AZƏRBAYCAN ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATINA DAXİL OLMAQ ƏRƏFƏSİNDƏDİR
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üçün 40-a qədər qanun qurumun tələblərinə uyğunlaşdırılmalıdır. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib ki, hələlik həmin qanunların əksəriyyəti parlamentə daxil olmayıb. Buna baxmayaraq, Azərbaycanın müvafiq dövlət strukturları ölkənin təşkilata daxil olması üçün danışıqlar aparır. Onun dediyinə görə, bu danışıqlarda əsasən Azərbaycanın milli maraqlarının qorunmasına üstünlük verilir. Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər diqqət mərkəzindədir. Komissiya sədri onu da əlavə edib ki, Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması ölkəmizin ÜTT-yə daxil olması üçün konkret şərait yaradır: "ÜTT-yə daxil olmaq üçün təklif edilən qanunlarda dəyişiklik edilməsi isə ortaya elə bir problem çıxarmır. Bu baxımdan demək mümkündür ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmaq ərəfəsindədir".
|