Uşaqlar vətənin xoşbəxt sabahıdır
Bayram şənliyinə Mədəniyyət Sarayının uşaq özfəaliyyət kollektivləri, Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan məktəblilər toplaşmışdılar. Uşaqların ifasında geniş konsert proqramı nümayiş etdirildi. Sonra Suraxanı Rayon İcra Hakimiyyəti, AHİK, Təhsil Nazirliyi, "Nikolay" İnvestisiya Kommersiya Bankı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİSEF və UMKOR-un Azərbaycan nümayəndəliyi və digər təşkilatların nümayəndələri uşaqları təbrik edərək xoş arzularını bildirdilər. Tədbirin sonunda uşaqlara diplom və hədiyyələr təqdim olundu. Xoşqədəm BAĞIROVA, AHİK-in mütəxəssisi.
|