Russiya. İkitərəfli müqavilə

Yaroslavlda həmkarlar ittifaqları fəallarının konfransı keçirilib. Konfransda "Baltika" və "Ford Motor" zavodlarında fəaliyyət göstərən həmkarlar ittifaqlarının qarşılıqlı əməkdaşlığı barədə müqavilənin imzalanması qərara alınıb.

Qarşılıqlı müqavilənin imzalanmasının əsas məqsədi hər iki zavodun həmkarlar ittifaqı təşkilatının əməkdaşlığını möhkəmləndirmək və inkişaf etdirməkdir.
Konfransda iştirak edən "Ford Motor" şirkətinin ilk həmkarlar ittifaqının sədri Aleksey Yetmanov çıxış edərək bildirib ki, bu müqavilə "Baltika" və "Ford Motor" zavodlarındakı, problemlərin aradan qaldırılması üçün növbəti addımdır: "Biz hər zaman demokratik prinsiplərə əsaslanan həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq etməyə hazırıq".
Qeyd edək ki, bundan sonra sözügedən zavodların həmkarlar təşkilatları bir-birinə yardım göstərəcəklər. Bununla yanaşı birgə informasiya xarakterli kampaniya, piket və mitinqlər keçirmək də nəzərdə tutulub.



«Russiya. İkitərəfli müqavilə»   -
«Ülfət Qazeti»   -