Müharibə və əmək əlilləri ilə görüş
Oktyabr ayının 10-da Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müharibə və əmək əlilləri pansionatında olub. Pansionatda Azərbaycanın müxtəlif regionlarından olan 200-ə qədər əlil məskunlaşıb. Tədbirdə Akademiyanın müəllimi Nizami Məmmədov, Tələbə Gənclər Təşkilatının sədri Şəhriyar Mövsümov, Tələbə Elmi Cəmiyyətinin sədri Nicat Cəbiyev, Tələbə HİK sədri Elmir Zeynalov, kitabxana müdiri Maya Abdullayeva və AHİK-in mütəxəssisi Xoşqədəm Bağırova iştirak ediblər. Tədbirdə şairə Əzizə Allahhüseynqızı, Azərbay- can radiosunun əməkdaşı Hüsniyyə Quliyeva ata və anaya həsr olunmuş şeirlər səsləndiriblər. Görüş Fatma Cəbrayıllının təşkil etdiyi ansamblın ifası ilə başa çatıb. G.KƏRİMLİ.
|