Seçkiqabağı vədlərə əməl edilmir
Baş nazir Silvio Berluskoniyə məxsus olan "Mediaset" telekanalının işçiləri etiraz aksiyası keçiriblər. Etiraz əlaməti olaraq yüzlərlə vizaj ustası, bərbər və dərzi şirkətin Milanda yerləşən telemərkəzinə yığışıb. İşçilərin narazılığına səbəb onların "Mediaset"dən başqa teleşirkətlərə köçürülməsi xəbəri olub. Onlar bildiriblər ki, bu köçürülmə ixtisara bərabərdir: "Çünki biz həmin şirkətlərin şərtləri ilə tanış deyilik".
Bununla yanaşı, "Mediaset"in Romada yerləşən əsas binasının qarşısında daha bir aksiya keçirilib. Şəhər əhalisi Berluskoninin seçkiqabağı verdiyi vədlərə əməl etməsini tələb ediblər. Belə ki, bir müddət öncə Baş nazir əhalinin məşğulluğunun təmin ediləcəyini və milyonlarla iş yerinin yaradılacağını söz vermişdi. Keçirilən aksiyalarla əlaqədar olaraq şirkət nümayəndələri izləyicilərə bir sıra verilişlərin təxirə düşəcəyi barədə xəbərdarlıq ediblər.
Afaq RƏSULQIZI.
|