Qanun pozuntusu ilə mübarizə
Qida məhsulu istehsalçısı kimi tanınan "Nestle" şirkətində ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Təşkilatın sədri Yuriy Çeremansev ittifaqın yaradılmasının səbəbini belə açıqlayıb: "Rəhbərliyin kobud münasibəti, işçilərin məcburi ixtisarları, iş saatının 16 saatadək uzadılması və buna görə əlavə pulun ödənilməməsi işçilərin qəzəbinə səbəb olub.
Rəhbərlik şirkətin bütün xidmətlərindən istifadə etdiyi halda, işçilərin əmməkhaqqı gecikdirilir, kompensasiyalar ödənilmir, tibbi sığortalar azaldılır. Şirkətdə hər addımbaşı qanun pozuntusu ilə rastlaşırıq. Bu haqsızlıqla mübarizə aparmaq üçün şirkətdə həmkarlar ittifaqının yaradılmasına böyük ehtiyac duyulurdu". Bununla yanaşı, İsveçin gigiyenik məhsulları istehsal edən "SCA" şirkətində də ilk həmkarlar ittifaqı yaradılıb. "Nestle"də olduğu kimi "SCA" şirkətində də eyni problemlər yaşanır. Hər iki şirkətin rəhbərliyi mövcud durumu iqtisadi böhranın təsiri ilə əlaqələndirir.
Afaq RƏSULQIZI.
|