Xoş günün xoş ovqatı
Muğam Teatrında xüsusi zövqlə düzənlənən tədbiri giriş sözü ilə TİAHİ Səbayel Rayon Komitəsinin sədri Mükafat Abbasov açdı. Müəllimləri təbrik edərək onlara şərəfli və məsuliyyətli peşələrində uğurlar arzuladı. Prezident fərmanı ilə yüksək ada layiq görülən müəllimlərə xatirə olaraq xalça və gül dəstələri verildi. Şirin bayram süfrəsi arxasında davam edən tədbirdə Səbayel Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rasim İbrahimov, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Əli Axundov, Muğam Teatrının direktoru Arif Qazıyev və başqaları çıxış edərək müəllimlərə xoş ürək sözlərini söylədilər. Bir-birindən rəngarəng keçən bədii hissə məclisə xoş ovqat bəxş etdi. Sonda M. Abbasov Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyevin müəllim kollektivinə təbrikini çatdırdı.
S. RASİM.
|