Spartakiada start götürdü
Təhsil, Gənclər və İdman nazirliklərinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil məktəblərinin tələbələri arasında IX Respublika Spartakiadası keçirilir. Spartakiada oktyabrın 15-də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika yarışları ilə start götürmüşdür. Dekabrın 26-dək davam edəcək bu tədbirdə tələbələr idmanın daha 5 növü - dama, şahmat (Maliyyə İqtisad Kollecində), voleybol, basketbol, stolüstü tennis (2 saylı Baza Tibb Məktəbinin idman zalında) üzrə qalib adı uğrunda mübarizə aparacaqlar.
|