir. V.Əhmədovun sözlərinə görə, ölkəyə neft dollarının sürətli axını və dövlət büdcəsinin artması bu vəsaitlərin xərclənməsi üzərində nəzarətin gücləndirilməsini zəruri edir. "Bu pulların xərclənməsində şəffaflığın təmin olunması üçün ictimai nəzarət də gücləndirilməlidir. Bunun üçün qeyri-hökumət təşkilatlarının bu işə cəlb olunmasına ehtiyac var".
|